Azərbaycanda toya gedən ailənin evini qarət edib külə döndərdilər - ÖZƏL/FOTOLAR

Azərbaycanda toya gedən ailənin evini qarət edib külə döndərdilər - ÖZƏL/FOTOLARToya gedən ailənin evi qarət edilərək yandırılıb.

Bu barədə BiG.AZ-a yandırılan evin sahibəsi Zemfira Kərimova məlumat verib. O bildirib ki, iyulun 14-də Masallı rayonuna toya gedərkən evinin yandığına dair xəbər alıb:

"Axşam saat 23:00 radələrində ailəlicə toydan çıxmışıq. Biz Lənkərana çatanda qonşular bizə dedi ki, sizin eviniz yanır. Lerikə çatanda bildirdilər ki, gəlməyinizə ehtiyac yoxdur, eviniz külə dönüb. Mən evə çatanda evdən əsər-əlamət yox idi. Mən evdən heç nə çıxara bilməmişəm. Birinci həyətə daxil olan qonşu görüb ki, pəncərə açıq olub. Oğrular pəncərədən evə daxil olub. Evi qarət etdikdən sonra da iz itirmək üçün evi yandırıblar. 5-6 gündür ki, 6 nəfərlə küçələrdə qalırıq. Bizə kömək edən yoxdur. İcra hakimiyyətindən, bələdiyyədən heç kim gəlib soruşmur ki, sən harda qalırsan" .

Zemfira Kərimova vurğulayıb ki, Lerik Rayon İcra Hakimiyyətinə də müraciət edib:

"Mənə deyirlər ki, sənə ev tikməliyik? Mən də bildirdim ki, sən səlahiyyətli şəxssən. Maraqlanmalıydın ki, biz nə vəziyyətdəyik. Bizə sadəcə boş çadır göndəriblər. İçərisində heç bir şey yoxdur. İki gündür ki, rayona intensiv yağış yağır. Biz körpə uşaqla hara gedək? Hələ şokdan ayılmamışam. Mən ekspertiza rəyinin nəticəsini gözləyirəm. Ev meşə təsərrüfatının blankında idi. Burada kirayə qalırdım. Hər ilin sonuna kimi bank hesabına ödəniş edirdim. Evimdən 8000 manat, 800 dollar və qızıl-zinət əşyaları qarət edilib. Təxmini 30 min manatdan yuxarı ziyan dəyib. Bununla bağlı polis bölməsinə müraciət etmişik. Müstəntiq gəlib qonşulardan izahat alıb. Deyirlər ki, ekpertizanın nəticələrini gözləyirik. İcra hakimiyyətindən də bizimlə maraqlanan yoxdur".

Lerik Rayon İcra başçısının müavini, sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Habil Ağaxan bildirib ki, onun evi özünün səhlənkarlığı ucbatından yanıb:

"Küçədə niyə qalırlar? Yaxın qohumları var. Hələlik onların evlərində yaşasınlar. Həm də onun atasının evi də boşdur. Bu yanğın təbii fəlakət ucbatından baş verməyib. Keçən il də onun evi səhlənkarlığı ucbatından yanmışdı. Biz xəbərdarlıq etmişdik ki, evini sığorta elə. 30 manat sığortaya pul ödəsəydi bu gün dövlət ona 15 min manat pul verərdi. Bu pula evini rahatçılıqla bərpa edərdi. O, bunu etməyib və evi yenidən yanıb. Biz Fövqəladə Hallar Nazirliyinə müraciət etmişik. O ailə çadırla təmin olunub. Rayon icra hakimiyyətinin balansında mənzil yoxdur ki, onu təmin edək".

