Rezin qayıqla dənizə çıxan yeniyetmələrin son anları və ölüm səbəbi - TƏFƏRRÜATLAR

Rezin qayıqla dənizə çıxan yeniyetmələrin son anları və ölüm səbəbi - TƏFƏRRÜATLARBu il aprelin 18-də səhər saat 12.00 radələrində 2001-ci il təvəllüdlü Nüsrət Nəzərov və dostu, 2003-cü il təvəllüdlü Adil Cəbiyev rezin qayıqla Sumqayıt şəhəri Xəzər bağları istiqamətində dənizə çıxıblar.

BiG.AZ APA-ya istinadən xəbər verir ki, həmin gün onların qayıqla dənizə çıxacaqları barədə valideynləri məlumatsız olub. Yalnız axşam saatlarında 17 yaşlı N. Nəzərov və 15 yaşlı A. Cəbiyevin evə qayıtmamasından narahat olan valideynlər onların axtarışına başlayıb.

N.Nəzərovun anası Nazilə Məmmədova polisə müraciət edib. Polisə müraciətində isə uşaqların "Gəmiqaya" adlanan ərazidən rezin qayıqla dənizə çıxdığını ehtimal etdiyini bildirib ...

Mayın 24-də Xəzərdə Neft Daşları yaxınlığında N. Nəzərov və A.Cəbiyevin cəsədlərinin olduğu rezin qayıq aşkarlanıb.

Bura qədəri faciəli bir hadisə barədə xəbərdir.

Valideyn nə deyir...

Məsələni yenidən medianın gündəminə gəlməsinə səbəb isə iyulun 12-də yenidən sosial şəbəkədə və daha sonra isə bəzi saytlarda bu barədə yazı yazılması olub. Yazıda qeyd olunub ki, yeniyetmələrin ölümünə səbəb polis və xilasedicilərin onları vaxtında axtarmamaları olub. A.Cəbiyevin atası Müşfiq Cəbiyev da deyib ki, polis və xialsedicilər axtarışlara vaxtında başlamayıb, iki gündən sonra axtarışlar sahildə aparılıb, bir neçə gün sonra isə fövqəladə hallar nazirinin müavini Faiq Tağızadə onları qəbul etdikdən sonra axtarışa vertolyot cəlb edilib. M.Cəbiyev inanır ki, uşaqlar vaxtında axtarılsa, sağ tapıla bilərdilər. Arqument də budur ki, onlar bir neçə gün qayıqda sağ qalıblar, bir-birinə qısılıblar, ayaqqabıları ilə də dəniz suyu içiblər. "Uşaqların ayaqqabılarında dəniz suyu içdiklərini" isə onlara balıqçılar deyiblər. Yeniyetmələr bir-birinə qısılmış vəziyyətdə olublar.

Əslində necə olub?

Aprelin 18-də saat 21:47-də FHN-nin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə DİN-in 102 xidmətindən Nazilə Məmmədova adlı şəxsin iki yeniyetmənin evdən çıxıb geri qayıtmamaları və onların "Gəmiqaya" adlanan ərazidən rezin qayıqla dənizə çıxdığını ehtimal etdiyi barədə məlumat daxil olub.

Məlumat dərhal Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin növbətçi hissəsinə ötürülür. Qəbul olunmuş məlumat növbətçi inspektor tərəfindən dərhal - saat 21:49-da həmin ərazilərdə xidmət aparan aidiyyati Novxanı və Corat Sularda Xilasetmə Məntəqələrinə (SXM) ötürülüb. Daha sonra növbətçi hissənin inspektoru məlumatın doğruluğunu təsdiq etmək üçün saat 21:54-də özü Nazilə Məmmədova ilə telefon əlaqəsi yaradıb. Yəni, FHN əməkdaşları ailənin müraciətini gözləmədən hadisə baş verən gecə özləri ailə üzvlərinə zəng eidblər.

