Sevgilisini evinə gətirib, arvadının yanında cinsi əlaqəyə girdi - Səslərini eşitməmək üçün ...

Sevgilisini evinə gətirib, arvadının yanında cinsi əlaqəyə girdi - Səslərini eşitməmək üçün ...İngiltərədə əri tərəfindən aldadılan qadın maddi imkansızlıq səbəbindən evi tərk edə bilməyincə uzun müddət üçlük şəklində eyni evdə birgə yaşamaq məcburiyyətində qalıblar.

BiG.AZ milli.az-a istinadən xəbər verir ki, Worcester-də yaşayan Andryu Arthur və arvadı Tracey Arthur 15 il boyunca birlikdə idilər. Ailənin xoşbəxtliyi zaman keçdikcə gərgin günlərlə əvəzlənir.

54 yaşlı Tracey ərinin onu aldatdığından şübhələnməyə başlayıb. Yanvar ayında Andryu boynunda ləkə ilə evə gəlib. Tracey bunun xəyanətdən sonra olduğunu desə də, əri inkar edərək dostları ilə dalaşdığın bildirib.

Tracey bu olaydan bir həftə keçməmiş ərinin iPad-ında başqa qadınla mesajlarına rast gəlib.

Tracey ərinin ona qarşı laqeyidliyinin səbəbini bilsə də aylarca bu vəziyyətdə yaşamaq məcburiyyətində qalıb. Andryu başqa bir qadınla birlikdə idi. Hətta həmin qadını evə gətirərək üçlükdə yaşamağa başlayıblar.

Andryu isə bu mövzuda "Yüzdə 90-ı doğru deyil. 5 il öncə onun da münasibəti vardı, məni öyrənincə bitirdiyini iddia etdi. Bəli, sevgilim evimə köçüb, amma biz artıq Tracey ilə ər-arvad kimi deyilik" deyib.

Tracey isə "Hələ də bunu mənə etdiyinə inana bilmirəm, mən öyrənənə qədər bir yastığa baş qoyduq. Mənə cəhənnəmi yaşatdı. Kim həyat yoldaşı yaşadığı evə sevgilisin gətirər?" deyib.

Cütlüyün yaşadıqları ev Andryunun ailəsinə aiddir. O, bundan istifadə edərək arvadının evdən çıxmağını istəyib. Tracey ərinin istəyini rədd edib.

Bir neçə həftə sonra Andryunun sevgilisi evə köçüb. Tracey yan otaqda yaşamaq məcburiyyətində qalıb. Evdən çıxmaq üçün ədliyyə sistemində işə düzəlib.

Üçlüyün bir evdə yaşamağı aylarla davam edib.

Otağından, sadəcə, işə getmək üçün çıxan Tracey mağazadan yemək alıb otağında yeyirmiş.

Ən pisi isə əri sevgilisi ilə yan otaqda, onların evlilik yatağında cinsi əlaqəyə girirdilər. Tracey "Səslərini eşitməmək üçün televizorda mahnı qoşub səsini yüksəldirdim. Depressiyada idim. Mənə yeganə yaxşı təsir edən musiqi oldu" deyib.

Aylarla davam edən bu əzabdan sonra aprel ayında Tracey Arthur yeni evə köçərək, boşanmaq barədə məhkəmə iddia qaldırıb.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 5160   Tarix: 17 iyul 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18.09.2021 2568
.

BMT-dən xəbərdarlıq: "Dünya fəlakətə doğru gedən bir yoldadır"

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına dair yeni hesabatını təqdim edib. Sənəddə dünya ölkələrinin Paris anlaşmalarına uyğun olaraq, qlobal istiləşməni 2 dərəcədən aşağı səviyyədə saxlamaqdan çox uzaq olduğu bildirilib. Hesabatın açıqlanmasından sonra çıxış edən BMT sədri Antoniu Qutyerre

18.09.2021 672
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

"Türkiyə Silahlı Qüvvələri tarixi məsuliyyət hissi ilə dost və qardaş ölkələrin yanındadır". "Report"un xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib. Onun sözlərinə görə, bu çərçivədə Azərbaycan və Liviyada hərbi təlim, yardım və məsləhətçilik fəaliyyətlər

18.09.2021 278
.

Metro ilə bağlı YENİ XƏBƏR: 2030-cu ilədək Bakıda...

"2011-ci ildə təsdiqlənmiş "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi"nə uyğun olaraq 2030-cu ilədək stansiyaların sayı 77-dək artırılacaq. Hazırda metroda 26 stansiya var. Yəni hələ 51 stansiya da tikilib istifadəyə veriləcək. Ümumilikdə, Bakı metrosu 5 ayrı xəttdən ibarə

18.09.2021 2589
.

Vəfat edən atasından yazdı: "Yarım qaldı hər şey"

Bir neçə gün öncə atası vəfat edən müğənni Koray Avcı sosial şəbəkə paylaşımı ilə gündəmə gəlib. Axşam.az-a istinadən xəbər verir ki, atasının fotosunu paylaşan sənətçi hisslərini belə ifadə edib:. "Mənə belə baxdığının heç fərqində olmamışam. Heç oturub içki də içmədik səninlə. Aşiq olduğumu d

17.09.2021 1693
.

"Bəyimizi vağzalı sədaları altında yola salırıq" - Pərvindən Maqsudun həbsinə reaksiya

Tanınmış aktrisa Pərvin Abıyeva bu gün Ukrayanda həbs olunub, Azərbaycana gətirilən Maqsud Mahmudovla bağlı paylaşım edib. -a istinadən xəbər verir ki, tanınmış aktrisa Maqsudun həbsini "İlahi ədalət" adlandırıb: . "İlahi Ədalət və dövlətimizin ədaləti! Bu qədər insanın haqqına girməyi

18.09.2021 11870
.

İsveçdə Azərbaycan vətəndaşı itkin düşüb

İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. "Report"un Avropa bürosunun məlumatına görə, Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışın

18.09.2021 443
.

Cənub bölgəsi ilə bağlı "12-dən sonra işləmir" deyimi haradan yaranıb?

Niyə bəziləri talışlar haqqında "saat 12-dən sonra işləmir" ifadəsini istifadə edirlər?. xəbər verir ki, bu barədə aparıcı, nitq təlimçisi Cəlalə Nəzəroğlu sosial şəbəkədə paylaşım edib. O bildirib ki, bu deyim talışların fiziki işlərinə görə yaranıb:. "Çox təəssüf ki, bizdə bəziləri insanlar

18.09.2021 1826
.

Soğan şirəsinin unikal müalicəvi xüsusiyyətləri - Damarları təmizləyir, xərçəngdən qoruyur

Soğan şirəsi qədim zamanlardan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Soğanı və soğan şirəsini "təbii antibiotik" adlandırırlar. Qədimdə irinli yaralar və müxtəlif bakterial infeksiyaların müalicəsində soğan şirəsi çox geniş istifadə olunurdu. Bu haqda məlumatla

17.09.2021 1447