Şou Biznes

[img=default]uploads/1206883706_reksane.jpg[/img]

Müğənni Rəqsanə mayda dünyaya gələcək qızına Adilə adını verəcək. Bu barədə o, "Kaspi" qəzetinə açıqlamasında bildirib. "Düzdür, uşağın atası çox istəyirdi ki, oğlumuz olsun. Amma buna baxmayaraq mən xoşbəxtəm ki, ikinci qızım dünyaya gələcək. Və mən belə qərara gəlmişəm ki, anamın xahişi ilə qızıma onun adını verim: Adilə",-deyə Rəqsanə bildirib. Yeri gəlmişkən, müğənni onu da bildirib ki, uşağı dünyaya gətirəndən sonra sifətində bir neçə plastik əməliyyat keçirəcək.

RƏQSANƏNİN ANASI VƏ BACISININ MƏHKƏMƏSİ YENƏ TƏXİRƏ SALINDI

Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə müğənni Rəqsanə İsmayılovanın anası Adilə Həsənova və bacısı Ellada İsmayılovanın cinayət işi üzrə bu günə təyin olunmuş məhkəmə prosesi təxirə salınıb. APA-nın məlumatına görə, buna səbəb A. Həsənovanın şəkərinin yüksəlməsi və həkimin onun məhkəmədə iştirakına etiraz etməsi olub.

[img=default]uploads/1206884533_evro.jpg[/img]

Yunanıstanın "Eurovision-2008"dəki təmsilçisi Kalomira srağagün Azərbaycana gəlib. Bu barədə bizə "Eurovision"un Azərbaycandakı təşkilat komitəsinin üzvü Samir Pənahov məlumat verdi. O bildirdi ki, Afina təmsiçlsi İTV-də yayımlanan bir neçə proqramda qonaq olub. S.Pənahov dedi ki, İTV "Eurovision" müsabiqəsinin təşkilindən sonra Avropa ölkələrinin ictimai televiziyaları ilə əlaqə saxlayaraq, beynəlxalq müsabiqə iştirakçılarının təbliğ olunması layihəsinə qoşulub.
"Biz ilk dəfədir ki, bu promotora qoşuluruq. Bu, qarşılıqlı layihədir. Azərbaycanı "Eurovision"da təmsil edən ifaçılarımız da Avropa turnesində iştirak edirlər".
Fürsətdən istifadə edib əcnəbi müğənnilə söhbət etdik.
Azərbaycanda ilk dəfə olduğunu bildirən müğənni buna qədər ölkəmiz haqda internet saytlarından məlumat əldə etdiyini dedi. Onun sözlərinə görə, Bakıya gəldikdən sonra paytaxtımıza heyran olub: "Mən bilmirdim ki, Azərbaycanda insanlar bu qədər mehriban, ünsiyyətcil və qonaqpərvərdir. Bakıdan xoşum gəldi, gözəl şəhərdir. Çox güman ki, Azərbaycana yenə də gələcəm, növbəti dəfə geniş konsert proqramı ilə çıxış etmək arzusundayam".
Müğənni özü haqda bunları dedi: "1985-ci ildə Nyu Yorkda doğulmuşam. Anam və atam yunandırlar, hər il yayda Yunanıstanda oluruq. Musiqini uşaqlıqdan sevirəm, hətta 2 yaşımdan mahnılar oxuyurdum. Professional kaman ifaçısıyam.
2002-ci ildə Yunanıstanda keçirilən mahnı müsabiqələrindən birində iştirak etdim və qalib oldum. O vaxtdan Yunanıstanda yaşayıram. Müğənniliklə bərabər Yunanıstanda seriallara da çəkilirəm. Bu il "Eurovision"da iştiraka dəvət edildim və 60 faiz səs çoxluğu ilə qalib oldum. Azərbaycan promotor çərçivəsində səfər etdiyim ilk ölkədir. Buradan sonra Rumıniyaya gedəcəm".
Azərbaycanı "Eurovision"da təmsil edən ifaçılarımıza gəlincə, Kalomira onların ifa tərzini və şou göstərmək qabiliyyətlərini çox bəyəndiyini dedi: "Elnur və Samirlə Yunanıstanda yaxından tanışlığım mümkün olmamışdı. Sizin İctimai Televiziyada "Eurovisionnews" verilişində birlikdə iştirak etdik. Onlarla yaxından tanış olduq. İfalarını çox bəyəndim. Onların çox gözəl səsləri və şou göstərmək qabiliyyətləri var. Mənə elə gəlir ki, bu cütlüyün ifası ilə Azərbaycanın qalib olmaq şansı çoxdur".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 15754   Tarix: 30 mart 2008  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Nigar Şabanovanın ailəsindən XOŞ XƏBƏR - FOTO

Əməkdar artist Nigar şabanovanın ailəsindən xoş xəbər var. xəbər verir ki, sənətçinin anası uzun müddətdir ki, beyin qanaması keçirdiyi üçün yataq xəstəsi idi. Nigar sosial media hesabında paylaşım edərək anasının artıq yataqdan ayağa qalxdığını qeyd edib: . "5 aya yaxındır ki, anam beyin qanamas

16.09.2021 7167
.

