Baş verən hadisələr ölkəmizə qarşı oynanılan oyunların tərkib hissəsidir? - Açıqlama

Baş verən hadisələr ölkəmizə qarşı oynanılan oyunların tərkib hissəsidir? - AçıqlamaSon dövrlər ölkəmizdə ardı-arası gözlənilməz hadisələr baş verməkdədir. Belə ki, Gəncə icra başçısı Elmar Vəliyev güllələnir, Gəncə də qanunsuz aksiya keçirilir və nəticədə iki polis şəhid olur. Ən önəmlisi isə Sumqayıtda icazəsiz aksiya planlaşdırılan günün səhəri erməni kəşfiyyatçısı ələ keçirilir. Bu hadisələrin üst-üstə düşməsi təsadüfdürmü, yoxsa ölkəmizə qarşı oynanılan oyunların tərkib hissəsidir?

Baş verən hadisələr ölkəmizə qarşı oynanılan oyunların tərkib hissəsidir? - AçıqlamaBununla bağlı BiG.AZ-a açıqlama verən siyasi şərhçi Azər Həsrət bildirib ki, baş verənlərin heç biri təsadüfi deyil:

"Erməni kəşfiyyatçısının sərhəddə tutulması, Gəncə hadisələri, Sumqayıtda planlaşdırılmış aksiya Azərbaycana qarşı planın tərkib hissəsidir. Bəzi qüvvələr ölkəmizdəki sabitliyi, xüsusilə də Azərbaycan prezidentinin getdikcə artan nüfuzunu qəbul edə bilmirlər. Ona görə də müxtəlif yollarla özlərinin təsir və təzyiqini göstərməyə çalışırlar. Məqsəd də Azərbaycanı Ermənistan kimi sözəbaxan bir dövlət kimi özlərinə bağlı etməkdir. Azərbaycana qısqanclıqla yanaşan və ölkəmizi idarə etməyə cəhd göstərən dövlətlər var. Həmin dövlətlərdən biri İrandır. Bunu biz Gəncə hadisələrində açıq-aşkar gördük. Rusiyanın izini də görmək olar.

Çünki Gəncə hadisələrinin bir çoxu Rusiyaya qaçıb gizlənmək istəyən zaman sərhəddə tutulublar. Ermənilər də boş durmayıblar. Düzdür, onlar təkbaşına hərəkət etmirlər. Amma Rusiyanın və İranın dəstəyi ilə Azərbaycana qarşı addımlar atırlar. 4-cü qüvvə isə qərbdir. Qərb deyiləndə isə Amerika nəzərdə tutulur. Təbii ki, onlar da boş dayanmırlar. Bu və ya digər şəkildə Azərbaycanda baş verənlərə təsir etməyə çalışırlar. Hücumların qarşısında balaca Azərbaycan dövləti durur. Onlar qəzəblənirlər ki, təxribatları niyə sona kimi baş tutmur və Azərbaycan xalqı bu təxribatlara uymur. Bu da səbəbsiz deyil. Çünki Azərbaycan xalqı dövlət müstəqilliyini və sabitliyi hər şeydən üstün tutur. Xalqımız dövlət başçımıza inanır və cənab prezidentimizin bütövlükdə Azərbaycanın ayaqda durması üçün çalışmalarına yaxından dəstək verir. Ona görə də bu təxribatlar nəticəsiz qalır. Nə yaxşı ki, Azərbaycan xalqı və dövlət əl-ələ verib bu təxribatlara qarşı sinə gəlir. Nəticədə də Azərbaycanda sabitliyi pozmaq istəyənlər niyyətlərinə çata bilmirlər. Ölkə daxilində qarışıqlıq yarada bilməyənlər dövlətdən kənarda oturub yalanlar danışırlar. Azərbaycanda sabitliyi qoruyub saxlayan ayrı-ayrı şəxslər hədəfə alınır. Amma bütün oynanılan oyunlar fayda verməyəcək. Çünki Azərbaycan xalqı bu sabitliyin dəyərini yaxşı bilir".

Baş verən hadisələr ölkəmizə qarşı oynanılan oyunların tərkib hissəsidir? - AçıqlamaDeputat Fazil Mustafa bildirib ki, müntəzəm olaraq hərbi durumla bağlı araşdırmalar aparılır:

"Bunun konkret ölkəmizdə baş verən hadisələrlə əlaqəsinin olub olmadığını deyə bilmərəm. Amma erməni tərəfindən bu və ya digər formada ölkəmizə qarşı təxribatlar olur. Bu təxribatlara da lazım olan şəkildə cavab veririk. Amma bəzən olur ki, təcrübəsizlikdən, hansısa bir səhv nəticəsində əsir düşülür. Bu baxımdan da bunu baş verən hadisələrlə əlaqələndirmək olmaz".

