Sərxan Sərxan: Heydər Əliyevin o sözü məni çox tutdu

Sərxan Sərxan: Heydər Əliyevin o sözü məni çox tutdu40 ildir sənətdə, səhnədəyəm. Düz 30 il öncə Əməkdar artist fəxri adına layiq görüldüm. Bu il isə mayın 27-də ölkə prezidenti tərəfindən Xalq artisti fəxri adını aldım. İnanın ki, nə o vaxt, nə də indi xəbərim olmuşdu.

Hətta dostlarımdan biri zəng vurub təbrik edəndə bildirdim, niyə tələsirsən, ad günümə hələ 20 gün qalır, qayıdıb dedi ki, ad gününü yox, Xalq artisti adını təbrik edirəm.

Bunu tanınmış sənətkar, Xalq artisti Sərxan Sərxan deyib.

Sərxan Sərxan: Heydər Əliyevin o sözü məni çox tutduO qeyd edib ki, sənətdə heç vaxt pul, şöhrət dalınca qaçmayıb. Xalq artistinin sözlərinə görə, sənətə pulun gözü ilə baxmaq düzgün deyil, sənətə sənət naminə gəlmək lazımdır və yalnız o zaman uğur qazana bilərsən.

Tanınmış sənətçi həm adının, həm soyadının Sərxan olmasına da aydınlıq gətirib.

Bildirib ki, gənc vaxtlarından Bakıdan Moskvaya üz tutmalı olub və o vaxt onu təqdim edərkən aparıcı soyadını söyləməkdə xeyli çətinlik çəkməli olub:

"Mənim gözəl soyadım var - Qurbanbəyov. Sərxan da babamın adıdır. Gördüm ki, soyadımı çəkməyə çətinlik çəkir, rus aparıcıya dedim ki, Sərxan Sərxan de (gülür). Elə ötən əsrin 80-ci illərindən də Sərxan Sərxan oldum və belə təqdim edildim.

Eyni zamanda, Sərxan adı o vaxt yeni və az qoyulan adlardan olduğu üçün mənim pərəstişkarım olan azərbaycanlıların - içərisində Rusiyada, ovaxtkı SSRİ-də yaşayan soydaşlarımız da var - bir çoxu övladlarına Sərxan adı verməyə başladılar. İndi həmin sərxanların bir çoxu ailə-uşaq sahibi olublar".

S.Sərxan mərhum dövlət başçısı Heydər Əliyevlə bağlı maraqlı xatirəsini danışıb:

"Böyük dövlət adamı olan Heydər Əliyev hər zaman sənətə, sənət adamlarına xüsusi diqqət yetirib. Daim dövlət konsertlərindən sonra səhnənin arxasına gələrək sənət adamları ilə görüşüb, söhbətləşib. Bir gün yenə dövlət konsertlərindən biri idi, Heydər Əliyev konsertdən sonra sənət adamları ilə görüşürdü.

Hamı ilə Azərbaycan dilində danışırdı, mənə çatanda isə rus dilində danışdı. Dedim ki, Heydər Əliyevic, mənimlə də azərbaycanca danışın. O da gülə-gülə və özünəməxsus amiranəliklə dedi ki, o zaman sən də azərbaycanca oxu (gülür).

Bu söz məni əməlli-başlı tutdu. Elə həmin gün bir nəfər televiziyada çalışan dostum mənə bir xeyli şeir təqdim etdi. Əksəriyyəti də Tofiq Bayramın şeirləri idi, özü də hamısı gözəl idi.

Onlardan birini, tez bir zamanda hitə çevrilən "Ay gecikən məhəbbətim" şerini seçdim və ona musiqi bəstələdim, elə həmin gün, bir anın içində... Bu mahnım Azərbaycanla yanaşı, Moskvada, keçmiş SSRİ-də də çox məşhur oldu".

