"Elektrik cərəyanını göstərib ki, əlini oradan tut və özünü öldür"- Dəhşətli qətlin TƏFƏRRÜATI

"Elektrik cərəyanını göstərib ki, əlini oradan tut və özünü öldür"- Dəhşətli qətlin TƏFƏRRÜATIGəlinini qətlə yetirməkdə təqsirləndirilən şəxsin məhkəməsi davam etdirilib. 59 yaşlı şəxs qətli törətməsini etiraf edir, amma onu xüsusi amansızlqıla öldürmədiyini deyir.

BiG.AZ musavat.com-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Seyidmalik Məmmədovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

Dövlət ittihamçısı çıxışında bildirib ki, təqsirləndirilən Seyidmalik Məmmədov gəlininin başqa şəxslə münasibətinin olmasından şübhələnərək onu qisas məqsədi ilə öldürmək qərarına gəlib. Əvvəlcə S.Məmmədov gəlininin başqa şəxslə münasibəti olduğunu bilib və öz oğlundan bunu gizlədib. Gəlinindən evi və kəndi tərk etməsini tələb edib. Amma gəlini onun bu xəbərdarlıqlarını dinləməyib.

İttihamda göstərilir ki, S.Məmmədov hadisə baş verən gün gəlinini öldürməzdən əvvəl ondan özünü öldürməsini tələb edib. Belə ki, gəlininə evdə olan elektrik cərəyanını göstərib və əlini oradan tutmasını, özünü öldürməsini istəyib. Lakin gəlini Seydimalik Məmmədova yalvararaq ölmək istəmədiyini deyib. Lakin Seyidmalik Məmmədov ondan bağışlanmasının istəyən gəlininin başına iki dəfə ov tüfəngi ilə atəş açaraq qətlə yetirib.

Dövlət ittihamçısı Seyidmalik Məmmədovun gəlinini xüsusi amansızlıqla öldürdüyünü nəzərə alaraq onun Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla adam öldürmə) maddəsi ilə təqsirli bilinərək 18 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

S.Məmmədovun vəkili Şirin Atayev müdafiə çıxışı edib. Vəkil deyib ki, hüquqalrını müdafiə etdiyi şəxsə istənilən 18 il azadlıqdan məhrum etmə cəzası çox ağırdır:

"Hörmətli məhkəmə, bu, o deməkdir ki, Seyidmalik artıq həbsxanadan çıxamayacaq. Bu adamın 60 yaşı var. 18 il sonra onun azadlığa çıxacağı inandırıcı deyil. Hadisənin namus üstündə, mərhumun əxlaqsız hərəkətləri səbəbindən baş verdiyini nəzərə almaq lazmdır. Həm də müstəsna əxlaqsızlıq hərəkətləri onu bu əməli törətməyə məcbur edib. Seyidmalik Məmmədov gəlinindən kəndi tərk etməsini istəyib. Yəni bu cinayəti törətmək istəməyib. Amma onun bu xərədarlığına məhəl qoyulmayıb".

Vəkil deyib ki, müdafiə etdiyi şəxsə qarşı irəli sürülmüş ittiham əsassızdır: "Bu ittiham Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə verilməli idi. Amma xüsusi amansızlıqla adam öldürmə - 120.2.4 kimi qiyətləndirilib. Burada xüsusi amansızlıqdan söhbət gedə bilməz. Seyidmalik Məmmədov gəlininə iki dəfə atəş açıb. Artıq birinci güllədə gəlini ölüb. İki saniyə fərqlə ikinci atəşi açıb. Əgər birinci atəşdən sonra gəlini sağ qalsaydı, can çəkişə-çəkişə ondan mərhəmət diləsəydi, yalvarsaydı və bu zaman Seyidmalik Məmmədov ikinci atəşi açsaydı, bu, xüsusi amansızlıq olardı. Bunları nəzərə alaraq, onun əməlinin qəsdən adam öldürməyə tövsif edilməsini tələb edirik".

Xatırladaq ki, dəhşətli qətl hadisəsi ilə ötən il baş verib. Seyidmalik Məmmədov gəlinini qətlə yetirib. 1958-ci il təvəllüdlü Məmmədov Seyidmalik Məzahir oğlu polisə özü təslim olub.

Seyidmalik Məmmədov son sözündə vəkili ilə razı olduğunu bildirib.

Məhkəmə iclasının davamı iyulun 25-nə təyin edilib.

İlkin araşdırmalardan sonra məlum olub ki, S.Məmmədov gəlinini qısqanclıq zəminində öldürüb. Məlumata görə, S.Məmmədov hadisədən bir neçə gün əvvəl həyətdəki hamamda gəlinini qonşuluqda yaşayan şəxslə tutub. S.Məmmədov onlara Maştağanı tərk etmələrini, yoxsa onları öldürəcəyini deyib. O, məsələni oğlundan gizli saxlayıb.

