Unikal xilas: 3 yaşlı qız 33 metrlik quyudan çıxarıldı - VİDEO

Unikal xilas: 3 yaşlı qız 33 metrlik quyudan çıxarıldı - VİDEO
Dərin quyuya düşmüş 3 yaşlı qız xilas edilib.

Olay Hindistanın Bihar bölgəsindəki Manqer şəhərində baş verib.

3 yaşlı Sana babasının evinin həyətində oynayanda quyuya düşüb.

Uşağın quyuya düşdüyünü görən baba və nənə onu çıxara bilməyəcəklərini anlayanda dərhal polisə zəng vurublar.

Hadisə yerinə gəlmiş polislər və yanğınsöndürənlər 30 saat çalışandan sonra uşağı quyudan çıxarıblar.

Lakin proses asan olmayıb. Xilasedicilər Sana üçün quyuya su və yemək sallayıblar. Qızın anası isə sürəkli olaraq onunla danışır, uşağı sakitləşdirirdi.

Balaca Sana 18 metr dərinlikdə, borudan yapışıb qalmışdı. O, hər an daha aşağı düşə bilərdi.

Quyu dar, dərin olduğundan xilasedicilərin Sanaya çatmaları üçün paralel quyu qazılıb. Sonra həmin quyudan Sananın düşdüyü quyuya üfüqi lağım qazılıb və sonucda 3 yaşlı qız çıxarılıb.


milli

Şikayətiniz varsa Whatsapp: 050 3422489

f Paylaş
Bölmə: Maraqlı Oxunub: 419 Tarix: 05.08.2018



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Pulsuz elanlar sayti

Azərbaycandan son xəbərlər