Erməni qızın şok Sumqayıt etirafları

Erməni qızın şok Sumqayıt etiraflarıOnu tapmaq çətin olmadı mənə. Uşaqlıq dostlarımdan birinin köməyi ilə hazırda yaşadığı mənzilin qəflətən qapısını döydüm. Uşaq vaxtı bircə dəfə rastlaşsaq da, xatırladım - uzaqdan əvvəl yaşadıqları evə baxıb ağlayan görmüşdülər onu. Mənim səkkiz yaşım var idi onda. Qonşu qadınlar da ona qoşulub ağlamışdılar. Sonra bir daha görünmədi.

Əvvəlki gözəlliyindən nişanə ancaq gözləri qalmışdı. İri və kədərli, qapqara, uzun kirpikli gözləri... Azərbaycanca o qədər səlis və səhvsiz danışırdı ki, onun erməni qızı olduğunu tanımayan heç kim kəsdirə bilməzdi. Gəlişimizin səbəbini biləndən sonra üzümə baxıb zorla gülümsədi. Hər şeyi əvvəldən axıra qədər danışacağını dedi. Amma iki şərtlə: ona sual verməyəcəkdim, bir də şəklini çəkməyəcəkdim. İlk dəfə hər şeyi olduğu kimi danışacaqdı.
Və danışdı...
İmkanlı və təhsilli ailənin övladı olmuşam. Atam da, anam da erməni idi. Məlum hadisələr başlayanadək çox yaxşı həyat sürürdük. Sumqayıtda, ermənilərin sıx yaşadığı mikrorayonda qalırdıq. 1988-ci ildə mənim 12 yaşım var idi. Sumqayıt hadisələrindən iki həftə əvvəl baş verəcəklər haqda məlumatımız var idi. Hadisədən bir az əvvəl artıq hamı hazırlıq görürdü. İmkanlı ailələr pullarını xaricdəki qohumlarına ötürmüşdülər.

Ara sakitləşənə qədər gizlənmək üçün xaricə qaçmaq imkanları bizdən daha yüksək olan qohumlarımızın evinə yerləşdik. O dəhşətli gecədə evin də təhlükəli olduğunu nəzərə alıb "ESKA" deyilən kluba sığınmalı olduq. Qardaşım məndən üç yaş balaca idi. Atam birtəhər imkan tapıb bizə əyin-baş gətirmək üçün evə getdi. Elə həmin vaxt evimizi qonşu Artur dayının oğlu soyurmuş. Özünü itirən oğlan atamın evə girdiyini görüb onun başına güldanı vuraraq qətlə yetirmişdi. Biz isə klubda xəbərsiz onu gözləyirdik.

Anam qardaşımı tək qoymamaq üçün klubdan çıxa bilmirdi. Mən atamı axtarmağa başladım. Bizim mikrorayonda yaşayan Rozanın oğlu Vitya məktəb tərəfdə qarşıma çıxdı. Qorxudan ona qısılmışdım. Atamın işlədiyi təcili yardım xəstəxanasında olduğunu dedi. Məni ora apardı. Şəhərdə tanklar gəzirdi. Hər tərəf milislərlə dolu idi. Vitya məni yarıyolda "villis" maşınına oturtdu . Məni "villis"lə xəstəxananın həyətinə gətirdilər. Bir milis maşından düşüb getdi. Vitya mənim əllərimi bağladı. Başqa bir milis isə ayaqlarıma bağladığı ipi maşının qapısının bağlı dəstəyinə keçirdi. Mən qışqırırdım, bağırırdım. Ancaq məni heç kim eşitmirdi.

Onlar əvvəlcə mübahisə etdilər. Sonra öz aralarında razılığa gəldilər. Əvvəlcə Vitya, sonra həmin cavan milis məni zorladı. Sonra əl-qolumu açıb məni maşınla klubun həyətinə gətirdilər. Qapını açıb məni yerə tulladılar. Maşın sürətlə uzaqlaşdı. Paltarlarım cırıq və qanlı idi. İki kişinin köməyi ilə anamın yanına gəlib çıxa bildim. Huşsuz vəziyyətdə bir neçə gün klubda qaldım.

