17 yaşlı qız beş manata görə əlili bıçaqladı - Bakıda

17 yaşlı qız beş manata görə əlili bıçaqladı - BakıdaBakı Ağır Cinayətlər Məhkəməsində Bakı şəhər sakini Aytən Abbasovanın CM-nin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

2014-cü il mayın 30-da Yasamal rayonu, Ş.Qurbanov küçəsi, 1 ünvanından Bakı şəhər sakini Məryəm Hüseynova (1985-ci il təv.) kəsilmiş-deşilmiş xəsarətlə Kliniki Tibbi Mərkəzə çatdırılıb.

Həmin gün Yasamal RPİ 27-ci polis bölməsinin əməkdaşları tərəfindən hadisəni törədən 17 yaşlı Aytən Abbasova tutulub. Bildirilib ki, qız orta məktəbi bitirib və hadisə "Son zəng" tədbirindən sonra baş verib. Rayon məhkəməsinin qərarı ilə onun barəsinndə polis nəzarətində qətimkan tədbiri seçilib.

İttihama görə, mayın 30-da Fəvvarələr meydanı yaxınlığında Aytən Abbasova əvvəlcədən tanıdığı 2-ci qrup əlil olan Məryəm Hüseynovadan psixotrop dərman almaq üçün beş manat pul istəyib. Qadın ona pul vermədikdə, Abbasova onu yerə yıxıb və üzərindəki bıçaqla Hüseynovaya zərbələr vurub.

Məhkəmə prosesində Aytən Abbasova ittiham üzrə özünü təqsirli bilib. İfadəsində Məryəm Hüseynovanı söyüş söydüyü üçün vurduğunu bildirib:

"Ondan pul tələb etməmişəm, narkotik istifadəçisi deyiləm. Söhbət edəndə məni və valideynlərimi söydü. Özümdən çıxdım və bıçaqla vurdum. Polisdən qorxduğum üçün qaçmışam".

Zərərçəkmiş Məryəm Hüseynova isə bildirib ki, Aytən Abbasova dərman almaq üçün ondan pul tələb edib:

"Yaxınlaşıb beş manat istədi, dedi, narkotik olan dərman almalıyam. Dedim, vermirəm, özüm xəstə adamam, sənə niyə pul verim, 70 manat təqaüd alıram. Anamı söydü, dedim ki, özünü yığışdır.

Dayanmadı, mən də onu söydüm. Saçımdan tutub, yerə yıxdı, başıma təpiklə vurdu. Sonra bıçaqladı. Polisə şikayət elədim. Bir neçə dəfə gəlib məni hədələyib ki, səni öldürəcəyəm".

Təqsirləndirilən şəxsin anası Arzu Süleymanova bildirib ki imkanları yoxdur:

"Evdə iki xəstəm var. Aytən də qollarını doğrayır, psixoloji problemləri var. Özü də hamilədir".

Bundan sonra qadın qızının hamilə olması ilə bağlı sənədi məhkəməyə təqdim edib. Orada Aytən Abbasovanın altı həftəlik hamilə olması bildirib.

Hakim deyib ki, A.Abbasova rəsmi nikahda deyil, Arzu Süleymanova isə bildirib ki, qızının dini kəbini var.

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs barəsində bir il sınaq müddəti təyin edilməklə, şərti cəza seçilib. Məhkəmə nəzərə alıb ki, A.Abbasova cinayəti törədərkən yetkinlik yaşına çatmayıb və hazırda zərərçəkmiş şəxslə barışıb.

mənbə: oxu.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1288   Tarix: 19 iyul 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Ramazanın 19-cu gününün duası - İmsak və iftar vaxtı

Sabah Ramazan ayının 19-cu günüdür. BİG.AZ xəbər verir ki, sabah imsak vaxtı saat 05:02, iftar isə 19:17-dədir. İmsak duası:. "Allahummə vəffir fihi həzzi min bərəkatih. Və səhhil səbili ila xeyratih. Və la təhrimni qəbulə həsənatih. Ya hadiyən iləl-həqqil-mubin". Tərcüməsi:. "İlahi, b

28.03.2024 190
.