N.Məmmədova növbətçi inspektorla telefonla danışığı zamanı oğlu N.Nəzərovun vaxtaşırı hava ilə doldurulan rezin qayıqla "Gəmiqaya" adlanan ərazidən dənizə çıxdığını və onun mobil telefonuna zəng çatmadığı üçün heç bir dəqiq məlumatı olmadığını bildirib. Novxanı SXM-nin rəisi daxili xidmət sıravisi Ramin Qurbanov məlumat verilmiş əraziyə gedib, vizual baxış keçirib, ərazidə yerləşən "Gəmiqaya" restoranın sahibi ilə görüşüb, həmin restorana məxsus təhlükəsizlik kamerasının görüntülərinə baxıb, bu ərazidə hər hansı rezin qayığın dənizə çıxmadığı məlumatını alıb. Bu barədə də saat 22:10-da xidmətin növbətçi hissəsinin növbətçisinə məlumat verib. Məlumat aidiyyatı üzrə FHN Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə ötürülüb. Məlumatın doğruluğu təsdiqini tapmadığı üçün Xidmət tərəfindən axtarışlar dayandırılıb.

Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin rəisi, daxili xidmət polkovniki Rüfət Fərhadov açıqlamasında bildirib ki, qəbul olunmuş məlumat həmin gün gecəyə təsadüf etdiyindən və ehtimal olduğundan, həmçinin qeyri-sabit hava şəraiti səbəbindən axtarış xilasetmə tədbirləri yalnız vizual həyata keçirilib.

Hava şəraiti axtarış-xilasetmə işlərinə mane olub

Bu arada polis də uşaqların axtarışları davam etdirib, uşaqların keçdiyi yollarda kameralar yoxlanıb. Nəhayət, kameraların birində uşaqları çiyinlərində ağır çantalarla, qayıqla dənizə getdikləri görünüb və bununla da uşaqların rezin qayıqla dənizə çıxdıqları dəqiqləşib.

Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xidməti məlumatında da qeyd edilir ki, aprelin 20-də saat 12:56-da FHN-nin 112 Çevik Reaksiya İdarəsi tərəfindən Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin növbətçi hissəsinə N.Nəzərovun təhlükəsiz şəhər kamerası vasutəsilə Sumqayıt şəhərinin dəniz istiqamətinə getməsinin görüntüsünün və hətta N.Nəzərovun dostu A.Cəbiyev ilə öz aralarında SMS vasitəsilə Sumqayıt şəhəri Xəzər bağları istiqamətində dənizə çıxdıqları haqqında yazışmanın əldə olunduğu bildirilib. Məlumat aidiyyati üzrə Sumqayıt SXM-nə ötürülüb.

Onu da qeyd edək ki, həmin SMS yazışmalarında N. Nəzərov və A.Cəbiyev Gəmiqaya adlanan ərazidə Sularda Xilasetmə Məntəqəsi olduğu üçün şəhərin Xəzər bağları istiqamətində dənizə çıxmalarının məqbul olduğunu bildiriblər.

Aprelin 21-də A. Cəbiyevin qardaşı Cabir də televiziyaya müsahibəsində Adilin kompüterinə müdaxilə edərək onun "Facebook" sosial şəbəkəsində dostu ilə yazışmalarını əldə etdiklərini bildirib.

Yazışmalarda onların Novxanı ərazisində FHN əməkdaşlarının onları saxlamalarından ehtiyat etdikləri və bunun üçün Sumqayıt şəhəri Xəzər bağları ərazisindən dənizə çıxmalarını qeyd etdiklərini bildirib.

Beləliklə, N. Nəzərov və A.Cəbiyevin rezin qayıqla Sumqayıt şəhəri Xəzər bağları istiqamətində dənizə çıxdıqları müəyyənləşib. 20-21 aprel tarixlərində Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin Bakı şəhəri və Abşeron rayonu üzrə kiçikhəcmli gəmilərə nəzarət şöbəsinin əməkdaşları və Sumqayıt, Novxanı, Corat Sularda Xilasetmə Məntəqələrinin növbədə olan əməkdaşları axtarışa cəlb edilib.