Sərxan Sərxan: Heydər Əliyevin o sözü məni çox tutduSərxan Sərxan: Heydər Əliyevin o sözü məni çox tutduOxu.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1341   Tarix: 20 iyul 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"İxracın şaxələndirilməsində Qırğızıstan bizim üçün ən əlverişli ölkələrdən biridir"-EKSPERT

"Qırğızıstanla son 15 ildə ən pis ticarət dövriyyəmiz 2017-ci ildə qeydə alınıb. Həmin il cəmi 1.7 milyon dollarlıq dövriyyəmiz olub. 2022-ci ildə isə bu göstərici 5 dəfə artaraq 10.8 milyon dollar olmuşdur". Bu sözləri BİG.AZ-A iqtisadçı-ekspert Eldəniz Əmirov deyib. O bildirib ki, ötən i

17:40 54
.

"18 yaşına çatmış hər bir vətəndaşının mülki silah əldə etmək hüququ var" - Vəkil

Azərbaycanda silah sıravi vətəndaşlar üçün nə qədər əlçatandır? Azərbaycan Respublikasının 18 yaşına çatmış hər bir vətəndaşının mülki silah əldə etmək hüququ vardır. Mülki silahı əldə etmək istəyən vətəndaş yaşadığı ərazi polis orqanına və ya Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsin

12:24 470
.

Bakıda yaşayış binasında yanğın oldu

Bakının Xətai rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub. Bu barədə BİG.AZ-a FHN-nin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Bakı şəhərinin Xətai rayonunda çoxmərtəbəli yaşayış binasının 10-cu mərtəbəsində ümumi sahəsi 100 m² olan 5 otaqlı mənzildə 3 ədəd yataq dəsti, 1 ədəd kreslo

24.04.2024 360
.

Azərbaycanda əhalinin 75%-i "TikTok"un bağlanmasını İSTƏYİR

Dünyada sosial medianın mənzərəsi sürətlə dəyişir. Tədqiqatlar xüsusən "TikTok" media platformasının populyarlığının sürətlə artdığını və dünyada gənclər arasında ən çox istifadə edilən beş sosial media platformasından biri olduğunu göstərir. xəbər verir ki, bu barədə Sosial Tədqiqatlar Mərkəzini

15:32 181
.

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər. Bununla bağlı AZƏRTAC məlumat yayıb

12:40 249
.

"Kaş hamı Cavanşir Məmmədov kimi yaşayardı"

Əməkdar artist Elza Seyidcahan mərhum həmkarı Cavanşir Məmmədovdan danışıb. Axşam.az xəbər verir ki, müğənni "Elgizlə izlə" verilişində ifaçının ölümündən danışıb. "Ölüm haqdır. Bilə bilmərik ki, kim harada öləcək. Kimə torpaq qismət olacaq, ya yox. Heç kim bilmir necə öləcək. Allahı

15:16 277
.

Müştəri bərbərdən narazı qaldı, iş yerini güllələdi - VİDEO

Türkiyənin İstanbul şəhərində müştəri bərbərdən narazı qalıb. BİG.AZ xəbər verir ki, müştəri qiymətin artımın biləndən sonra əsəbləşərək iş yerini güllələyib. Hadisə ərazidəki təhlükəsizlik kameraları vasitəsi ilə qeydə alınıb. Həmin görüntüləri təqdim edirik:

12:36 52
.

Aygün Kazımova onunla 23 il sonra bir arada - Video

Xalq artisti Aygün Kazımova "Şəklimi çək" klipində rol alan aktyor Şamil Muradovla 23 il sonra bir araya gəlib. Axşam.az xəbər verir ki, ölkənin əsas ulduzu məclislərdən birində çıxış edərkən tərəf müqabili də orada yer alıb. Ş.Muradov səhnəyə çıxaraq, Pop kraliça ilə görüşüb və ifa zaman

10:23 4268
.

Azərbaycan - Rusiya münasibətlərində milli maraqlar- Təhlil

"Azərbaycanın xarici siyasəti hər zaman praqmatikliyi ilə seçilib. Bu illər ərzində ölkəmiz regionda daim sabitləşdirici mövqedən çıxış edərək region ətrafında qlobal güclər arasında ziddiyyətlərin aradan qaldırılması üçün əlindən gələni edib. Balanslı siyasət nəticəsində sabit bölgə üçün daim vuruşa

15:35 37