Aysel Yusifqızı

Azərbaycanda toya gedən ailənin evini qarət edib külə döndərdilər - ÖZƏL/FOTOLARAzərbaycanda toya gedən ailənin evini qarət edib külə döndərdilər - ÖZƏL/FOTOLARAzərbaycanda toya gedən ailənin evini qarət edib külə döndərdilər - ÖZƏL/FOTOLARAzərbaycanda toya gedən ailənin evini qarət edib külə döndərdilər - ÖZƏL/FOTOLARAzərbaycanda toya gedən ailənin evini qarət edib külə döndərdilər - ÖZƏL/FOTOLARAzərbaycanda toya gedən ailənin evini qarət edib külə döndərdilər - ÖZƏL/FOTOLARAzərbaycanda toya gedən ailənin evini qarət edib külə döndərdilər - ÖZƏL/FOTOLARAzərbaycanda toya gedən ailənin evini qarət edib külə döndərdilər - ÖZƏL/FOTOLARAzərbaycanda toya gedən ailənin evini qarət edib külə döndərdilər - ÖZƏL/FOTOLARAzərbaycanda toya gedən ailənin evini qarət edib külə döndərdilər - ÖZƏL/FOTOLAR


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2466   Tarix: 18 iyul 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Əzraili geri qaytaran DƏFN XƏRCLƏRİ- Ölmək üçün nə qədər pul lazımdır?

"Atam son nəfəsində vəsiyyət etdi ki, o öləndən sonra Bibiheybət qəbiristanlığında dəfn edək. Yazıq kişi gözünü yumanda düşdük əl-ayağa. Ölü üçün ağlamaq qaldı bir kənara biz torpaq pulu düzəldirdik". Bu sözləri -a Rüfət Quliyev danışır. Aylar öncə atasını itirən Rüfət bəy deyir ki, üz tutduqlar

17.09.2021 2089
.

Cənub bölgəsi ilə bağlı "12-dən sonra işləmir" deyimi haradan yaranıb?

Niyə bəziləri talışlar haqqında "saat 12-dən sonra işləmir" ifadəsini istifadə edirlər?. xəbər verir ki, bu barədə aparıcı, nitq təlimçisi Cəlalə Nəzəroğlu sosial şəbəkədə paylaşım edib. O bildirib ki, bu deyim talışların fiziki işlərinə görə yaranıb:. "Çox təəssüf ki, bizdə bəziləri insanlar

18.09.2021 1826
.

Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq

Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar

18.09.2021 381
.

Biləsuvarda buğa məktəb direktorunun qabırğasını sındırdı

Biləsuvar rayonunda 7 il bəslədiyi buğa direktor müavinini xəstəxanalıq edib. -a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində məktəb direktoru Alim Hacıyevin yaşadığı ünvanda olub. Hacıyev həyətyanı sahədəki təssərrüfatında mal-qaraya qulluq edərkən buğa ona qəfil hücum edib. Nəticəd

18.09.2021 995
.

Metro ilə bağlı YENİ XƏBƏR: 2030-cu ilədək Bakıda...

"2011-ci ildə təsdiqlənmiş "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi"nə uyğun olaraq 2030-cu ilədək stansiyaların sayı 77-dək artırılacaq. Hazırda metroda 26 stansiya var. Yəni hələ 51 stansiya da tikilib istifadəyə veriləcək. Ümumilikdə, Bakı metrosu 5 ayrı xəttdən ibarə

18.09.2021 2589
.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18.09.2021 2568
.

Vəfat edən atasından yazdı: "Yarım qaldı hər şey"

Bir neçə gün öncə atası vəfat edən müğənni Koray Avcı sosial şəbəkə paylaşımı ilə gündəmə gəlib. Axşam.az-a istinadən xəbər verir ki, atasının fotosunu paylaşan sənətçi hisslərini belə ifadə edib:. "Mənə belə baxdığının heç fərqində olmamışam. Heç oturub içki də içmədik səninlə. Aşiq olduğumu d

17.09.2021 1693
.

Köçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ

Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib. APA-nın məlumatına görə, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim "Vahid Rusiya"

17.09.2021 999
.

Azərbaycanda koronavirusa yoluxanların SAYI AÇIQLANDI: 29 nəfər ÖLDÜ - FOTO

Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 042 yeni yoluxma faktı qeydə alınıb, 3 224 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib. İndiyədə

18.09.2021 2874