Aprelin 22-də isə Bakı DAQ tərəfindən saat 08.16-da Xəzər dənizində Corat, Sumqayıt, Yaşma, Siyəzən istiqamətində xilasedici qayıqlarla (2 ədəd 6 metr ölçüdə Bakı DAQ və Novxanı SXM-nə aid qayıq) axtarışlar aparılıb. Həmin gün Xəzər bağları istiqamətindən saat 09.32-də suya dalğıc enişi edilib, ehtimal olunan ərazidə xilasetmə axtarış işləri aparılıb və hava şəraiti ilə əlaqədar olaraq 16.20-də axtarış xilasetmə işləri dayandırılıb.

Xidməti məlumatda o da qeyd edilir ki, aprelin 23-də N. Nəzərovun qohumları (atası, babası) fövqəladə hallar nazirinin müavini, tibb xidməti general leytenantı Faiq Tagı Zadənin qəbulunda olub və axtarışa helikopterlərin cəlb edilməsi üçün xahiş ediblər. Daha sonra N. Nəzərovun atası və babası Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin rəisi, daxili xidmət polkovniki Rüfət Fəradovun qəbulunda olub. Rüfət Fəradov bu günə qədər həyata keçirilmiş axtarış-xilasetmə tədbirləri haqqında geniş məlumat verib.

Aprelin 23-də xilasetmə işlərinə FHN-nin Aviasiya Dəstəsinin Mİ-17 helikopteri cəlb edilib. Helikopter vasitəsilə axtarış xilasetmə işləri müsbət nəticə vermədiyindən və artıq qayığın Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xidmət ərazisindən uzaqda olma ehtimalını nəzərə alaraq, 23 apreldən 24 mayadək göstərilən istiqamətin sahilboyu ərazilərində vizual axtarışların aparılması davam etdirilib…

Onu da qeyd edək ki, N. Nəzərovun anası Nazilə Məmmədova 18 yaşı tamam olmadığı və qayıqla bağlı sürücülük hüququ olmadığı halda, oğlunun ekstremal idman növlərinə marağı olduğu üçün ona rezin qayıq alıb. Həm də qanunvericiliyə əsasən bu qayığın qeydiyyata alınması üçün Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinə də müraciət edilməyib.

Hava necə olub?

Hadisə baş verən günlərdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin həmin günlər üçün açıqladığı hava proqnozuna görə, küləyin sürəti saniyədə 16-18 metrə qədər çatıb, gecələr isə temperatur 10 dərəcəyə qədər düşüb. Dağalı dənizdə və belə temperaturda bu uşaqların 24 saatdan çox sağ qalması ehtimalı nə dərəcədədir?

Ekspertlər nə deyir?

Cəsədlər aşkarlanandan sonra Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib. Ekspertlər cəsədlərin çürüdüyünü, müəyyən olunmuş cəsədlərin 36-37 gün öncəyə məxsus olduğunu qeyd ediblər.

Həkimlərin rəyinə görə, hava şəraiti və qayığa su dolması nəticəsində yeniyetmələrin maksimal yaşama müddəti 8-12 saat ola bilərdi.

Həmçinin, cəsədlər bir-birinə qısılmış və rezinə qayığa bağlanmış formada aşkar olunub. Bu da həmin vaxt dənizdə havanın həddən artıq soyuq, dənizin dalğalı olmasının göstəricisidir. Yeniyetmələr dalğanın rezin qayıqdan onları atmaması üçün özlərini qayığa bağlamağı çıxış yolu kimi görüblər. Ancaq bu da qaranlıq gecədə, dalğalı dənizdə və soyuq gecədə sağ qalmaq ehtimalını yüksəltmir. Görünür, soyuqda onları bir-birinə qısılmaq da xilas edə bilməyib və adətən, dənizdə kəskin soyuqdan baş verən tənəffüs orqanlarının iflası səbəbindən dünyalarını dəyişiblər.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 999   Tarix: 17 iyul 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Liftdəki ölümə görə yüksəkvəzifəli şəxsə şiddətli töhmət verildi - FOTO

Bakı Şəhər İcra Hakimiyyətində martın 26-da Binəqədi rayonunda qadının liftin qapıları arasında qalaraq ölməsi faktı ilə əlaqədar ümumi lift təsərrüfatının vəziyyəti təhlil edilib. Bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən məlumat verilib. Qeyd edilib ki, Bakı Şəhər İcra Hakimiyyətind

28.03.2024 395
.