Aysel Yusifqızı


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 999   Tarix: 17 iyul 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

İsrail 7 oktyabrdan etibarən 212 məktəbə zərbə endirib

İsrail 7 oktyabrdan etibarən Qəzzaya hücumları davam edir. BİG.AZ xəbər verir ki, İsrail 212 məktəbə zərbə endirib. Bu barədə Birləşmiş Millətlər Təşkilatı (BMT) və bəzi qeyri-hökumət təşkilatlarının hazırladığı hesabatda bildirilib. Həmin məktəblərdən 53-ü tamamilə məhv edilib

28.03.2024 124
.

Kraliça Kamilla rəsmi tədbirlərə qatılır

İngiltərə kralı Çarlz və şahzadə Keyt Midlton səhhətlərindəki problemlərə görə rəsmi tədbirlərdə iştirak edə bilmir. xəbər verir ki, onları kraliça Kamilla əvəz edərək tədbirə qatılıb. İngilitərə xalqı "Keytə sevgilərimizi göndər" yazılı qeydlər göndəriblər

28.03.2024 191
.

Aİ Şurasının rəsmiləri Azərbaycana səfər edəcəklər

Avropa İttifaqı Şurasının Siyasi və Təhlükəsizlik Komitəsinin üzvləri aprelin 8-9-da Ermənistanda səfərdə olacaqlar. Bu ölkənin mətbuatında yayılan məlumatlara görə, səfərin məqsədi regionda baş verən proseslər və Ermənistan-Azərbaycan sülh prosesi haqqında məlumat əldə etməkdir. Nümayəndə heyəti həmçini

28.03.2024 125
.

Ramiz Mehdiyev məhkəmə qarşısında: Sürücülük hüququndan məhrum edilə bilər

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) keçmiş prezidenti Ramiz Mehdiyev barəsində inzibati iş başlanıb. "Qaynarinfo" xəbər verir ki, Ramiz Mehdiyev İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə ittiham edilir. İş baxılması üçün Suraxanı Rayon Məhkəməsinə göndərilib. Pərviz Murado

28.03.2024 259
.

7-8 il əzab verdiyi arvadı gözünü itirib...

Bakıda həyat yoldaşına əzab verməkdə təqsirləndirilən 1986-cı il təvəllüdlü Y. Bektimirovun məhkəməsi başa çatıb. "Qafqazinfo" xəbər verir ki, A.Bektimirovaya müxtəlifdərəcəli xəsarətlər yetirən, eləcə də onun bir gözünü itirməsinə səbəb olan şəxs Cinayət Məcəlləsinin 133.2.6-cı (Əzab vermə

28.03.2024 260
.

İsrail ordusu 25 fələstinlini əsir götürüb

İsrail ordusu işğal altındakı İordan çayının qərb sahilində keçirdiyi reydlər zamanı biri uşaq olmaqla 25 fələstinlini əsir götürüb. xəbər verir ki, Fələstin Məhbuslar Dərnəyi ilə Fələstin Azadlıq Təşkilatına bağlı Məhbuslar və Azad Edilən Nümayəndə heyətinin birgə bəyanatına görə, İsrail qüvvələri İorda

28.03.2024 114
.

"Crocus City Hall"un bərpası neçə milyona başa gələcək? - Emin Ağalarov AÇIQLADI

"Crocus City Hall"ın konsert zalının yenidən tikintisi 150 milyon dollara (təxminən 255 milyon AZN) başa gələcək. Bunu "Crocus Group"un sahibi Araz Ağalarovun oğlu, "Agalarov Development" şirkətinin prezidenti Emin Ağalarov deyib. Onun sözlərinə görə, 15 il əvvəl kompleksi

28.03.2024 447
.

Azərbaycanın Əməkdar artisti vəfat etdi - FOTO

Azərbaycanın Əməkdar artisti Rahib Əliyev vəfat edib. xəbər verir ki, bununla bağlı məlumat sosial şəbəkələrdə yayılıb. Bildirilib ki, Əməkdar artist bu gün 78 yaşında vəfat edib. Xatırladaq ki, Rahib Əliyev 12 iyul 1945-ci ildə Bakı şəhərində anadan olub. 1967-ci ildən indiyə qədər Azərbaycan Dövlə

28.03.2024 839
.

ABŞ-da bıçaqlı hücum: 4 ölü

ABŞ-ın İllinoys ştatında bıçaqlı hücum olub. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində 4 nəfər həlak olub, 5 nəfər yaralanıb. Bildirilir ki, yaralılardan birinin vəziyyəti ağırdır. Polis hadisə yerinə gəlib və hücum edən şəxs saxlanılıb. Faktla bağlı araşdırma başladılıb

28.03.2024 144