Günəş şüaları altında çox qalmaq insanı tez qocaldır və daha hansı TƏHLÜKƏLƏR?

Günəş şüaları altında çox qalmaq insanı tez qocaldır və daha hansı TƏHLÜKƏLƏR?Günəş şüalarının insan orqanizminə xeyirli təsiri olsa da, onu zərərli formada qəbul etmək də yolverilməzdir.

BiG.AZ xəbər verir ki, bunu Trend-ə dermatoveneroloq Sevinc Kərimova bildirib.

Onun sözlərinə görə, yay fəslində Günəş şüalarını qəbul edirəkən müəyyən nüanslara diqqət yetirmək lazımdır: "Məlumdur ki, dünyada müxtəlif dəri tipləri var. Azərbaycan əhalisi arasında daha çox 1, 2 və 3-cü dəri tiplərinə təsadüf olunur. Hər tip dərilər də öz növbəsində iki yerə - a və b-yə bölünür. Birinci a tipi saçı sarı, dərisi ağ, gözləri mavi, yaşıl, açıq rəngdə olan dəri tipləridir. Birinci b tipinə mənsub olanların dərisi ağ, saclarının rəngi açıq, gözlərinin rəngi qara və qəhvəyi ola bilər. İkinci a tip dərisi olanlar ağ dərili, amma saçı, qaşı, gözü qara rəngdə olanlardır. İkinci b tipi dərisi olanlar əsmər dərili, saçı, qaşı, gözü qəhvəyi və qara olanlardır".

Həkim bildirib ki, uzunmüddət Günəş şüaları altında qalma bütün dəri tiplərinə mənfi təsir etsə də, daha çox 1-ci tip dərisi olanlar bundan zərər görürlər.

S.Kərimova bunun səbəbini 1-ci tip dərisi olanlarda melanim piqmentinin az olması ilə izah edib: "Melanim dəriyə, saçlara, gözlərin qüzehli qişasına rəng verən piqment hüceyrələridir. O, Günəş şüalarının təsiri altında sürətlə çoxalır. I tip dərilərdə melanim piqmenti həddindən artıq az olduğu üçün Günəş şüaları altında çox qala bilmir. Nəticədə qruplaşaraq çiyinlərdə, üzdə ləkələr, çillər formasında özünü göstərir və hiperpiqment ləkələr yaradır. Ona görə yayda dərinin zərər görməməsi üçün Günəşə qarşı SPF kremlərindən istifadə etmək tövsiyə olunur".

S.Kərimova qeyd edib ki, birinci tip dərisi olanlar, eyni zamanda 1 yaşadək körpə uşaqlar üçün günə qarşı krem seçilərkən onun SPF 80-100 variantı seçilməlidir. İkinci tip dəri tipləri olanlar üçün SPF 30-50 istifadə oluna bilər.

Həkim günə qarşı kremlərin dərinin açıq qalan hissələrinə əsasən, səhər və günorta vaxtı yüngül massajla yeridilərək sürtülməsini vacib sayıb.

Onun sözlərinə görə, dərisində xal olanlar Günəşdən xüsusi qaydada qorunmalıdır:

"Bütün tip dərilərin təxminən 70 faizində dəri törəmələrinə - xallara təsadüf edilir. Melanim piqmentli, yəni tünd rəngli xalların Günəş şüasından qorunması vacibdir. Təbii ki, günə qarşı kremlər istifadə olunsa belə, bu tip xallar bağlı saxlanılmalıdır. Tövsiyə olunur ki, həmin xallar paltarın örtülü hissəsinə düşmürsə, onun üzəri plastırla bağlansın. Xal üzdədirsə, başa şlaypa geyinilməlidir ki, üzdəki xal birbaşa Günəş şüasına məruz qalmasın".

