Adnan Oktar: "Azyaşlı qızları evimə gətirərək..." - VİDEO

Adnan Oktar: "Azyaşlı qızları evimə gətirərək..." - VİDEO
Tükiyədə həbs olunan Adnan Oktar ona qarşı irəli sürülən ittihamları rədd edib.

O, Atatürkçü olduğunu bildirərək günahsızlığını sübut etməyə çalışıb:

“Atatürkçü, milliyyətçi, günahsızam. Şikayətçi olanlar mənə şər atır. Xarici əlaqələrim Türkiyə əleyhinə deyil, leyhinədir. Azyaşlı qızları evimə gətirərək, onlara təcavüz etməyim iddiasını da qəbul etmirəm. Mən qanunla, hüquqla yaşayan adamam. Bütün bu iddialar çox çirkindir. Qəbul etmirəm. Getdiyim yerlər bəllidir. Gizli, anlaşılmayan bir təşkilat rəhbəri deyiləm”.

Qeyd edək ki, Türkiyədə özünü ilahiyyatçı kimi qələmə verən Adnan Oktar və 235 tərəfdarı hüquq-mühafizə orqanlarının apardığı əməliyyat nəticəsində saxlanılıb.

Onlar mütəşəkkil cinayət qrupu yaratmaq, yetkin olmayanlarla cinsi əlaqədə olmaq, uşaq qaçırmaq, hərbi casusluq, dini inanc və duyğuların istismar olunması, dələduzluq, çirkli pulların yuyulması, şəxsi həyat sirlərini ifşa etmək, rəsmi sənədlərdə saxtakarlıq, terrorla mübarizə qanununa əməl etməmək, cinsi təcavüz, təhdid, iftira, xalqı hərbi xidmətdən çəkindirmək maddələri üzrə təqsirləndiriliblər.

Cinayətkar təşkilata cəlb olunmuş 54 nəfərin dindirilməsi davam edir.

mənbə: yenicag


Şikayətiniz varsa Whatsapp: 050 3422489

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 2902 Tarix: 19.07.2018



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
davinci
davinci 20.07.2018
Asilmalidi hemin insan!
Everything is good... Never feel the bad


 
vetenperver
vetenperver 20.07.2018
O bazin biribkim olacaq


 
maraan
maraan 19.07.2018
duz eddiler..
NazliXanim
NazliXanim 19.07.2018
Bu ADNAN OKTAR kimdi bele yaman popiliyar olub


 


Pulsuz elanlar sayti

Azərbaycandan son xəbərlər