"Səkkiz ildir bu elmi işin üzərində çalışıram" — Nazpəri Dostəliyeva

"Səkkiz ildir bu elmi işin üzərində çalışıram" — Nazpəri DostəliyevaXalq artisti Nazpəri Dostəliyeva aşıq sənətiylə bağlı götürdüyü elmi iş ətrafında son günlər yaranmış ajiotajla bağlı "Ölkə.Az"-a müsahibə verib.

– Nazpəri xanım, sizin aşıq sənətiylə bağlı götürdüyünüz elmi iş həm sosial şəbəkələrdə, həm də sosial mediada müzakirələrə səbəb olub. Bu addımınızı təqdir edənlər də var, tənqid edənlər də. İstərdim ki, öncə bu barədə danışasınız.

– Əvvəlcə qeyd edim ki, iyun ayında Ali Attestasiya Komissiyası mövzunu qəbul edib. Ümumiyyətlə, istərdim oxucular bilsin ki, bu haqda hələ heç kimə heç nə deməmişəm. Bildiyiniz kimi, peşəkar səhnəyə addım atan gündən bir kəlmə demişəm ki, müəllimim də, ustadım da atam olub. Muğamları, xalq mahnılarını, aşıq musiqilərini də atamdan öyrənmişəm. Bəzən deyəndə ki, atamın məktəbini keçmişəm, ondan bəhrələnmişəm, kimlərinsə beynində xoşagəlməz fikirlər yarana bilər. Ancaq bu, faktdır. Bəli, mən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini bitirmişəm, təhsil almışam, bildiklərimi püxtələşdirmişəm. Peşəkar səhnəyə ayaq qoyan gündən ali təhsil almaq barədə düşünmüşəm və təhsil almışam. Eyni zamanda pedaqoji fəaliyyətlə məşğul olmuşam. 2009-cu ildən bu günə kimi Mədəniyyət və İncəsənət Universitetində pedaqoji fəaliyyətlə məşğulam.

– Bəs "Azərbaycanın şərq və qərb aşıq məktəblərinin xüsusiyyətləri və ifaçılıq ənənələrinin müqayisəli təhlili" adlı dissertasiya mövzusunu götürməyiniz hansı zərurətdən yarandı? Yəni, niyə məhz bu mövzunu araşdırmaq, işləmək qərarına gəldiniz?

– Atam dünyasını dəyişəndən sonra aşıqları layiq olmayan yerlərdə görəndə, çayxanalara getdiklərini eşidəndə bu, mənə çox pis təsir edirdi. Aşığın hansı bölgədən olmasının heç bir fərqi yoxdur. Bu, mənimçün müqəddəs sənətdir, ilk öncə ağsaqqalımın qoyduğu mirasdır. Bu, əzəli, qədimi ozan sənətidir və hər bir azərbaycanlının borcudur ki, onu qorusun və bacarırsa, inkişaf etdirsin. Düşündüm ki, əgər bütün bu proseslərin içərisindən keçmişəmsə, onun inkişafında, öyrənilməsində, aliləşməsində mənim də müəyyən qədər xidmətim olsun. Qərara gəldim ki, aşıq musiqisi orkestrlə səslənsin. Bunu sevə-sevə və ürəkdən istəyərək etdim. İstədim ki, həmin musiqini ali formada xalqımıza, dünya xalqlarına təqdim edim. Mikayıl Azaflının "Ağarma, ay saçlarım" adlı musiqisini ifa edəndə dilimizi başa düşməyən xarici dövlətlərin vətəndaşlarının gözündən yaş axdığını gördüm. Atamın ustadı Aşıq Abbas Cəyirlinin sözlərinə "Şirvan şikəstəsi" oxuyanda "Zarıncı şikəstə"nin bəzi detallarını ora əlavə etdim. Halbuki onu aşıqlardan başqa heç kim başa düşməzdi. Bu, mənim ustadlarımdan bəhrələndiyimdir. Şamaxının, Şirvan elinin məşhur saz-söz ustadları olan aşıq Abbas Cəyirli, aşıq Mahmud, aşıq Şakir Hacıyev, aşıq Bilal, aşıq Pənah, aşıq Əhməd, aşıq Şərbət, aşıq Məhəmməd, aşıq Xanış kimi ustadlardan, o cümlədən Qərb aşıq məktəbinin nəhəngləri olan aşıq Ədalət, aşıq Xanlar kimi sənətkarlardan hər zaman bəhrələnmişəm.

