Bakıda özünü 17-ci mərtəbədən atan qızla bağlı YENİ XƏBƏR - VİDEO

Bakıda özünü 17-ci mərtəbədən atan qızla bağlı YENİ XƏBƏR - VİDEOBakı şəhəri, Yasamal rayonu, Ə.Əhmədov küçəsində yerləşən, "Şərur" MTK-ya məxsus binadakı intihar hadisəsi ilə bağlı yeni məlumatlar var.

Qeyd edək ki, 5-ci Yasamal, ev 1-də yaşayan 2000-ci il təvəllüdlü Nərgiz Vəliyeva Ə.Əhmədov küçəsindəki 24 B saylı binanın 17-ci mərtəbəsindən özünü atıb.

BiG.AZ xəbər verir ki, intiharın baş verdiyi 24 B saylı binanın sakinləri hadisə ilə bağlı "Sputnik Azərbaycan"a yeni məlumatlar veriblər. Onların sözlərinə görə, "yoldan keçən", "könlünə ölmək düşən" hər kəs bu binaya üz tutur: "Bizim blokların qapısında qıfıl, şifrə yoxdur. İstəyən hər kəs asanlıqla bloklara girə, mərtəbələrə, hətta dama qalxa bilir. Yaxşı ki, qız düşəndə həyətdəki armaturlara girməyib. Neçə illərdir biz bu ərazidə yaşayırıq, təmir işləri başa çatmır".

Sakinlər intihar edən qızın o binada yaşamadığını bildiriblər: "Həmin qız bizim binada yaşamayıb. Eşitdiyimizə görə, "İnşaatçılar" metro stansiyası tərəfdə yaşayırmış. Bizim binaya da səhər tezdən gəlib. Bu fakt binanın müşahidə kameralarına da düşüb".

Bakıda özünü 17-ci mərtəbədən atan qızla bağlı YENİ XƏBƏR - VİDEO"Qız yerə düşəndə əynində paltarının olmadığı görünsə də, görünür, özünü atanda paltarı kondisionerə ilişərək cırılıb. Baş verənlərlə bağlı hərə bir söz deyir. Bizim binanın balkonları açıqdır. Qız da özünü dəhlizdən atıb. Meyit yerdə olanda hərə bir söz deyirdi", - bina sakini bildiriblər.

Şahidlər onu da qeyd ediblər ki, qızın meyiti bir saata yaxın yerdə qalıb: "Heç kim üstünü örtmürdü. Camaat kiçik uşaqları ilə gəlib meyitə baxırdı. Sonradan rəfiqəsi gəldi, ancaq qızın nə problemi olduğunu demədi. Anası da hadisə yerinə gəlmişdi. Qışqırıb ağlayır, qızının niyə bu addımı atdığını adamlardan soruşurdu".

Sakinlər xüsusilə vurğulayıblar ki, intiharın baş verdiyi bina, ümumiyyətlə, qalmaqallıdır: "Binadakı mənzillər kimə gəldi, kirayə verilir. Hər gün müxtəlif mənzillərdə mübahisələr, davalar olur".

Binanın komendantı Toğrul Kətanov bildirib ki, intihar edən qız gecəni həmin binada keçirməyib: "O, bizim binaya səhər saat 09.27-də daxil olub və 09.38-də intihar edib. Qız binaya tək gəlib. Hadisə 11 dəqiqə ərzində baş verib".

T.Kətanovun sözlərinə görə, bina iki ilə yaxındır ki, istismara verilib, buna görə də təmir işləri tam yekunlaşmayıb: "Binanın həyətində qaraj tikilir. Tikinti işləri bitmədiyi üçün həyətdə müəyyən armaturlar var. Qarajın tikintisi başa çatdıqdan sonra binanın qapılarına da şifrə qoyulacaq".

Komendant, həmçinin qeyd edib ki, binada mənzillər mənzil sahibləri tərəfindən kirayə verildiyinə görə, o, bu məsələlərə müdaxilə edə bilmir.

Yasamal Rayon Prokurorluğundan verilən məlumata görə isə, qız mənzildə tək olmayıb: "Onun yanında olan şəxsin kimliyini müəyyənləşdirmək üçün tədbirlər görülür. Hadisənin qətl olması istisna edilmir. Faktla bağlı araşdırma aparılır".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 4947   Tarix: 19 iyul 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Bu gün ilk Qədr gecəsidir

Bu gün Ramazan ayının ilk Qədr (Əhya) gecəsidir. İlk Qədr gecəsi Ramazan ayının 18-ci gününə təsadüf edir. Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev APA-ya açıqlamasında bildirib ki, İdarənin Şamaxı Astrofizika Rəsədxanasından əldə etdiyi təqvimə əsasən, martın 28-dən 29-na keçən gec

11:03 0
.