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Aprelin 5-də Ermənistan Baş naziri Nikol Paşinyanın ABŞ Dövlət katibi Entoni Blinken və Avropa Komissiyasının sədri Ursula fon der Leyenlə Brüsseldə planlaşdırılan görüşü Cənubi Qafqazda siyasi tarazlığa ciddi şəkildə təsir edə bilər. xəbər verir ki, bu barədə siyasi şərhçi Asif Nərimanlı öz sosial şəbək

28.03.2024 851
.

Almaniyada avtobus avtomobil yolunda aşıb

Almaniyanın Leypsiq şəhərində avtobus magistral yolda aşıb. BİG.az xəbər verir ki, hadisə nəticəsində 4 nəfər həyatını itirib. 20-dən çox adam yaralanıb. Avtobusun İsveçrənin Sürix şəhərinə getdiyi bildirilib. Avtobusun hansı səbəbdən aşdığı məlum deyil. Sözügedən yolda nəqliyyat vasitələrinin hərəkət

28.03.2024 136
.

Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olunub

Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olunub. Bu barədə "Report"a Baş Prokurorluqdan məlumat verilib. Bildirilib ki, martın 18-22-də Vyana şəhərində BMT-nin Narkotik Vasitələr üzrə Komissiyasının 67-ci sessiyası keçirilib. İclasda Azərbaycanı baş prokuroru

28.03.2024 227
.

Emin Ağalarovdan "Crocus City Hall"dakı təxliyə çıxışları ilə bağlı AÇIQLAMA

Xalq artisti Emin Ağalarov Rusiyanın Moskva vilayətində yerləşən "Crocus City Hall" konsert zalında baş verən hadisə ilə bağlı açıqlama verib. "Evakuasiya çıxışları "Crocus"da normal işləyirdi. Lakin insanlar qaçarkən işçilər üçün nəzərdə tutulan bağlı qapılara rast gəliblər"

28.03.2024 455
.

Azərbaycanda taksilər ağ və qırmızı rəngdə olacaq

Taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin xarici tərtibatına dair tələblər müəyyənləşib. APA-ya istinadən xəbər verir ki, bu, Nazirlər Kabinetinin bu gün təsdiqlədiyi "Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə oluna

28.03.2024 358
.

"Azərbaycan dünyanın ən təhlükəsiz ölkələrindəndir" - Deputat

"Bu gün həyata keçirilən siyasət nəticəsində Azərbaycan dünyanın ən təhlükəsiz və əmin-amanlıq olan ölkələrindəndir". Bu sözləri Milli Məclisin deputatı Ceyhun Məmmədov -a deyib. O qeyd edib ki, insanlarımızın təhlükəsizliyinin təmin olunması və qorunması dövlətimizin əsas prioritetlərində

28.03.2024 318
.

Parisdə PKK terroru: 3 yaralı

Fransada terror təşkilatı tərəfdarı olan PKK-nın tərəfdarlarının terror təşkilatı tərəfdarının Türkiyəyə deportasiyasının qarşısını almaq məqsədilə Şarl de Qoll Hava Limanındakı məmurlara hücum edib. BİG.az xəbər verir ki, hadisə nəticəsində 3 nəfər yaralanıb. Terror təşkilatına simpatiyası olan təqribə

28.03.2024 261
.

ABŞ-də partlayış oldu

ABŞ-ın Kentukki ştatında yanacaqdoldurma məntəqəsində güclü partlayış olub. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində ölkə mediası məlumat yayıb. Partlayış zamanı ölən və yaralananlar barədə hələlik məlumat daxil olmayıb. Araşdırmalar davam edir

28.03.2024 208