Fazil Əliyevin kriminal ünsürlərin məskəninə çevrilmiş kafesi sökülür - FOTOLAR

Fazil Əliyevin kriminal ünsürlərin məskəninə çevrilmiş kafesi sökülür - FOTOLARRusiyanın Yekaterinburq şəhərinin meriyası azərbaycanlı biznesmen Fazil Əliyevin illərdir kriminal ünsürlərin məskəninə çevrilmiş kafesini sökür.

BiG.AZ virtualaz.org-a istinadən xəbər verir ki, şəhərdəki tramvay xəttinin son dayanacağında yerləşən və qanunsuz tikilən "Yeddi açar" kafesinin sökülməsi meriyanın öz hesabına həyata keçiriləcək. Söküntü işləri üçün podratçı "Naysprom" MMC şirkəti seçilib. Şirkət sökütnü işləri üçün meriyadan 475 min rubl alacaq. İşlər 45 gün ərzində yekunlaşmalıdır.

Yekaterinburq meriyası Fazil İlyas oğlu Əliyevin Anqarsk küçəsi, 18 və 20/1 ünvanlarında yerləşən kafesinin, habelə avtoservisinin sökülməsi üçün bir neçə ildir mübarizə aparır. Meriya obyektin sökülməsi üçün məhkəmə iddiası qaldırıb, sahibkar məhkəməni uduzub. Amma kafeni öz hesabına sökməkdən imtina edib. İndi meriya söküntü işlərinə pul ayırsa da həmin pulu sonradan Əliyevdən almağa hazırlaşır.

"Yeddi açar" kafesi Yekaterinburqun kriminal aləmində məşhur yerdir. Bu kafedə vaxtaşırı olaraq azərbaycanlı kriminal qruplaşmaların nümayəndələri (əsasən, "Rövşən Lənkəranski"nin klanı) toplaşırdı. 2013-cü ilin sentyabrında Yekatrinburq polisi SOBR və OMON-un dəstəyi ilə kafedə "sxodka"ya basqın edib. Bu zaman kriminal aləmin 48 nümayəndəsi saxlanılıb. Onlar "Timur Sverdlovski" ləqəbli "vor zakon"a bağlı adamlar olublar.

Xatırladaq ki, bu ilin iyun ayında Yekaterinburq prokurorluğu Şartaş gölünün sahilində yerləşən "Kaspi" restoranının da sökülməsi üçün məhkəmə qətnaməsi çıxarılmasına nail olub. Həmin restoran yerli azərbaycan diasporunun lideri Şahin Şıxlinskiyə məxsusdur.
Fazil Əliyevin kriminal ünsürlərin məskəninə çevrilmiş kafesi sökülür - FOTOLARFazil Əliyevin kriminal ünsürlərin məskəninə çevrilmiş kafesi sökülür - FOTOLAR


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1970   Tarix: 17 iyul 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bakıda məktəbin həyətində şagirdi it DİŞLƏDİ

Paytaxtın Xəzər rayonu Türkan qəsəbəsində 5-ci sinif şagirdini məktəbin həyətində sahibsiz it dişləyib. Hadisə Xəzər rayonunun Türkan qəsəbəsindəki Elmar Mirzəyev adına sağlamlıq imkanları məhdud uşaqlar üçün 6 nömrəli respublika xüsusi internat məktəbinin həyətində baş verib. Z.Vəliyevə məktəbin həyətind

13:42 309
.

Prezident Erdoğanla yaşlı qadının səmimi söhbəti- VİDEO

Türkiyə Prezidenti Erdoğan Diyarbakırdakı mitinqdən sonra onu gözləyən yaşlı bir qadın ilə söhbət edib. BİG.az xəbər verir ki, görüntülər sosial şəbəkələrdə paylaşılıb. Həmin videonu təqdim edirik:

16:20 71
.

Azərbaycanlı qız Harvard Universitetinə qəbul olundu - FOTO

Bakı şəhəri 279 nömrəli tam orta məktəbin məzunu Qəndab Məmmədova Harvard Universitetinə qəbul olunub. Bu barədə təhsil müəssisəsi öz sosial şəbəkə hesabında məlumat yayıb. Q.Məmmədovanın 2022-23-cü tədris ilində məktəbin məzunu olduğu bildirilir. Qeyd edək ki, Q.Məmmədova daha əvvəl bir sıra nüfuzl

13:09 305
.

"Qadınların təqaüdə çıxmaq yaşı irəli çəkilsin"

"Ana-uşaq problemi ətrafında deyiləcək sözlər çoxdur. Uşaqpullarının verilməməsi, əhali sayının artmasının əvvəlki illərə nisbətən ləng getməsi və s. bir-biri ilə bağlıdır". "Qafqazinfo" xəbər verir ki, bu fikirləri deputat Sabir Rüstəmxanlı Milli Məclisin plenar iclasında bildirib

14:03 350
.

"31 Mart soyqırımı hadisəsi təkcə Azərbaycan tarixində deyil, bəşər tarixində ən qanlı faciələrdən biridir"

"Erməni daşnaklarının bolşeviklərlə birgə azərbaycanlılalara qarşı həyata keçirdiyi soyqırımından 106 il ötür. Son iki əsrdə ermənilər Azərbaycan xalqına qarşı misli görünməmiş etnik təmizləmə və soyqırımı siyasəti həyata keçirmişlər. Bu siyasət nəticəsində xalqımız ağır məhrumiyyətlərə v

12:40 169
.

"Kişilərin pensiya yaşının azaldılması təqdirəlayiqdir" - Sosioloq

Azərbaycanda kişilərin tələb olunan şərtlər daxilində 5 il erkən pensiya hüququ tanınacaq.Bu barədə məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilən "Əmək pensiyaları haqqında" qanuna dəyişiklik layihəsində əksini tapıb.Layihəyə əsasən, kişilərə münasibətdə qadın vəfa

17:01 182
.

Azərbaycanda bu şəxslərin MAAŞI ARTIRILDI - MƏBLƏĞLƏR

Vergi orqanlarının vəzifəli şəxslərinə xüsusi rütbələr üzrə müəyyən edilən maaşlar artırılır. BİG.AZ xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən "Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə"yə təklif edilən dəyişiklikdə əksini tapıb. Dəyişikliy

14:55 414
.

Yunanıstanın cənubunda 5,7 bal gücündə zəlzələ olub

Yunanıstanın Peloponnes şəhərinin qərbində zəlzələ olub. BİG.az xəbər verir ki, zəlzələ 5,7 bal gücündə zəlzələ baş verib. Bu barədə Avro-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Zəlzələnin ardınca 2,9 və 2,1 bal gücündə iki afterşok baş verib. Afina Geodinamika İnstitutu bildirib ki, titrəm

13:01 143
.

Ramiz Mehdiyevdən məhkəməyə verilməsi xəbərinə REAKSİYA

Ötən gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) keçmiş prezidenti Ramiz Mehdiyev barəsində inzibati iş başlanması haqda xəbər yayılıb. Belə ki, yayılan xəbərdə Ramiz Mehdiyevin İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə ittiham edildiyi, iş baxılması üçün Suraxanı Rayon Məhkəməsinə göndərildiy

12:56 194