İlanların sayının artma səbəbi məlum oldu – RƏSMİ

İlanların sayının artma səbəbi məlum oldu – RƏSMİBu il havaların daha isti keçməsi ilə əlaqədar olaraq ölkə ərazisindəki ilanların sayı artıb.

BiG.AZ xəbər verir ki, bunu özəl olaraq Trend-ə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Zoologiya İnstitutunun direktoru Elman Yusifov deyib.

Havaların qızmar keçməsinin soyuqqanlı heyvan olan ilanlar üçün sərfəli olduğunu nəzərə çatdıran E.Yusifov əlavə edib ki, bu yay ilanların zərərsizləşdirilməsi ilə bağlı onlara edilən müraciətlərin sayı xeyli artıb.

İnstitut direktoru ilanların sayının artmasına əlverişli iqlim şəraiti ilə yanaşı, qida zəncirinin də təsir göstərdiyini söyləyib.

Onun sözlərinə görə, becərilməyən torpaqlarda xırda gəmiricilərin sayının artması onlarla qidalanan ilanların da say artımına səbəb olur.

Bununla bağlı araşdırmaların aparılmasını vacib sayan institut direktoru ilanların daha çox Kür-Araz ovalığında yerləşən Aran rayonlarında təsadüf edildiyini də söyləyib.

O qeyd edib ki, Azərbaycanın yarımsəhra əraziləri ilanların artımı baxımından çox təhlükəlidir:

"Bunlar ərazi etibari ilə Qobustan-Abşerondan tutmuş Ağstafaya qədərdir. Kür boyunca yerləşən Salyan, Neftçala, Biləsuvar rayonlarında belə risklər var".

E.Yusifov yaşayış yerlərində ilanların olmaması, insanların özlərini ilanların təhlükəsindən qoruması üçün lazım olan yolları da açıqlayıb.

O qeyd edib ki, ilanların ərazidə olmaması üçün divarlarda olan çatlar, dəliklər mütləq suvanaraq bağlanılmalıdır:

"Çünki ilanlar özlərinə yuva salmırlar. Onlar həmin o çatlarda, çəpərlərin dəliklərində yaşayırlar. İlanlar adətən özlərini qızdırdıqdan sonra kölgəliyə - evlərin zirzəmilərinə daxil olurlar. Buna görə zirzəmilərin girişləri məhdudlaşdırılmalıdır. Hazırda həm də tarla, məhsul yığımı mövsümüdür. İnsanlar tarlalara gedəndə özlərini ilan sancmalarından qorumaq üçün təhlükəsizlik qaydalarına riayət etməlidirlər. İlk növbədə boğazlı çəkmə geyinilməlidir. Təəssüf ki, mən rayonlarda insanların tarlalarda çəkələk geyinərək işlədiyini görürəm. Bu isə təhlükəsizlik baxımından yolverilməzdir".

E.Yusifov qeyd edib ki, meşədə istirahətə gedənlərin də əllərində gəzərkən bir çubuq olmalı və onunla çığırları tərpətməlidirlər:

"Nəzərə almaq lazımdır ki, indi ilanların aktivliyinin ən pik dövrüdür. Onlar oktyabrın sonunadək aktiv olacaqlar. Sonradan - soyuqlar düşdükdə isə ilanlar qış yuxusuna gedəcəklər".

Azərbaycandakı ilanların hamısının zəhərli olmadığını da açıqlayan institut direktoru ölkəmizin faunasında 20-yə yaxın ilan növünün olduğunu, onlardan isə yalnız birinin – gürzənin insan həyatı üçün təhlükəli olduğunu söyləyib:

"Amma çox təəssüf ki, bizdə ekoloji maarifləndirmə, fauna bilikləri qənaətbəxş olmadığından insanlar qarşılarına çıxan bütün sürünənləri zəhərli sayaraq onları öldürürlər. Qırmızıqarın təlxə, zeytun təlxə, dağ təlxəsi tam təhlükəsiz canlılardır. Onların insan həyatı üçün heç bir təhlükəsi yoxdur. Amma el arasında onlara əfi ilan, şahmar ilan deyərək öldürürlər. Yaxud koramal da tam təhlükəsizdir. Yeri gəlmişkən qeyd edim ki, koramal ümumiyyətlə, ilan deyil. O, təkamül dövründə ayaqlarını itirib, amma Azərbaycanda el arasında ona "ilana zəhər verən" deyirlər və öldürürlər. Bunlar isə yolverilməzdir".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1584   Tarix: 18 iyul 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Biləsuvarda buğa məktəb direktorunun qabırğasını sındırdı

Biləsuvar rayonunda 7 il bəslədiyi buğa direktor müavinini xəstəxanalıq edib. -a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində məktəb direktoru Alim Hacıyevin yaşadığı ünvanda olub. Hacıyev həyətyanı sahədəki təssərrüfatında mal-qaraya qulluq edərkən buğa ona qəfil hücum edib. Nəticəd

18.09.2021 995
.

İsveçdə Azərbaycan vətəndaşı itkin düşüb

İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. "Report"un Avropa bürosunun məlumatına görə, Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışın

18.09.2021 443
.

Bakıda intiharın qarşısı alındı

Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər tikilməkdə olan binanın 3-cü mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəl

17.09.2021 1997
.

"Pişikdən qorxubsa, "bismillah" desin" deyən tibb işçisi cəzalandırıldı - RƏSMİ

Sosial şəbəkələrdə səs yazısında vətəndaş pişikdən qorxduğu üçün ürəyi tutan qayınanasına təcili yardım əməkdaşının laqeyd yanaşdığı və ona "bismillah" deyərək yatmasını məsləhət görən şəxs cəzalandırılıb. " "a istinadən xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində

17.09.2021 2788
.

Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Milli Musiqi Günü ilə bağlı paylaşım edib. "Report" xəbər verir ki, paylaşımda deyilir:. "18 Sentyabr Milli Musiqi Günüdür. Bu gün doğum günlərini qeyd etdiyimiz görkəmli Azərbaycan bəstəkarlar

18.09.2021 264
.

Milli Musiqi Günüdür

Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi

18.09.2021 304
.

FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO

Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə

18.09.2021 523
.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18.09.2021 2568
.

"Bəyimizi vağzalı sədaları altında yola salırıq" - Pərvindən Maqsudun həbsinə reaksiya

Tanınmış aktrisa Pərvin Abıyeva bu gün Ukrayanda həbs olunub, Azərbaycana gətirilən Maqsud Mahmudovla bağlı paylaşım edib. -a istinadən xəbər verir ki, tanınmış aktrisa Maqsudun həbsini "İlahi ədalət" adlandırıb: . "İlahi Ədalət və dövlətimizin ədaləti! Bu qədər insanın haqqına girməyi

18.09.2021 11870