Ana sevgisi

Ana sevgisiSakit, isti və günəşli bir gün idi. Bir mələk cənnətdən qaçdı, yaşlı dünyamıza endi və tarlalarda, meşələrdə, şəhərlərdə və kiçik kəndlərdə dolaşmağa başladı.Günəş batar-batmaz qanadlarını açdı və:
'Ziyarətim bitdi, artıq işıq dünyasına geri qayıtmalıyam. Fəqət, buradan bir xatirəylə dönmək istəyirəm.' -dedi.
Gözəl bir çiçək baxçasına baxdı və:
'Bu çiçəklər qədər gözəlini, bunlar qədər xoş qoxanını görmədim. Onun üçün xatirə olaraq bu çiçəkləri götürəcəm' -dedi.
O sırada irəlidə, gülyanaqlı bir körpə gördü. Körpə gülümsəyərək anasının üzünə baxırdı. Bunu görən mələk öz-özünə :
'Bu körpənin gülümsəməsi, buketdən də gözəldi. Onu da özümlə aparmalıyam.'
Bunları söylərkən, körpənin beşiyini, körpəyə və beşiyə bir sel kimi axan anasının sevgisini gördü mələk. O anda yenə öz-özünə dedi:
'Ananın körpəsinə olan sevgisi bu dünyada gördüyüm ən gözəl şeydi. Bu sevgiyi də bərabərimdə aparmalıyam.'
Bu üç xəzinəylə birlikdə cənnətə doğru qanad açdı mələk. Cənnətin qapısından içəri girmədən öncə:
'İçəri girməmiş, xatirələrimə bir göz atım'- dedi.
Əlindəki buketə baxtdı, bütün güllər solmuşdu. Körpənin üzünə baxanda, körpənin gülümsəməsi də yox olmuşdu. Ananın sevgisinə baxdı, o bütün gözəlliyi ilə yerində dururdu. Solmuş gülləri və gülümsəməyi cənnətin qapısında atdı və qapıdan içəri girib cənnətdəki hər kəsi yanına çağırdı :
'Budur dünyada tapdığım və cənnət qədər gözəlliyini itirməyən tək şey - Ana sevgisi!"


BiG.Az Telegramda izləyin instagramda izləyin
  Baxılıb: 6972   Tarix: 01 may 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler