Xalq artistinin xanımı: "Küsdüm, uşağımı götürüb atam evinə getdim" - FOTOLAR

Xalq artistinin xanımı: "Küsdüm, uşağımı götürüb atam evinə getdim" - FOTOLARTədbirlərin birində xalq artisti, tanınmış rejissor Oqtay Mirqasımovu həyat yoldaşı ilə birgə gördük.

İxtisasca ədəbiyyatçı olan və 40 ildən artıq Bakı Slavyan Universitetində dərs deyən Nailə Mirqasımova yenicag.az-ın suallarını cavablandırmaqdan imtina etmədi.

– Yaradıcı insanın xanımı olmaq çətindir. İllərdir ki, bu ailəni qoruyub saxlayırsınız, bu mənada yük kimin üzərinə daha çox düşüb? Sizin, ya Oqtay müəllimin?

– Əlbəttə yük daha çox xanımın üzərinə düşür. Kişilər hamısı eyni tipdədir, xanımlar fərqlidir. Dözümlüsü var, dözümsüzü var. Mənim üçün birinci növbədə ailəm dayanıb.

– Yaradıcı insanlar kaprizli olur. Oqtay müəllimin kaprizlərinə çoxmu göz yummusunuz?

– Olub, dözmüşəm, bəzi şeylərə göz yummuşam. Əsas həyat yoldaşın sənə hörmət bəsləyirsə, qalan xırda şeylərə göz yummalısan.

– Hansı xüsusiyyəti sizi onun ən bağışlanmaz səhvini belə bağışlamağa vadar edib?

– Oqtay hər zaman həyatında birinci yerə məni qoyub. Hətta bu məni hərdən narahat da edib. İstəmişəm uşaqlarım məndən birinci olsun. Amma o məni fərqləndirib. Mən də bunu qiymətləndirmişəm. Ona görə də düz 53 ildir bir yerdəyik, bu az zaman deyil.

– Bəs sevgi?

– Elə sevgiyə görə. Sevgi və hörmət hissi.

– Məşhur kişilərin yanında hər zaman gözəl xanımlar da olur axı. Xəyanətə münasibətiniz necə olub?

– Normal baxmışam. Kişidirsə, xəyanət də olmalıdır. Bir qadın deyirsə ki, ona xəyanət edilməyib, yalandır. Ancaq kişilərdir, dözmək lazımdır.

– Səhvini üzünə vurmusunuzmu?

– Yox, buna ürəyim gəlməyib.

– Güclü xanımlar qısqanclığı biruzə vermirlər, bəs siz?

– Doğrudur. Düşünmürəm, həyatımda elə bir hadisə ola bilərdi ki, ailəmi dağıdım. Ailə mənim üçün həyatımda ən vacib şey olub.

– Heç küsüb atanızın evinə getdiyiniz vaxtlar olub?

– İlk övladımız dünyaya gələn vaxtlarda nəsə aramızda xırda mübahisə düşdü, küsdük. Səbəbi yadımda deyil. Qızımı da götürüb, atam evinə getdim. Dedim ki, küsüb gəlmişəm. İki saatdan sonra Oqtay dalımca gəldi. Bir-iki saat söhbətdən sonra dedi ki, evə gedirik. Atama dedim ki, Oqtay məni aparmağa gəlib. Atam sərt şəkildə mənə dedi ki, get, amma bu sonuncu dəfə küsüb gəlişin olsun. Bir də küsüb mənim evimə gəlsən, ayağını heç vaxt o evə basmayacaqsan. Mənim küsüb evdən getməyim birinci və axırıncı dəfə oldu. Atam dedi ki, üzümü qara eləmə, ya gəlmə, ya da gəlmisənsə, geri qayıtma.

– Sizcə, ailənin uzunmüddətli olmasında, daha doğrusu kişini yanında saxlamaq üçün qadın gözəlliyi önəmlidirmi?

– Əlbəttə yox. Gözəllik bəlkə də onuncu yerdə dayanır. Səbr çox önəmlidir. Bir də qadın tapmaca kimi olmalıdır. Hər dəfə bir xüsusiyyəti ilə maraqlandırmağı bacarmalı, münasibətləri adiləşdirməyə qoymamalıdır. Oqtay indiyə qədər deyir ki, pilləkənı qalxanda evdə məni hansı sürprizin gözləyəcəyini düşünürəm.

– Yəni adiləşmirsiz və onu ilk ailə qurduğunuz dönəmlərdə olduğu kimi maraqlandırmağı bacarırsınız?

