Azərbaycanlı insan alveri qurbanı həyatını yenidən qurur

Azərbaycanlı insan alveri qurbanı həyatını yenidən qururƏsarətdən qaçış sığınacaqla, yardımla və cəmiyyətə qayıdışla nəticələnir.

Gülnarənin (ad şərtidir) problemləri həyat yoldaşı onu tərk edərək 12 yaşlı qızlarına təkcə baxmağa məcbur olduğu zaman başladı. Əlində yalnız orta məktəb diplomu olan tənha ana kimi o, evlərdə xadimə işləyərək təsadüfi işlərlə məşğul olurdu.

Əvvəlcə, Gülnarə özünə və qızına çatacaq qədər pul qazana bilirdi, lakin sonra onun atası ciddi xəstəliyə düçar oldu. Müalicə onun aylıq gəlirindən daha çox xərc tələb edirdi.
Daha yaxşı məvacibli iş axtararkən Gülnarəyə Türkiyədə evdar köməkçi kimi iş imkanı təklif olundu - vəd olunan maaş qızına baxmağa və atasının müalicəsinə kifayət edəcəkdi. İş təklifinin real olduğuna inanaraq o, qızını bacısı ilə qoyaraq Türkiyəyə üz tutdu.

Gəlib çatdıqda Gülnarə gözlədiyindən fərqli bir reallıqla üzləşdi. Vəd olunan iş yerinə aparmaq əvəzinə Türkiyədəki əlaqələndirici şəxs ölkədən qaçışının qarşısını almaq üçün onun pasportunu əlindən alır və fahişəliyə məcbur edir.

Beynəlxalq Miqrasiya Təşkilatının 2018-ci il üzrə Ümumdünya Miqrasiya Hesabatına əsasən cinsi istismar insan alverinin ən çox yayılmış formasıdır. Azərbaycan Daxili İşlər Nazirliyinin statistik məlumatına əsasən Azərbaycan bu baxımdan istisna deyil - insan alveri ilə bağlı təqib edilmiş cinayətlər əsasən cinsi istismarla əlaqədardır.

Bir il cinsi istismardan sonra Gülnarə dostunun köməyi ilə onu əsarətdə saxlayanlardan qaçmağı bacardı. Azərbaycana qayıtdıqdan sonra hökumət orqanları mütəşəkkil kriminal qrupu müəyyən etdi və Gülnarənin məhkəmədə cəsarətli ifadəsinin köməyi ilə onları məsuliyyətə cəlb etdi.

Lakin insan alveri qurbanlarının cəmiyyətdə damğalarla üzləşdiyi səbəbdən Gülnarə öz ailəsinə və ya icmasına qayıda bilmirdi. Azərbaycanın İnsan Alveri ilə Mübarizə İdarəsinin əməkdaşları yerli vətəndaş cəmiyyətinin nəzdində bir sığınacağa yönəltdi.
Həmin sığınacaq Azərbaycanın insan alveri ilə mübarizə səyylərinə dəstək göstərən, USAID-in maliyyələşdirdiyi və Beynəlxalq Miqrasiya Təşkilatının icra etdiyi layihənin bir hissəsidir. Sığınacaqda Gülnarəyə psixoloji, tibbi və hüquqi yardım göstərildi. Yavaş-yavaş sığınacağın işçiləri və xidmətlərinin köməyi ilə o, cəmiyyətə yenidən qayıtmaq üçün özünə inam və ləyaqəti bərpa etdi.

"Sığınacaq daha yaxşı gələcək üçün mənim ümid yerim oldu. Burada mən təkcə maddi dəstək yox, həm də möhkəm olmaq üçün mənəvi dəstək aldım", - Gülnarə qeyd edib.
Sığınacaq əməkdaşlarının məsləhəti ilə Gülnarə uşaqlar üçün əyləncə tədbirlərində çıxış edən aktyorlar truppasına qoşuldu. O, artıq iki ildir ki həmin qrupla bərabərdir və öz işində inkişaf etməkdədir. Uşaqlara sevinc və əyləncə bəxş etmək onu daha da ruhlandırır.

"Sığınacaq mənə gülməyi öyrətdi və onların işi məni digərlərini gülməyə kömək etməyə ruhlandırdı", - deyə o, söyləyir.

2015-ci ildən USAID Azərbaycanda üç vətəndaş cəmiyyəti sığınacaqlara dəstək göstərərək həssas qadın və uşaqlara, habelə məişət zorakılığı, istismar və insan alveri qurbanlarına köməklik edib. Qalmaq yerindən əlavə sığınacaqlar qadın və uşaqları psixoloji, tibbi və hüquqi yardımla təmin edir ki, bununla da onlara həyatlarını bərpa etməyə və cəmiyyətə qayıtmağa kömək edir. 2015-ci ilin oktyabrından 2018-ci ilin martınadək layihənin dəstəklədiyi üç sığınacaq 100-dən çox təsdiq olunmuş və ehtimal edilən insan alveri qurbanlrına, habelə 1000-dən çox insan alverinin təsiri altına düşə biləcək insana birbaşa yardım ediblər.