Çingizi arvadı ifşa edibmiş - Mərhum nazirin oğlu da dindirilib

Xəbər verdiyimiz kimi, Bakı Şəhər Halqası Əməliyyat şirkətinin İdman Əməliyyatları şöbəsinin rəisi işləmiş Çingiz Mehdiyev "Formula 1" oyunlarının təşkili üçün ayrılmış 400 min manata yaxın pul vəsaitini mənimsəməkdə ittiham olunur. "Qafqazinfo" Çingiz Mehdiyev və onun cinayəti il

28.03.2024 618
.

"Ermənistanın KTMT təlimlərdə iştirak etməyəcəyi gözlənilən idi" - Politoloq

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) bu il "Rubej 2024" adlı birgə təlim də daxil olmaqla yeddi təlim keçirəcək.Bu barədə təşkilatın baş katibi İmanqali Tasmaqambetov "Milli Müdafiə" jurnalına müsahibəsində deyib.Hazırda KTMT-yə Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan

28.03.2024 252
.

Sabah 20° isti olacaq

Mart 29-na gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Axşam bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperatur

28.03.2024 223
.

Bacısının dırnağı 6 aylıq körpəni xəstəxanalıq etdi - Foto

Bakıda özəl klinikalardan birində boğazında plastik dırnaq qalan 6 aylıq körpə xilas olunub. "Qafqazinfo" xəbər verir ki, bu barədə uşaq cərrahı, uroloq Fuad Hüseynov sosial şəbəkə hesabında yazıb. Onun sözlərinə görə, hadisə İsmayıllı rayonunda qeydə alınıb. Belə ki, uşaq bacısının plasti

28.03.2024 662
.

Gəncədə yaşayış binası yanır - Video

Gəncə şəhərində yaşayış binasında yanğın baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində, beşmərtəbəli yaşayış binasında olub. İlkin məlumata görə, alov binanın dam örtüyündə qeydə alınıb. Hadisə yerinə Fövqaladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafiz

28.03.2024 185
.

Ramiz Mehdiyev məhkəmə qarşısında: Sürücülük hüququndan məhrum edilə bilər

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) keçmiş prezidenti Ramiz Mehdiyev barəsində inzibati iş başlanıb. "Qaynarinfo" xəbər verir ki, Ramiz Mehdiyev İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə ittiham edilir. İş baxılması üçün Suraxanı Rayon Məhkəməsinə göndərilib. Pərviz Murado

28.03.2024 259
.

Gəlinə verilən hədiyyə boşananda bölünməyəcək

Nişan-toy mərasimlərində ərə və ya arvada verilən hədiyyələr onların ayrıca əmlakı hesab olunacaq. "Qafqazinfo"nun məlumatına görə, bu barədə Ali Məhkəmənin "Ər və arvadın əmlaklarının bölünməsi" ilə bağlı Plenum qərarında əks olunub. Qeyd edilib ki, mərasimlərdə ümumilikdə ailəy

28.03.2024 656
.

"Verdiyi koordinatlar o qədər dəqiq idi ki..." - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - VİDEO

"Verdiyi koordinatlar o qədər dəqiq idi ki, biz ona öz aramızda "Doktor" ləqəbi qoymuşduq. Onda həkim dəqiqliyi var idi". Bu sözləri Milli Qəhrəman Elbrus Allahverdiyev haqqında İctimati TV-ə danışan döyüş yoldaşları deyib. Döyüş yoldaşları Milli Qərhəmanın şücaətlərindən danışarkə

28.03.2024 232