– Yəni, demək istəyirsiniz ki, sözgedən elmi işi götürməyinizin səbəbi bu amillər olub?

– Bəli, tamamilə doğrudur. "Ağarma, ay saçlarım"ı ifa edəndən sonra Avropada, Türkiyədə, Rusiyada verdiyim solo konsertlərdə aşıq musiqisinin sifarişini gördüm. Xahiş edirdilər ki, aşıq mahnısı ifa edim. Bunların hər biri içimdə alov, istək yaratdı. Düşündüm ki, niyə aşıq sənəti haqqında elmi iş yazmayım? Bu iş mənim beynimə o vaxtdan həkk olundu. Mədəniyyət və İncəsənət Universitetində pedaqoji fəaliyyətimlə yanaşı, böyüklərimizin, alimlərimizin məsləhətiylə aşıq sənətiylə bağlı elmi iş götürmək qərarına gəldim.

– Bu elmi işi neçənci ildə götürmüsünüz?
– Təxminən 2010-cu ildən bu işin üzərində çalışıram. Səkkiz ildir bu işlə məşğulam. Həm evimdə oturub işləmişəm, həm alimlərlə məsləhətləşmişəm, bu gün də araşdırmalarım davam edir. Hətta Özbəkistanda, Qırğızıstanda ozan sənətiylə bağlı araşdırmalar aparmışam. Həmçinin Şamaxıda ustad aşıqların evlərində olmuşam. Vaxt məhdudluğuna baxmayaraq, məhz bu iş üçün hara imkanım çatıbsa getmişəm, faktlar toplamışam.

– Maraqlıdır ki, səkkiz il öncə götürdüyünüz elmi iş bu gün gündəmə gəlir.

– Mən elmi iş yazdığımla bağlı afişa vurmayacaqdım ki?

– Sizcə, yazdığınız elmi iş müsbət rəy ala biləcəkmi?

– Faktlar əsasında yazmışam və bacardığımın ən yaxşısını etməyə çalışmışam. Ümid edirəm ki, səkkiz il ərzində gördüyüm işlər, mütəxəssislərlə məsləhətləşərək apardığım araşdırmalar müsbət nəticə verəcək. Ancaq istənilən halda yekun qərar Ali Attestasiya Komissiyasınındır. Hələ işim tamamlanmayıb və hətta deyim ki, mətbuatda, sosial şəbəkələrdə yazılanları eşidəndə Şamaxıdan qayıdırdım. Yaxınlarım mənə dedilər ki, belə şeylər yazırlar. Bir şeyi də vurğulayım ki, həmin fotonu mənim köməkçim "Instagram"da paylaşıb. Düşünürəm ki, bu mənə qarşı təxribatdır. Atdığı yanlış addıma görə, köməkçimi bu gün işdən azad etdim. Həmin foto paylaşılanda mən Şamaxıda olmuşam.

– Əslində, vermək istədiyim suala toxundunuz. Sənət aləmindəkilərin arasında intriqaların olması sirr deyil. Sizcə, bu məsələnin ajiotaja səbəb olmağında həmkarlarınızın rolu varmı?

– Əlbəttə, var.

– Səbəb nə ola bilər?

– Paxıllıq! İnanıram ki, bu yaranan yox, süni şəkildə kimlərsə tərəfindən yaradılan ajiotajdır. Atalar deyib ki, mərdiməzar olmasa, bağ çəpəri neyləyir? Ümumiyyətlə, hər zaman bəzi həmkarlarım gördüyüm işlər qarşısında aciz qalıblar. Bu səbəbdən də hansısa formada gördüyüm işlərə kölgə salmağa çalışıblar. Sənətə gəldiyim ilk gündən belə olub. Amma onların savadsızlığı, acizliyi hər zaman məni güldürüb və məndə hünər, şövq yaradıb. Yoluma daş atanlar, mane olmaq istəyənlər hər zaman olub və bu gün də var. Ancaq həmişə ağlıma, sənətimə, işimə güvənib, irəli getmişəm. İnanıram ki, bu şövqlə daha gözəl işlərə imza atacağam. Bu işdə heç kim mənə mane ola bilməyəcək. Elmi işimi bitirib Ali Attestasiya Komissiyasına təhvil verəcəyəm.
"Səkkiz ildir bu elmi işin üzərində çalışıram" — Nazpəri Dostəliyeva"Səkkiz ildir bu elmi işin üzərində çalışıram" — Nazpəri Dostəliyeva


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 1324   Tarix: 21 iyul 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Banu illər sonra...

