Toy dəvətnaməsinə elə şəkil qoydular ki... - Fotolar

Toy dəvətnaməsinə elə şəkil qoydular ki... - Fotolar
Türkiyədə ailə quran bir cütlük qeyri-adi hərəkəti ilə hər kəsi heyran edib.

Ömər Acar ilə Hazal Akseki adlı ikili qonaqları toylarına dəvət etmək üçün onlara dəvətnamə göndəriblər. Dəvətnaməni açanlar isə təəccüblərini gizlədə bilməyiblər.

Belə ki, cütlük məktəb illərində əl-ələ çəkilmiş şəklini dəvətnaməyə qoyaraq "İllər sonra heç vaxt buraxmamaq şərti ilə yenə əl-ələ tutacağıq. Sizi də aramızda görməkdən məmnun olarıq" qeydini yazıblar.

Ömər fotonu gördükdə özünün də təəccübləndiyini bildirib. O, şəklin məktəb illərində tədbirlərdən birində Hazalın anası tərəfindən çəkildiyini və toydan bir neçə həftə əvvəl üzə çıxardığını söyləyib.

mənbə: axşam.az
Toy dəvətnaməsinə elə şəkil qoydular ki... - Fotolar

Şikayətiniz varsa Whatsapp: 050 3422489

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 7312 Tarix: 10.08.2018



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Picasso
Picasso 10.08.2018
Super ideyadi her adama qismet olmur ilk sevdiyi insanla aile qurmag


 


Pulsuz elanlar sayti

Azərbaycandan son xəbərlər