S.Kərimova qeyd edib ki, Günəş şüasını səhər saat 9-dan 11-dək və 5-dən 9-dək qəbul etmək tövsiyə olunur: "Saat 11-dən 4-dək Günəş şüalarını qəbul etmək tövsiyə olunmur. Çünki bu zaman Günəş şüaları Yer səthinə birbaşa perpendikulyar düşdüyü üçün dəri daha çox mənfi təsirlərə məruz qalır".

Həkim əlavə edib ki, uzun müddət də Günəş şüası altında qalmaq olmaz. Çünki bu, dəridə yanıqlara səbəb olar: "Son günlər ərzində mənə müraciət edən pasiyentlərin əksəriyyəti bildirib ki, gün altında onları yuxu tutub, yatıblar. Nəticədə bütün dəri örtüyünün 2-ci, hətta 3-cü dərəcəli yanığı yaranıb. Bu hal yolverilməzdir. Çünki dəridə yanıq baş verərkən orqanizmdə zəhərlənmə baş verir. Həm də Günəş şüaları altında həddindən artıq çox qalan insanların zamanından tez qocalırlar, onlarda qırışlar, ləkələr, çillər yaranır. Bu cür Günəş şüası qəbul etmək qətiyyən tövsiyə olunmur".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 873   Tarix: 17 iyul 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

İstirahət gününün havası açıqlandı

Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti

18.09.2021 459
.

İƏT OA-nın faktaraşdırıcı missiyası azad edilmiş ərazilərlə bağlı bəyanat qəbul edib

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin dəvəti ilə işğaldan azad edilmiş ərazilərimizdə monitorinq aparmaq üçün ölkəmizdə rəsmi səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının (İƏT OA) nümayəndə heyəti ilə Ombudsman Aparatında mətbuat konfransı keçirilib. Bu barədə BİG.AZ-

18.09.2021 250
.

Bu qidalar vitaminlə zəngindir - MÜTLƏQ YEYİN

Vitamin, mineral və antioksidantlarla zəngin qidalar az kalori ilə maksimum qida dəyərinə malik məhsullardır. Bu tip qida məhsullarına, həmçinin super qidalar da deyilir. -ın məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan bildirilib ki, gündəlik qida rasionunda super qidaların istehlakın

18.09.2021 930
.

Tanınmış mədəniyyət xadimləri Şuşada

Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund

18.09.2021 814
.

Əzraili geri qaytaran DƏFN XƏRCLƏRİ- Ölmək üçün nə qədər pul lazımdır?

"Atam son nəfəsində vəsiyyət etdi ki, o öləndən sonra Bibiheybət qəbiristanlığında dəfn edək. Yazıq kişi gözünü yumanda düşdük əl-ayağa. Ölü üçün ağlamaq qaldı bir kənara biz torpaq pulu düzəldirdik". Bu sözləri -a Rüfət Quliyev danışır. Aylar öncə atasını itirən Rüfət bəy deyir ki, üz tutduqlar

17.09.2021 2089
.

Paşinyan Batumidə "yoxa çıxdı"

Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfər edib. Onun səfəri Batumi şəhərində başa çatıb. Rəsmi məlumata görə, onunla Gürcüstanın baş naziri arasında qeyri-rəsmi görüş olub. Batumiyə səfər Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsi və xüsusən də bəzi Rusiy

18.09.2021 774
.

Milli Musiqi Günüdür

Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi

18.09.2021 304
.

Köçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ

Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib. APA-nın məlumatına görə, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim "Vahid Rusiya"

17.09.2021 999
.

Türkiyəli professor: "Yoluxma azalmasa, qapanmaya getməli olacağıq"

"Tam qapanma yoluxma sayındakı artımdan sonra yenidən gündəmə gələ bilər". "Report" "Posta"ya istinadən xəbər verir ki, bunu türkiyəli professor Faruk Aydın deyib. "Qış çox ağır keçəcək. Qapanmaya getməmək üçün mübarizə aparırıq. Amma yoluxma sayını azalda bilməsək

18.09.2021 1281