220 saylı məktəbdəki qalmaqalla bağlı yeni faktlar - Direktora qarşı korrupsiya iddiası

220 saylı məktəbdəki qalmaqalla bağlı yeni faktlar - Direktora qarşı korrupsiya iddiasıNəsimi rayon məhkəməsində 220 saylı məktəbin direktor müavini, iddiaçı Zeynəb Rzayeva və cavabdehlər - direktor Tural Mirzəliyev və Bakı Şəhər Təhsil İdarəsi (BŞTİ) arasında baş verən işdən çıxarılma qalmaqalı ilə bağlı ikinci məhkəmə iclası baş tutub.
Hakim Natavan Tağıyevanın sədrliyi ilə keçirilən iclasda əvvəlcə iddiaçı Zeynəb Rzayevanın vəkili Adəm Məmmədov çıxış edib. O, iddia ərizəsinə yeni əlavələr etməklə hakimə təqdim edib. Vəkil çıxışı zamanı 220 saylı məktəbin direktoru Tural Mirzəliyevin korrupsiya faktlarına yol verdiyini, Z.Rzayevanın bu və digər faktları ona irad tutduğu üçün işdən uzaqlaşdırıldığını bildirib:

"Hüquqlarını müdafiə etdiyim şəxsə məktəbdə dərsin gedişatını pozması əsası ilə xəbərdarlıq edilib. Guya o, məktəbə "Unikal" və "Tufan" özəl hazırlıq kurlarının girib reklam broşuraları paylamasına şərait yaradıb. Əslində belə bir şey olmayıb. Z.Rzayevanın həmin kurslarla heç bir hüquqi bağlılığı yoxdur. Əmək Məcəlləsinin 186.3-cü maddəsnə görə, xəbərdarlıq intizam tənbehi sayılmır.

İşdən çıxarılma barəsindəki əmrdə daha bir məqam Rzayevanın 31 yanvar tarixli iclasda direktora qarşı qeyri-etik ifadələr işlətməsidir. Hansı ki, bu fakt da yalandır. Bunu həmin iclasda iştirak edən müəllimlər də təsdiqləyir. Bununla belə, Rzayevanın qeyri-etik davranışı dəlalət vermir ki, Z.Rzayeva işdən çıxarılsın.

Bakı Şəhər Baş Təhsil İdarəsi bildirir ki, Zeynəb xanım tədris proqramını pozub. Hansı ki, bu onun səlahiyyətində olan bir məsələ deyil. Pozubsa belə niyə heç bir xəbərdarlıq edilməyib?!

Əmrin daha bir bəndinə görə, Rzayeva ona tapşırılan dərsi keçməyib. Yenə də bu barədə heç bir rəsmi akt, sənəd yoxdur.

Məktəbdə aparılan yerdəyişmələrin də səbəkarı kimi Zeynəb xanım göstərilir. Guya o uşaqları sinifdən sinifə özbaşına şəkildə keçirib. Bu birbaşa direktorun əmri və imzası ilə olan prosesdir. Rzayeva belə bir əməl etsə, qısa zamanda bundan valideyn də, digər müəllimlər də, direktor da xəbər tutardı. Direktorun xəbəri olmadan sinifdən sinfə uşaq keçirmək əsassız iddiadır.

Direktor məktəbə gəldikdən sonra özü ilə təsərrüfat işləri üzrə müavin Gülşən xanımı gətirib. Rəsmi olmasa da, faktiki olaraq Zeynəb Rzayevanın bütün səlahiyyətlərini ona tapşırıb. Hətta müəllimlərin Zeynəb xanımla kontakta girməməsi üçün qapısına mühafizəçi qoydurub.
Tural Mirzəliyev eyni zamanda korrupsionerdir. Məktəbdə keçirilən özəl məşğələlər üçün müəllimlərdən hər uşaq başına 10 manat pul alıb. Bunu da məktəb fonduna keçirmək bəhanəsi ilə edib. Lakin vəsait heç vaxt məktəb üçün xərclənməyib".

Qeyd edək ki, Tural Mirzəliyev cavabdeh olmadığı barədə vəsatət qaldıraraq məhkəməyə gəlməyib. Digər cavabdeh BŞBTİ-nin hüquqşünası çıxışında bildirib ki, ilk iclasdakı hüquqşünas məzuniyyətdə olduğu üçün bu dəfə o gəlməli olub:

"Keçmiş nümayəndə mənə lazımi məlumatı verməyib. Ona görə yazılı etiraz gətirməmişik. Ümumiyyətlə, məktəblərdə direktor və müavinlərinin səlahiyyətləri Təshil və Ədliyyə Nazirliyinin qanunverici aktlarına əsasən tənzimlənir. Qarşı tərəf Z.Rzayevaya heç bir rəsmi xəbərdarlıq edilmədiyini deyir. Nəzərinizə çatdırım ki, hər xəbərdarlıq aktlaşdırılmalı deyil.

