Moskvadan İrəvana SON QARABAĞ ŞƏRTİ: Ermənistan üçün DƏHŞƏTLİ İKİ YOL

Moskvadan İrəvana SON QARABAĞ ŞƏRTİ: Ermənistan üçün DƏHŞƏTLİ İKİ YOLErmənistanın baş naziri Nikol Paşinyanın Qarabağda müharibə qorxusu haqda danışması və orduya hazırlıq əmri verdiyini, hər şeyin nəzarət altında olduğunu bəyan etməsi erməni mediasında birmənalı qarşılanmayıb.

BiG.AZ publika.az-a istinadən xəbər verir ki, erməni şərhçi Qarnik Qevorqyan Paşinyanın artıq ikinci dəfədir Qarabağla bağlı danışdığına diqqət çəkib: "Paşinyan bu mesajlarla cəmiyyəti sakitləşdirməyə çalışır. Lakin reallıqda Qarabağ cəbhəsində vəziyyət gərgindir. Xüsusilə beynəlxalq platformada da münaqişə ilə bağlı yanaşmalarda təhlükələr hiss olunur. Təhlükə ilk növbədə Rusiyadan gəlir. Ötən ay Rusiya siyasətçiləri və ekspertlərindən ibarət qrup Azərbaycana baş çəkdi və Lələtəpə hündürlüyündə antiermənistan bəyanatlar səsləndirdi. Onlar tezliklə ərazilərin Azərbaycana qaytarılmasını tələb etdilər. Ruslar "Lavrov planı"nı nəzərdə tutur. İyulun 11-də Brüsseldə Azərbaycan və Ermənistan XİN rəhbərləri görüşdü. Görüşlə bağlı ATƏT-in Minsk qrupunun bəyanatında ilk dəfə "substantiv danışıqlar" fikri daxil edilib. Bu, Azərbaycanın tələbidir və görünür, beynəlxalq platformada Azərbaycanın tələbləri qəbul edilir".

Erməni ekspert qeyd edib ki, buna paralel olaraq rusiyalı ekspertlər yaxınlaşan müharibədən bəhs edirlər.

"Bu mesajlar Ermənistanın ictimai rəyinə hesablanıb: əgər yeni müharibə istəmirsinizsə, "mərhələli həll variantına" razılaşın, əraziləri qaytarın. Bu, Rusiyanın istədiyi ssenaridir, lakin həmsədrlərin son bəyanatı Qərbin də bu ssenariyə razı olduğunu göstərir. Burada əsas sual Ermənistanın belə vəziyyətdə hansı resurslara malik olmasıdır. Misal üçün, müdafiə naziri David Tonoyanın silahlı qüvvələrin inkişafı ilə bağlı ötən həftə təqdim etdiyi konsepsiya xəyaldan başqa bir şey deyil. Ümumilikdə dövlət idarəçiliyinin digər sistemlərinin də adekvatlılığı nəzərə çarpan deyil. İndiki halda diplomatiya mühüm əhəmiyyət kəsb edir, hərçənd, diplomatik korpusun beynəlxalq platformada Ermənistanın əleyhinə olan həll planına qarşı hər hansı fəaliyyət göstərdiyi görünmür. 2016-cı ilin "aprel müharibəsi"ndə Ermənistanın dövlət siyasətinin adekvat olmaması məğlubiyyətlə başa çatdı. Ehtimal ki, bu tarixdən dərin nəticələr çıxarılmayıb. Və məlumdur ki, tarixin təkrarlanmaq vərdişi var", - deyə erməni ekspert vurğulayıb.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2120   Tarix: 17 iyul 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Liftdəki ölümə görə yüksəkvəzifəli şəxsə şiddətli töhmət verildi - FOTO

Bakı Şəhər İcra Hakimiyyətində martın 26-da Binəqədi rayonunda qadının liftin qapıları arasında qalaraq ölməsi faktı ilə əlaqədar ümumi lift təsərrüfatının vəziyyəti təhlil edilib. Bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən məlumat verilib. Qeyd edilib ki, Bakı Şəhər İcra Hakimiyyətind

28.03.2024 395
.

Çingizi arvadı ifşa edibmiş - Mərhum nazirin oğlu da dindirilib

Xəbər verdiyimiz kimi, Bakı Şəhər Halqası Əməliyyat şirkətinin İdman Əməliyyatları şöbəsinin rəisi işləmiş Çingiz Mehdiyev "Formula 1" oyunlarının təşkili üçün ayrılmış 400 min manata yaxın pul vəsaitini mənimsəməkdə ittiham olunur. "Qafqazinfo" Çingiz Mehdiyev və onun cinayəti il

28.03.2024 618
.

"Ermənistanın KTMT təlimlərdə iştirak etməyəcəyi gözlənilən idi" - Politoloq

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) bu il "Rubej 2024" adlı birgə təlim də daxil olmaqla yeddi təlim keçirəcək.Bu barədə təşkilatın baş katibi İmanqali Tasmaqambetov "Milli Müdafiə" jurnalına müsahibəsində deyib.Hazırda KTMT-yə Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan

28.03.2024 252
.

Sabah 20° isti olacaq

Mart 29-na gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Axşam bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperatur

28.03.2024 223
.

Bacısının dırnağı 6 aylıq körpəni xəstəxanalıq etdi - Foto

Bakıda özəl klinikalardan birində boğazında plastik dırnaq qalan 6 aylıq körpə xilas olunub. "Qafqazinfo" xəbər verir ki, bu barədə uşaq cərrahı, uroloq Fuad Hüseynov sosial şəbəkə hesabında yazıb. Onun sözlərinə görə, hadisə İsmayıllı rayonunda qeydə alınıb. Belə ki, uşaq bacısının plasti

28.03.2024 662
.

Gəncədə yaşayış binası yanır - Video

Gəncə şəhərində yaşayış binasında yanğın baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində, beşmərtəbəli yaşayış binasında olub. İlkin məlumata görə, alov binanın dam örtüyündə qeydə alınıb. Hadisə yerinə Fövqaladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafiz

28.03.2024 185
.

Ramiz Mehdiyev məhkəmə qarşısında: Sürücülük hüququndan məhrum edilə bilər

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) keçmiş prezidenti Ramiz Mehdiyev barəsində inzibati iş başlanıb. "Qaynarinfo" xəbər verir ki, Ramiz Mehdiyev İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə ittiham edilir. İş baxılması üçün Suraxanı Rayon Məhkəməsinə göndərilib. Pərviz Murado

28.03.2024 259
.

Gəlinə verilən hədiyyə boşananda bölünməyəcək

Nişan-toy mərasimlərində ərə və ya arvada verilən hədiyyələr onların ayrıca əmlakı hesab olunacaq. "Qafqazinfo"nun məlumatına görə, bu barədə Ali Məhkəmənin "Ər və arvadın əmlaklarının bölünməsi" ilə bağlı Plenum qərarında əks olunub. Qeyd edilib ki, mərasimlərdə ümumilikdə ailəy

28.03.2024 656
.

"Verdiyi koordinatlar o qədər dəqiq idi ki..." - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - VİDEO

"Verdiyi koordinatlar o qədər dəqiq idi ki, biz ona öz aramızda "Doktor" ləqəbi qoymuşduq. Onda həkim dəqiqliyi var idi". Bu sözləri Milli Qəhrəman Elbrus Allahverdiyev haqqında İctimati TV-ə danışan döyüş yoldaşları deyib. Döyüş yoldaşları Milli Qərhəmanın şücaətlərindən danışarkə

28.03.2024 232