Yerli camaat gizlincə bizə yemək daşıyırdı. Gözlərimi açanda xəbər tutdum ki, artıq atam dünyada yoxdur. Anam isə ağlamaqdan məhv olmuşdu. Xaricə göndərdiyimiz pullarımızın kimdə olduğunu anam bilmirdi. Mən isə heç kimi görmək istəmirdim.. Anam və qardaşım məni axtarmağa macal tapmamış birtəhər başımı götürüb rəfiqəmgilə qaçdım. Anamla qardaşımın Ermənistana göndərildiyini eşitdim. Mən isə rəfiqəmgildə müddət yaşadım.

Gizlənmək, başqasının evində sıxıntı olaraq yaşamaq məni zara gətirmişdi. Rəfiqəmin xalasına qoşulub Daşkəndə alver etməyə köməyə getdim. Mənə saxta sənəd düzəltdilər. On dörd yaşım olmuşdu. Rəfiqəmin xalası orda məni varlı bir kişiyə ərə verəcəyini dedi. Mənsə razılaşdım. Sonradan bildim ki, rəfiqəmin xalası məni Bakıda bir otaqlı evə dəyişib.

Məni pulla alan adam bir müddət öz yanında saxladı. Həmin müddətdə o və dostları tərəfindən hər cür cinsi amansızlıq gördüm. Həmin müddətin nə qədər çəkdiyini də bilmirəm. Çünki o qədər vaxtda bir dəfə də olsun otaqdan bayıra buraxılmadım. Sonra həmin kişi məni özü ilə Mahaçqalaya gətirdi. Bir müddət burda başqa qızların da olduğu bir evdə saxlanıldım. O evdə mən olmazın zülmlərini çəkdim. Hər gün 4-5 kişi ilə yatmağa məcbur edilirdim.

Bir dəfə bıçaqlandım, ev şəraitində yaram tikildi. Yataqdan tez qalxıb müştərilərə xidmət göstərməyim üçün yarama hər gün şərbət tökürdülər ki, tez sağalım. Yarama infeksiya düşdü. Sağalmağımın qeyri-mümkünlüyünü görüb məni dağlıq kəndə göndərdilər. Burda demək olar ki, nə vaxt öləcəyimi gözləyirdim. Orda azərbaycanlı ailənin yaşadığını eşitdim. Bir yolunu tapıb onlara xəbər çatdırdım. Bakıya xəbər verildi. Min bir müsibətlərlə Bakıya gətirildim.

Başıma gətirilənlərə görə məni zorlayan alçağı günahkar hesab edirəm. Sonralar eşitdim ki, Rusiyada həbs olunub, elə orada da öldürülüb. Hərdən mənə elə gəlir ki, elə indicə, dünyanın harasındasa bir erməni kiçik bir qızı zorlayır. İçimdəki kin çox böyükdür. Gələcəkdən gözlədiyim ən böyük xoşbəxtlik yalnız və yalnız ailə qurmaq olardı. Uşağım olmasını çox istəyirəm. Lakin o uşağın mənim atamın da, anamın da erməni olduğunu əsla bilməsini istəməzdim.

Milliyyətimdən təkcə mənə olanlara görə yox, bütün azərbaycanlılara edilənlərə görə də utanıram. İnanın ki, səmimi deyirəm. Həyatda kiminsə tam xoşbəxt olduğuna inanmıram. İnsanlar tanıyıram ki, gecələri ağlayıb yastığın bir üzünü su edib o biri üzünə çevirib yatırlar. Amma səhər özlərini insan içində dünyanın xoşbəxti kimi aparırdılar.

Həyat çox amansızdır, hamının dərdi var. Heç kimi xoşbəxt hesab eləmədiyim üçün heç kimə həsəd aparmıram.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 7939   Tarix: 10 may 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Azerçay" Novruz festivalı ilə sakinləri sevindirib

Doğma çay markası "Azerçay"ın təşkilatçılığı ilə Bakı və Gəncə şəhərlərində Novruz bayramı münasibətilə festival təşkil edilib. Şəhər sakinlərinin tətil günlərində maraqlı və əyləncəli vaxt keçirmələri üçün müxtəlif milli oyunlar və yarışlar keçirilib. Hər kəsin böyük maraqla qatıldığı tədbird

10:59 0
.