Ağalarovlar terror aktında zərərçəkənlərə kömək üçün 100 milyon rubl ayırdılar

Araz və Emin Ağalarovlar Moskvada "Crocus City Hall"da törədilən terror aktında zərərçəkənlərə kömək üçün 100 milyon rubl ayırıblar. Konsert zalının adını daşıyan Müslüm Maqomayev Fondunun vəsaiti də yardım üçün istifadə olunacaq. Qeyd edək ki, "Crocus City Hall"un konsert zalınd

27.03.2024 319
.

Səhiyyə Nazirliyinin yüksək vəzifəli şəxsi vəfat edib

Səhiyyə Nazirliyinin yüksək vəzifəli şəxsi vəfat edib. xəbər verir ki, Nazirliyin Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun Fizioterapiya üzrə elmi şöbəsinin müdiri İlham Qasımov vəfat edib. Onun hansı səbəbdən vəfat ediyi məlum deyil

27.03.2024 330
.

İran prezidenti: "Qəzzada baş verənlər ABŞ və Qərb üçün utancvericidir"

İran prezidenti Rəisi Tehranda olan Həmas Siyasi Bürosunun sədri İsmayıl Haniyəni qəbul edib. xəbər verir ki, görüşdə Rəisi Qəzza xalqının müqaviməti ilə Fələstin məsələsinin İslam dünyasının hüdudlarından kənara çıxdığını və bütün dünya xalqlarının probleminə çevrildiyini bildirib. "Qəzzada ba

27.03.2024 202
.

Sabiq milli təhlükəsizlik naziri VƏFAT ETDİ

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat etdi. xəbər verir ki, 79 yaşlı Namiq Abbasov 1995-ci ilin mart ayından 2004-cü ilin iyul ayınadək Azərbaycan Respublikasının milli təhlükəsizlik naziri vəzifəsində işləyib, general-polkovnik hərbi rütbəsinə qədər yüksəlib. Nazir postundan azad edildikdə

27.03.2024 386
.

Ağalarovun "Crocus City Hall" konsert zalı bankda girov imiş - Yeni DETALLAR

Rusiyanın Moskva vilayətində 22 martda terror aktı nəticəsində bir hissəsi yanmış "Crocus City Hall" konsert zalının bankda girov qoyulduğu məlum olub. Rusiya Daşınmaz Əmlakın Vahid Dövlət Reyestrindən çıxarışa əsasən əmlak "Qazprombank"da kredit müqabilində girov qoyulub. Belə ki

27.03.2024 467
.

Paşinyan Qarabağ separatçılarından imtina etdi: "Tanımırıq"

Ermənistan sürgündə olan heç bir "Dağlıq Qarabağ hökuməti"ni tanımır. Qaynarinfo TASS-a istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin martın 28-də keçirilən iclasında bildirib. Onun sözlərinə görə, belə açıqlamalar Ermənistanın milli təhlükəsizliyini təhdi

12:47 0
.

İnsult keçirən Əməkdar artist xəstəxanadan evə buraxıldı

Əməkdar artist Kifayət Gəncəli müalicə aldığı xəstəxanadan evə buraxılıb. Bu barədə "Report"a Kliniki Tibbi Mərkəzin mətbuat katibi Ruzbeh Məmməd məlumat verib. O bildirib ki, K.Gəncəli xəstəxanaya yerləşdirildikdən sonra ona işemik insult diaqnozu qoyulub:. "O, səhhəti yaxşılaşdığında

27.03.2024 300
.

Middlton təkcə xərçəng xəstəsi deyil: Uels şahzadəsi daha nələri gizlədir?

Son zamanlar ən çox müzakirə edilən mövzulardan biri Keyt Middltonun sağlamlıq vəziyyətidir. xarici mətbuata istinadən xəbər verir ki, üç ay əvvəl ona xərçəng diaqnozu qoyulub. Şahzadə Uilyamın həyat yoldaşı hazırda kimyaterapiya alır. Keyt hansı növ xərçəngə tutulduğunu demir.Ancaq onun gizlətdiyi yegan

27.03.2024 443