Beyonsun 500 milyonluq özəl günü - Fotolar

Amerikalı məşhur müğənni Beyons yeni yaşını lüks yaxtasında həyat yoldaşı Cey-Z və övladları ilə birlikdə qeyd edib. Axşam.az xarici mediaya istinadən xəbər verir ki, ifaçının 40 yaşı tamam olub. O, 500 milyon dollarlıq yaxta ilə səyahətə yollanaraq özəl gününü qeyd edib. Kirayəsi həftəlik 4 milyon dollar

16.09.2021 2230
.

Mina Hüseynin arxiv fotosu ORTAYA ÇIXDI

Müğənni Mina Hüseyndən xəbər var. xəbər verir ki, Mina sosial media hesabında arxiv fotosunu paylaşıb. Uşaqlıq fotosu ilə izləyicilərin marağına səbəb olan müğənni paylaşımı ilə xoş rəylər alıb. Həmin fotonu təqdim edirik:

17.09.2021 6686
.

Fahriye Karan üçün 15 dayə dəyişdi

Türkiyəli aktrisa Fahriye Evcen oğlu Karan üçün yenidən dayə axtarışına başlayıb. Axşam.az-a istinadən xəbər verir ki, bu barədə "2.Sayfa" verilişində məlumat verilib. Aparıcıların sözlərinə görə, aktrisa artıq 15-ci dayə ilə də yollarını ayırıb. Qeyd edək ki, Fahriye Evcen bu il "Alparslan"

16.09.2021 2609
.

Səyyad Əlizadə ECMO cihazına qoşuldu - YENİLƏNİB

Koronavirusa yoluxan sənətçi Səyyad Əlizadə ECMO cihazına qoşulub. Bu barədə -a onun qohumu Razim Qasımov məlumat verib. O bildirib ki, sənətçinin ağciyərlərinin yalnız 30 faizi çalışır:. "Ciyərlərin 70 %-də buzlu şüşə aşkarlanıb. Müalicəsi davam etdirilir. Süni koma vəziyyətində saxlanılır"

17.09.2021 4147
.

"Kalp yarası"nda yeni aktyor - Foto

Reytinqlərdə ilk sırada yer alan "Kalp yarası" serialına yeni aktyor daxil olub. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ekran işində Görkem Mertsöz rol alacaq. Aktyor serialda psixoloq obrazına həyat verəcək

17.09.2021 3104
.

"Ata tərəfim Azərbaycandandır" - Acun Ilıcalı

"TV 8"in rəhbəri, aparıcı Acun Ilıcalı "Müge ve Gülşen’le 2.Sayfa" proqramının qonağı olub. Axşam.az-a istinadən xəbər verir ki, aparıcılar Acuna gənc qalmasının sirrini soruşublar. O, isə söhbət zamanı ata tərəfinin Azərbaycan köklü olduğunu deyib. Acun bildirib ki, gənc qalmasını

16.09.2021 2120
.

Validə Abbasova Yunanıstanda belə dincəlir - FOTOLAR

"Miss milenium" gözəli Validə Abbasova yay tətilini Yunanıstanda keçirib. Axşam.az-a istinadən xəbər verir ki, keçmiş model gəzinti fotolarını İnstaqramda izləyiciləri ilə bölüşüb. Abbasovanın formada qalması isə izləyicilərinin diqqətini çəkib. Onlar modelə bunla bağlı suallar ünvanlayıblar

17.09.2021 2305
.

Pandemiyada ikinci restoranını açdı

Aşıq Zülfiyyə pandemiya ərəfəsində biznesini gücləndirib. Axşam.az-a istinadən xəbər verir ki, sənətçi bundan əvvəl yaşadığı binada restoran açmışdı. Bir neçə gün əvvəl isə aşıq yenidən restoran açıb. Onun açılış mərasiminə sənət dostları da qatılıblar. Qeyd edək ki, Zülfiyyə bundan əvvəl daha bir restoranını

17.09.2021 3697