Sosial medianın uşaq ulduzu Banu Muradovanın yeni videosu gündəm olub. OLAY yazır ki, onun indiki görüntüsünü anası Nigar Muradova (Moouradi) paylaşıb. İstifadəçilər Banunun böyüdüyünü yazıb və illər əvvəlki video-fotolarını xatırlayıb

28.03.2024 368
.

"Yalı çapkını"nda gözlənilməz ayrılıq - Foto

"Yalı çapkını" serialında növbəti ayrılıq yaşanacaq. Axşam.az xəbər verir ki, ekran işinə aktrisa Binnur Kaya vida edəcək. O, layihədə "Nükhet" obrazına həyat verir. Qeyd edək ki, serialın baş rollarını Afra Saraçoğlu ilə Mərd Ramazan Dəmir canlandırır

24.03.2024 584
.

"Seriallarımız cılızdır, çəkilmirəm"

Xalq artisti Firəngiz Mütəllimova serialları tənqid edib. Axşam.az xəbər verir ki, aktrisa bu haqda "Danışır radio" proqramında deyib. O bildirib ki, seriallaraçəkilmir:. "Bəzən mənə də iradlar olurdu. Söyləyirdilər ki, biz səni filan tamaşada və ya serialda görmək istəmirik. Mən bun

27.03.2024 421
.

Terror zamanı məşhur aktyor da orada olub

Martın 22-si "Crocus City Hall"da baş verən terror aktı zamanı rusiyalı məşhur aktyor Sergey Svetlakov da orada olub. Axşam.az xəbər verir ki, bu barədə aktyor sosial şəbəkədə özü məlumat yayıb. O, "Piknik" qrupunun konsertini izləmək üçün sözügedən məkanda olduğunu bildirib. Aktyo

24.03.2024 511
.

"Klon"un aktyoru oğlu ilə - FOTO

"Klon" serialının məşhur qəhrəmanları Giovanna Antonelli və Murilo Benisionun övladının fotosu yayılıb. Axşam.az xəbər verir ki, ekran işi bitdikdən sonra ailə quran aktyorların övladı Pietro 2005-ci ildə dünyaya gəlib. Pietronun fotosunu Murilo sosial şəbəkədə nümayiş etdirib. Aktyor kadr

27.03.2024 2603
.

Rihannanın yeni görünüşü

Müğənni Rihanna imicini dəyişib. Axşam.az xəbər verir ki, sənətçi saçlarının rəngini dəyişib və onları qısa kəsdirib. Pərəstişkarları yeni saç düzümü və paparassilərin onu tutduğu obrazı bəyənməyiblər. Çoxları onun gülünc göründüyünü, əvvəlki obrazın isə ona daha çox yaraşdığını qeyd edib. Bundan əlavə

26.03.2024 588
.

"Dünyaya uşaq gətirmək vacib deyil"

"Sevinirəm ki, Fətulla (qardaşının övladı - red.) ailəni tək idarə edir. Dünyaya uşaq gətirmək vacib deyil". Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Nisə Qasımova "Zaurla Günaydın" verilişində deyib. Müğənni ailəsindən danışıb:. "Fətulla uşaq idi, çılğın, hər şeydə

26.03.2024 493
.

Demet Akalından Röyaya dəstək

Türkiyənin məşhur müğənnisi Demet Akalın Röyadan danışıb. xəbər verir ki, müğənni aparıcısı olduğu verilişdə Röyanın konserti zamanı baş verənləri şərh edib. Həmyerlilərimizə keçmiş olsun diləklərini çatdıran Akalın "Azərbaycanın məşhur ulduzu Röya həmin gün, o məkanda komandası ilə konsert verəcəkdi

26.03.2024 694
.

Xalq artisti Tünzalə Ağayevanın yeni layihəsi işıq üzü görüb

Xalq artisti Tünzalə Ağayevanın yeni layihəsi işıq üzü görüb. xəbər verir ki, pop star "Dünya yalnız səndən ibarət" adlı mahnısını dinləyicilərinə təqdim edib. Ağayeva sözügedən mahnı üçün həmçinin kamera qarşısına keçib. Qırmızılara bürünən eşq qadını yeni mahnısı üçün klip də lentə aldırıb

26.03.2024 375