Həmin hadisədən sonra qonşuluqda yaşayan şəxs Bakını tərk edib. Gəlini isə əvvəlki kimi həyətdəki evdə yaşamağa davam edib. Seyidmalik Məmmədov bir neçə dəfə gəlininə çıxıb getməsini, onun həyat yoldaşına xəyanət etməsindən sonra burada yaşamasının düzgün olmadığını desə də, qadın buna əhəmiyyət verməyib. Əsəblərinə hakim ola bilməyən kişi tüfənglə gəlinini güllələyərək öldürüb.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1398   Tarix: 22 iyul 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Liftdəki ölümə görə yüksəkvəzifəli şəxsə şiddətli töhmət verildi - FOTO

Bakı Şəhər İcra Hakimiyyətində martın 26-da Binəqədi rayonunda qadının liftin qapıları arasında qalaraq ölməsi faktı ilə əlaqədar ümumi lift təsərrüfatının vəziyyəti təhlil edilib. Bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən məlumat verilib. Qeyd edilib ki, Bakı Şəhər İcra Hakimiyyətind

28.03.2024 0
.

Almaniyada avtobus aşması nəticəsində 4 nəfər ölüb

Almaniyanın Leypsiq şəhərində avtobus aşması nəticəsində 4 nəfər ölüb, 20-dən çox insan yaralanıb. xəbər verir ki, Almaniyanın paytaxtı Berlindən yola düşən avtobus İsveçrənin Sürix şəhərinə gedirmiş. Ümumilikdə 55 nəfər, 53 sərnişin və 2 sürücü olub. Avtobus Leypsiqdə magistral yolu keçərkən naməlu

28.03.2024 0
.

ABŞ-da bıçaqlı hücum: 4 ölü

ABŞ-ın İllinoys ştatında bıçaqlı hücum olub. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində 4 nəfər həlak olub, 5 nəfər yaralanıb. Bildirilir ki, yaralılardan birinin vəziyyəti ağırdır. Polis hadisə yerinə gəlib və hücum edən şəxs saxlanılıb. Faktla bağlı araşdırma başladılıb

28.03.2024 0
.

"Azneft"in baş direktoru işdən çıxarıldı - Yeni təyinat

Əli Qurban oğlu Qurbanov Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azneft" İstehsalat Birliyinin yeni baş direktoru təyin edilib. Bu barədə "Report"a SOCAR-dan məlumat verilib. Bildirilib ki, o, bu vəzifədə Şahmar Hüseynovu əvəz edib. Ş.Hüseynov 2019-cu ilin dekabr ayından Birliy

28.03.2024 0
.

Almaniyada avtobus avtomobil yolunda aşıb

Almaniyanın Leypsiq şəhərində avtobus magistral yolda aşıb. BİG.az xəbər verir ki, hadisə nəticəsində 4 nəfər həyatını itirib. 20-dən çox adam yaralanıb. Avtobusun İsveçrənin Sürix şəhərinə getdiyi bildirilib. Avtobusun hansı səbəbdən aşdığı məlum deyil. Sözügedən yolda nəqliyyat vasitələrinin hərəkət

28.03.2024 0
.

Kraliça Kamilla rəsmi tədbirlərə qatılır

İngiltərə kralı Çarlz və şahzadə Keyt Midlton səhhətlərindəki problemlərə görə rəsmi tədbirlərdə iştirak edə bilmir. xəbər verir ki, onları kraliça Kamilla əvəz edərək tədbirə qatılıb. İngilitərə xalqı "Keytə sevgilərimizi göndər" yazılı qeydlər göndəriblər

28.03.2024 0
.

İftar süfrəsi üçün dadlı reseptlər

İftar menyusunu təqdim edirik:. Pendirli əriştə şorbası. Ərzaqlar:. Süd - 2,5 st. Yumurta - 3 ədəd. Duru pendir - 3 st. Kərə yağı - 1 x Ət bulyonu. Duz zövqə görə. Un apardığı qədər. Soğan - 1 ədəd. Hazırlanması:. Süd, yumurta, 2 stəkan pendir və undan ibarət xəmir yoğur. Xəmirləri əriştə formasınd

28.03.2024 0
.

Bakıda restoran yanır - FOTO/VİDEO

Bakının İstiqlaliyyət küçəsində restoranın çöl divarından keçən elektrik kabeli yanır. Bu barədə -ın sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Bildirilib ki, Bakı şəhərinin Səbail rayonu, İstiqlaliyyət küçəsində yerləşən restoranın çöl divarından keçən elektrik kabel

28.03.2024 0
.

"Simpsonlar" bunu da bildi - Davamı gəlsə bütün dünyada fəlakət yaşanacaq - FOTO

Böyük hadisələri baş verməmişdən öncə proqnozlaşdırmağı ilə məşhurlaşan cizgi filmi Simpsonlar yeni proqnozları ilə gündəmdədir. -ə istinadən bildirir ki, cizgi filmdə bu dəfə yaxın keçmişdə baş verən Günəşdəki güclü partlayışlar öncədən müəyyən edilib. Son illərin ən güclü geomaqnit qasırğası olara

28.03.2024 0