Müavinlər olmadan direktor məktəbi idarə edə bilməz. Zeynəb xanım da ibtidai siniflər üzrə müavin olub və öz vəzifəsinin icrasını yumuşaq dillə desək, keyifiyyətsiz yerinə yetirib. Buna görə onun yerinin dəyişdirilməsi ilə bağlı qərar veriləndə etiraz edib. Dəqiqələr sonra isə qardaşı Rza Rzayev məktəbə gələrək direktor T.Mirzəliyevi təhqir və təhdid edib. Rzayevanın keyfiyyətsiz işi nəticəsində dövlətə maddi ziyan dəyib".

Z.Rzayeva çıxışı zamanı ona qarşı sürülən əsaslara belə aydınlıq gətirib:

"Sinifdən sinfə uşaq keçirilməsi direktorun göstərişi ilə olub. Bu da ona görə idi ki, sinif bağlanmasın. Çünki iki sinifdə 20 nəfərdən az uşaq var idi və bu siniflər avtomatik bağlanmalıydı. Direktor iki sinifin bağlanmasının qarşısını başqa sinifdən uşaq keçirməklə aldı ki, bu da ona sərf edirdi. Lakin uşaqlar faktiki olaraq öz köhnə siniflərində otururdular, sadəcə adları bu siniflərdə gedirdi. Dərsə girməmək iddiasına gəldikdə isə, mənim ayda 6 saat dərsim var. Onu da normal şəkildə keçmişəm. Sadəcə bəzi hallarda direktor iclas keçirəndə məcburən sinifə başqa müəllim göndərib özüm iclasa getmişəm".

Daha sonra şahid Nəzrin Əhmədova dindirilib:

"Mən 8 il məktəbin idarəedici heyətində çalışmışam. İbtidai siniflər üzrə bütün siniflərin siyahısını mən hazırlamışam. Direktor da qol çəkib, möhür vurub. Məlum hadisədən sonra direktor məni otağına çağırıb hadisələrə onun xeyrinə münasibət bildirməyimi tələb etdi. Mən imtina etdim. Daha sonra BŞBTİ-yə çağırdılar. Mənə siyahıları Z.Rzayevanın göstərişi ilə hazırladığıma dair izahat yazmağım üçün təzyiq etdilər. Yazmayacağımı bildirdim. Sərxan adlı şəxs orada yanındakı şəxsə dedi ki, bunu da işdən çıxarın. Mən bir daha deyirəm ki, siyahı direktorun göstərişi ilə hazırlanır və sonda özü təsdiq edir. Direktor müavininin bu işdə heç bir səlahiyyəti yoxdur".

İkinci şahid Həqiqət Əsgərova dindirilib:

"Biz 15 ildir Z.Rzayeva ilə işləyirik. Heç bir problemimiz olmayıb. 31 yanvarda onun haqqında yerdəyişmə qərarını öyrənəndə təxminən 40-50 müəllim yığışıb ərizə yazdıq ki, qərar ləğv edilsin. Lakin T.Mirzəliyev bildirdi ki, bu onun qərarıdır və heç kim dəyişə bilməz. Daha sonra qərara aldıq ki, 1 fevralda kütləvi şəkildə dərsə girməyək və bu yolla qərara etiraz edək. Lakin Z.Rzayeva bizi fikrimizdən daşındırdı, uşaqların dərs gedişatının pozulmaması üçün bu addımın yanlış olduğunu bildirdi. İclas zamanı o heç bir təhqiramiz ifadəyə yol verməyib".

Proses 24 iyul saat 12:00-a təxirə salınıb.

mənə: femida.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1356   Tarix: 18 iyul 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Hacı Surxay Məmmədli: "Qədr gecəsi şeytanın zəncirləndiyi gecədir" - VİDEO

Bu gün Ramazan ayının ilk Qədr (Əhya) gecəsidir. Bu il birinci Qədr gecəsi Ramazan ayının 18-dən 19-na keçən gecə, martın 29-dan 30-na keçən gecəyə təsadüf edir. Qədr gecəsi Ramazan ayının ən özəl günlərindən biridir. İçərişəhər "Cümə" məscidinin axundu Hacı Surxay Məmmədli deyir ki, Qədr gecəs

10:07 0
.