2001-ci ildən USAID 70-dən çox ölkə və regionda insan alveri ilə mübarizə proqramlarına dəstək göstərib. Şərqi Avropa və Avrasiya regionunda əsas səylər Balkan ölkələrində və Şərqi Avropada, habelə keçmiş Sovetlər Birliyinin hədəf ölkələrində, o cümlədən Ukrayna, Belarus, Moldova, Bosniya və Azərbaycanda insan alverinin qarşısın alınması və qurbanlara yardıma yönəlib. (milli.az)


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1347   Tarix: 02 avqust 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Ərəb ölkələrini sel basdı

Güclü leysan yağışları Körfəz ölkələri - Oman, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Bəhreyn, Qətər və Səudiyyə Ərəbistanında ciddi fəsadlara yol açıb. "Qafqazinfo" "Əl-Cəzirə"yə istinadən xəbər verir ki, hava şəraiti səbəbindən təyyarə reysləri təxirə salınıb. Məlumata görə, Dubay şəhərind

16.04.2024 640
.

Nigarın sinə dekolteli geyimi - Fotolar

"Avroviziya 2011" qalibi Nigar Camal geyimi ilə diqqət çəkib. Axşam.az xəbər verir ki, sənətçi sinə dekolteli paltarla obyektiv qarşısına keçib. Nigar həmkarı Dilarə Kazımovanın da yer aldığı şəkilləri instaqram hesabında yayımlayıb. "Çox gözəl bir gündür. Onun bitməsinə imkan verməyin"

17.04.2024 768
.

Bu ərazilərdə yerləşən sənədsiz EVLƏR SÖKÜLƏ BİLƏR - AÇIQLAMA

Bakı və ətraf ərazilərdə çoxsayda sənədsiz evlər mövcuddur. Bu sənədsiz evlər müvafiq kateqoriya üzrə qadağan olunan ərazilərdə tikildiyi üçün vətəndaşlar çıxarış ala bilmir və həmin evlər sökülür. Artıq Azərbaycanda sənədsiz evlərin sökülməsi ilə bağlı müavfiq işlər görülür və bu barədə təkliflər aktuallaşıb

17.04.2024 1151
.

Hadı Rəcəbli dəfn olundu

Sabiq deputat, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin keçmiş sədri Hadı Rəcəbli dəfn olunub. xəbər verir ki, mərhum II Fəxri xiyabanda torpağa tapşırılıb

17.04.2024 749
.

"Fransanın Azərbaycandakı səfirini geri çağırması Qərbdə anti-azərbaycançı qüvvələrin fəallaşmasının bariz göstəricisidir" - Politoloq

Fransa Azərbaycandakı səfirini geri çağırıb. Mövzu ilə bağlı -a danışan politoloq Elşən Manafov bildirib ki, Fransanın Azərbaycan Respublikasındakı öz səfirini geri çağırması Qərbdə anti-azərbaycançı qüvvələrin fəallaşmasının bariz göstəricisidir:. "Adətən səfirlər dövlətlərarası munasibətlərd

17.04.2024 378
.

Azərbaycan XİN Fransaya xəbərdarlıq edib: Rəsmi Bakı bütün zəruri tədbirləri görəcək

Azərbaycanın razılığı əsasında Fransanın 25 ilə yaxın müddətdə vasitəçilik roluna baxmayaraq, bu ölkənin 2020-ci il Vətən müharibəsindən sonra açıq-aşkar anti-Azərbaycan addımları hər kəsə məlumdur. "Report" xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Fransanı

17.04.2024 268
.

"İstisna deyil ki, İsrail İrana cavab verəcək və beləcə, çoxdandır istədiyi bəzi düymələrə basacaq"

"Dünyada olduqca təhlükəli proseslər gedir. Son günlərdə baş verən İran-İsrail qarşıdurması bu hadisələrin pik nöqtəsidir. İran və İsrail arasında baş verənlər Yaxın Şərqdəki regional siyasətə bir qədər düzəlişlər edilməsilə nəticələcək". Bu sözləri BİG.AZ-a politoloq Zaur Məmmədov deyib.

17.04.2024 344
.

Yunanıstanda işçilər 24 saatlıq ümumi aksiyaya çıxıblar

Yunanıstan Ticarət Birlikləri Konfederasiyasının (QSEE) çağırışı ilə ölkənin bütün işçiləri iqtisadi vəziyyətin yaxşılaşdırılmasını tələb etmək üçün 24 saatlıq aksiya keçiriblər. BİG.AZ xəbər verir ki, bu barədə "GSEE" açıqlama yayıb. İşçilər yaşayış xərclərinin artması ilə diqqəti cəlb edi

17.04.2024 188
.

Aytən Səfərovanın düşdüyü qəzanın anbaan görüntüləri: Cinayət işi açıldı - YENİLƏNİB + VİDEO

Tanınmış aparıcı Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı cinayət işi açılıb. -ın əldə etdiyi məlumata görə, baş verən yol-nəqliyyat hadisəsi üzrə Xətai Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2 maddəsi ilə cinayət işi qaldırılıb, istintaq hərəkətləri aparılır. Qeyd edək ki, CM-in 263-cü maddəs

17.04.2024 2163