"Çimərlikdəki o qədər qarpız qabığını da ərəblər yeyib tullayıb?" - Deputat ərəblərdən danışdı

"Çimərlikdəki o qədər qarpız qabığını da ərəblər yeyib tullayıb?" - Deputat ərəblərdən danışdı
"Ərəb Almaniyaya deyil, Azərbaycana gəlib. Görüb ki, burada sellofanla zibillər küçəyə atırlar. Hər gün çimərlikdə görürəm ki, qarpızı yeyib çölə tullayıblar. Çimərlikdəki o qədər qarpız qabığını da ərəblər yeyib tullayıb? Zibil qabı olsa da, hər şeyi yeyib yerə tullayırlar. Bu məsələnin sırf ərəblərlə bağlılığı yoxdur”.

BiG.AZ xəbər verir ki, bu sözləri sfera.az-a açıqlamasında millət vəkili Fazil Mustafa son günlər tez-tez qarşılaşdığımız ərəblərin natəmizliyi, pintiliyi ilə bağlı yayılan video və məlumatlara münasibət bildirərkən deyib:

"Orta məktəbdə oxuyanda Liviyaya getmişdim. Parkda tum çırtlayanda yerə atmışdım. Dərhal mənə irad bildirildi ki, tumu yerə atmazlar. Ərəblərin ölkəmizdə təmizkar olmasını istəyiriksə, ilk növbədə özümüz buna əməl etməliyik. Özümüz piyada keçidindən keçirikmi? Özümüz tələblərə əməl edirikmi? Məgər məhləni, hoteli təmiz saxlayırıq? Gedin parklara, kafelərə baxın. Şadlıq evlərində olan mədəniyyətsizlik heç yerdə yoxdur. Sadəcə olaraq ərəblərin gəlişinə görə bir təbliğat gedir. Ərəblərin davranışı ilə bağlı arzuolunmaz hadisələr müşahidə edilə bilər. Lakin bunu sırf ərəblərlə əlaqələndirmək düzgün deyil”.

Şikayətiniz varsa Whatsapp: 050 3422489

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 1220 Tarix: 20.07.2018



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
zeynalabidin
zeynalabidin 20.07.2018
Hm baba


 
pryanka
pryanka 20.07.2018
Düz söze ne deyesen


 


Pulsuz elanlar sayti

Azərbaycandan son xəbərlər