Azərbaycanda tanınmış alim əşyaları ilə birlikdə küçəyə atıldı - VİDEO

Tanınmış ilahiyyatçı-alim, fəlsəfə doktoru, Ankara Universitetində 17 il müəllim işləmiş 29 kitab müəllifi, "Quran"ın rusca və azərbaycanca tərcüməçisi Fazil İsmayılov kirayə qaldığı evdən çıxarılıb. Bu barədə -a Fazil İsmayılovun qonşuları məlumat verib. Qonşuları bildirib ki, tanınmış ali

14:15 0
.

Ramazanın 19-cu gününün duası - İmsak və iftar vaxtı

Sabah Ramazan ayının 19-cu günüdür. BİG.AZ xəbər verir ki, sabah imsak vaxtı saat 05:02, iftar isə 19:17-dədir. İmsak duası:. "Allahummə vəffir fihi həzzi min bərəkatih. Və səhhil səbili ila xeyratih. Və la təhrimni qəbulə həsənatih. Ya hadiyən iləl-həqqil-mubin". Tərcüməsi:. "İlahi, b

28.03.2024 190
.

Azərbaycanda ana 16 yaşlı qızına işgəncə verib - VİDEO

Azərbaycanda 16 yaşlı qız anası tərəfindən vəhşicəsinə döyülüb. xəbər verir ki, bu barədə ARB televiziyasında yayımlanan "Səni Axtarıram" verilişinə çıxan və anası tərəfindən döyülən Aytacın babası bildirib. Babası bildirib ki, nəvəm anası tərəfindən işgəncələrə məruz qalıb. Aparıcı Aytacı

13:35 0
.

AzTV Arayik Arutyunyanın müsahibəsini niyə yayımlamadı? - AÇIQLAMA

Azərbaycan Televiziyası (AzTV) martın 28-də Qarabağdakı keçmiş separatçı qurumun başçısı, hazırda Bakıda həbsxanada olan Arayik Arutyunyanla müsahibə yayımlamalı idi. Lakin AzTV bir müddət əvvəl vəd etdiyi müsahibəni ötən axşam efirə vermədi. Sosial şəbəkələrdə bəzi şəxslər telekanalı tamaşaçıları aldatmaqd

12:54 0
.

Azərbaycanda bəzi vəzifəli şəxslərə rütbə ömürlük veriləcək

Xüsusi rütbə vergi orqanlarının vəzifəli şəxslərinə ömürlük veriləcək. APA-nın xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Dövlət vergi orqanlarında xidmət haqqında" Əsasnaməyə təklif edilən dəyişiklikdə əksini tapıb. Layihəyə əsasən, vergi orqanlarını

13:47 0
.

"Azerçay" Novruz festivalı ilə sakinləri sevindirib

Doğma çay markası "Azerçay"ın təşkilatçılığı ilə Bakı və Gəncə şəhərlərində Novruz bayramı münasibətilə festival təşkil edilib. Şəhər sakinlərinin tətil günlərində maraqlı və əyləncəli vaxt keçirmələri üçün müxtəlif milli oyunlar və yarışlar keçirilib. Hər kəsin böyük maraqla qatıldığı tədbird

10:59 0
.

Narkotikə anası ilə birgə başlayan Tupakın müəmmalı ölümü - VİDEO

Baku TV-də yayımlanan "Retro Baku" verilişinin yeni buraxılışı efirə gedib. Verilişin budəfəki sayı tarixin ən böyük hip-hop sənətçilərindən biri olan Tupak Amaru Şakura həsr olunub. Tupak Amaru Şakur 16 iyun 1971-ci ildə Nyu-Yorkda anadan olub. Doğulanda adı LesEyn Periş Kruks olub. Bu a

28.03.2024 140
.

Kart hesablarınız bu yolla OĞURLANIR - Əhalinin DİQQƏTİNƏ!

Smartfonlar həyatımızın ayrılmaz hissəsinə çevrilib. Bununla belə, bu qurğular kiberhücumların və zərərli proqramların hədəf nöqtəsi olub. Kiberhücumçular və zərərli proqramlar tez-tez Android əməliyyat sisteminə üstünlük verirlər. Çünki bu smartfonlardan məlumatları oğurlamaq daha asandır. Lakin so

14:42 0