– Əvvəlkindən də artıq.
Xalq artistinin xanımı: "Küsdüm, uşağımı götürüb atam evinə getdim" - FOTOLARXalq artistinin xanımı: "Küsdüm, uşağımı götürüb atam evinə getdim" - FOTOLARXalq artistinin xanımı: "Küsdüm, uşağımı götürüb atam evinə getdim" - FOTOLARXalq artistinin xanımı: "Küsdüm, uşağımı götürüb atam evinə getdim" - FOTOLAR


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 1856   Tarix: 19 iyul 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Kənan MM çəkiliş zamanı aktrisanı VURDU- VİDEO

Teleməkanın yerli seriallarında olan "Gizli yara"nın çəkilişləri zamanı maraqlı hadisə yaşanıb. -a istinadən xəbər verir ki, ekran işində əsas rolları canlandıran Kənan MM (Mahmudov) ilə Ülfət Bəşirin səhnəsindən olan kadr gündəm olub. İkilinin gərgin anlarını canlandıran səhnədə rejissor aktrisay

26.03.2024 1101
.

Röya Ayxanın təxirə düşən konserti ilə bağlı AÇIQLAMA - FOTO

Xalq artisti Röya Ayxanın Moskvada təxirə düşən konserti ilə bağlı təşkilatçılardan açıqlama verilib. xəbər verir ki, "Caspian music"in yaydığı məlumatda qeyd edilib:. "Röya Ayxanın konserti daha uyğun bir tarixə qədər təxirə salınıb. Bütün biletlər qüvvədə qalacaq. Yeni tarix və saatl

25.03.2024 802
.

Daun sindromlu Natiqin müalicəyə ehtiyacı var: Bacısı da astmadır - FOTO

Yeddi yaşlı Natiqin sizin dəstəyinizə ehtiyacı var. Bu barədə -a onun nənəsi Kəmalə Qocayeva məlumat verib. O bildirib ki, Daun sindromlu Natiq 1-ci dərəcəli trikuspid qapaq çatışmazlığı xəstəliyindən əziyyət çəkir. "Natiq 2017-ci ildə Daun sindromu ilə anadan olub. Bildiyiniz kimi, bu uşaqlar dai

25.03.2024 477
.

Vasif plastik əməliyyatdan sonra İLK DƏFƏ EFİRDƏ - VİDEO

Əməkdar artist Vasif Məhərrəmli plastik əməliyyatdan sonra ilk dəfə efirə çıxıb. xəbər verir ki, o, "Zaurla Günaydın" verilişində qonaq olub. Günay Məhərrəmliyə "Vasif bəy ilk dəfədir efirdə, hə?" deyərək əməliyyata eyham vurub. Müğənni isə "Hə" cavabı ilə mövzunu bağlama

24.03.2024 1189
.

Hande Erçel şəxsi həyatı ilə bağlı açıqlama verdi: Qayınanası tərəfindən "arzuolunmaz gəlin"dir?

Türkiyəli məşhur aktrisa Hande Erçel şəxsi həyatı ilə bağlı açıqlama verib. İş adamı Hakan Sabancı ilə yaşadığı eşq macərası ilə gündəmdə olan aktrisa küçədə kameralara görüntülənib və jurnalistlərin suallarını cavablandırıb. Sosial media hesabında izləyici sayı 32 milyona çatan və bununla da bir ço

23.03.2024 850
.

"Zaurun etdiyi yardım heç bir poqramda olmayıb"

"Bütün verilişləri izləyirəm. ATV-də baş redaktor olmuşam, alışqanlığım var: bütün verilişlərdən xəbərim olmlıdır. "Bizimləsən" uzun illərdir yayımlanır. Zaur və komandasının yardım etdiyi qədər xəstə heç bir proqramda olmayıb". Axşam.az xəbər verir ki, bu sözləri aparıcı Günay Baxşəliyev

26.03.2024 546
.

"Onları rəzil edəcəm!" - Ülviyyə Xəlilbəyli

Aktrisa Ülviyyə Xəlilbəyli yanacaqdoldurma məntəqələrinin birində aldadıldığını bildirib. "Qafqazinfo" xəbər verir ki, bu barədə o öz instaqram hesabında hekayə paylaşıb:. "Nərimanov ərazisində yerləşən yanacaqdoldurma məntəqəsi var. Nə qədər saxtakar, yalançıdırlar. Hər dəfə yanacağ

27.03.2024 990
.

"Reytinqə görə verilişlər korlandı"

Müğənni Elnarə Xəlilova Əməkdar artist Elnarə Abdullayevanın sözlərinə dəstək olub. Axşam.az xəbər verir ki, ifaçı sğnət adamlarına səsləni:. "Reytinq adı altında verilişlərimiz korlandı. Musiqimizi bərbad hala saldılar. Artıq dur deməyin vaxtıdır. Sənəti bilənlər, Azərbaycan musiqisinin qeydin

26.03.2024 647
.

"Taş bebek" xəstəxanalıq oldu

"Taş bebek" ləqəbli türkiyəli müğənni-aktrisa Gönül Yazar xəstəxanaya yerləşdirilib. Axşam.az xəbər verir ki, buna səbəb 87 yaşlı sənətçinin ayağındakı damarlarda laxtalanma olub. Hazırda onun müalicəsi davam edir

24.03.2024 239