"31 Mart soyqırımı hadisəsi təkcə Azərbaycan tarixində deyil, bəşər tarixində ən qanlı faciələrdən biridir"

"Erməni daşnaklarının bolşeviklərlə birgə azərbaycanlılalara qarşı həyata keçirdiyi soyqırımından 106 il ötür. Son iki əsrdə ermənilər Azərbaycan xalqına qarşı misli görünməmiş etnik təmizləmə və soyqırımı siyasəti həyata keçirmişlər. Bu siyasət nəticəsində xalqımız ağır məhrumiyyətlərə v

12:40 0
.

Azərbaycanda bəzi vəzifəli şəxslərə rütbə ömürlük veriləcək

Xüsusi rütbə vergi orqanlarının vəzifəli şəxslərinə ömürlük veriləcək. APA-nın xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Dövlət vergi orqanlarında xidmət haqqında" Əsasnaməyə təklif edilən dəyişiklikdə əksini tapıb. Layihəyə əsasən, vergi orqanlarını

13:47 0
.

Ebru Şallının əri ilə bağlı qərar verildi

Türkiyəli model Ebru Şallının həyat yoldaşı Uğur Akkuşun məhkəməsi başa çatıb. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Akkuşun dələduzluğa görə 4 il 2 ay həbsi tələb olunub. Uğurun həbsi 83 min 320 lirə pul cəzası ilə əvəz olunub

28.03.2024 204
.

İsrail qüvvələri 2 fələstinlini yaralayıb

İsrail əsgərlərinin işğal altındakı Şərqi Qüdsün şimalında yerləşən Kalendiya Qaçqınlar Düşərgəsinə təşkil etdiyi hücumda 2 fələstinli yaralanıb. xəbər verir ki, Fələstin Qızıl Aypara Cəmiyyətindən verilən açıqlamaya görə İsrail əsgərləri Kalendiya Qaçqınlar Düşərgəsinə basqın zamanı 2 fələstinlini güllələrl

28.03.2024 105
.

Fransa NATO-dan çıxacaq?

Fransanın Milli Birlik Partiyası Ukraynada münaqişə bitdikdən sonra ölkənin NATO-nun vahid komandanlığından çıxa biləcəyini ehtimal edir. Bu fikri Fransanın ifrat sağçı lideri Cordan Bardella səsləndirib. Siyasətçi qeyd edib ki, onun partiyası ölkədə 2027-ci ilə təyin edilmiş növbəti prezident seçkisind

13:58 0
.

Azərbaycanlı qız Harvard Universitetinə qəbul olundu - FOTO

Bakı şəhəri 279 nömrəli tam orta məktəbin məzunu Qəndab Məmmədova Harvard Universitetinə qəbul olunub. Bu barədə təhsil müəssisəsi öz sosial şəbəkə hesabında məlumat yayıb. Q.Məmmədovanın 2022-23-cü tədris ilində məktəbin məzunu olduğu bildirilir. Qeyd edək ki, Q.Məmmədova daha əvvəl bir sıra nüfuzl

13:09 0
.

Azərbaycanın Əməkdar artisti vəfat etdi - FOTO

Azərbaycanın Əməkdar artisti Rahib Əliyev vəfat edib. xəbər verir ki, bununla bağlı məlumat sosial şəbəkələrdə yayılıb. Bildirilib ki, Əməkdar artist bu gün 78 yaşında vəfat edib. Xatırladaq ki, Rahib Əliyev 12 iyul 1945-ci ildə Bakı şəhərində anadan olub. 1967-ci ildən indiyə qədər Azərbaycan Dövlə

28.03.2024 839
.

Almaniyada avtobus aşması nəticəsində 4 nəfər ölüb

Almaniyanın Leypsiq şəhərində avtobus aşması nəticəsində 4 nəfər ölüb, 20-dən çox insan yaralanıb. xəbər verir ki, Almaniyanın paytaxtı Berlindən yola düşən avtobus İsveçrənin Sürix şəhərinə gedirmiş. Ümumilikdə 55 nəfər, 53 sərnişin və 2 sürücü olub. Avtobus Leypsiqdə magistral yolu keçərkən naməlu

28.03.2024 122