Azərbaycanda qardaşın boğazını kəsən 20 yaşlı qız nişanlı imiş - VİDEO

Azərbaycanda qardaşın boğazını kəsən 20 yaşlı qız nişanlı imiş - VİDEOGədəbəyin Slavyanka kəndində 20 yaşlı Sevinc Alıyevanın qardaşı 17 yaşlı Samir Alıyevi boğazından bıçaqlayaraq öldürməsinin təfərrüatı məlum olub.

Kənd sakinlərinin publika.az-a verdiyi məlumata görə, hadisə bacı ilə qardaşın zarafatlaşması nəticəsində baş verib.

"Ailə rayonun Şəkərbəyli kəndində qeydiyyatdadır. Ancaq Slavyankada yaşayırlar. Qohumlarından heç kim bu kənddə yaşamır. Ailənin başçısı Rusiyada işləyir. Uşaqlar anaları ilə birlikdə qalır. İki qardaş, iki bacıdırlar. Bacılarının biri ailə qurub. Bu vaxta qədər ailədən heç bir problem eşitməmişik. Onları hamı tərbiyəli uşaq kimi tanıyır. Ölən oğlan bu il ali məktəbə imtahan vermişdi, nəticəsi də uğurlu olmuşdu. Onu vuran bacısı isə nişanlı idi", - deyə sakinlər bildirir.

Sakinlər deyir ki, hadisənin baş vermə səbəbi haqqında müxtəlif versiyalar səsləndirirlər:

"Kimi deyir münaqişə ediblər, kimi də təsadüfən baş verdiyini deyir. Deyilənə görə, Samir özü bıçağı boğazına tutub, bacısına da deyib ki "vura bilərsən?" qız da vurub və hadisə baş verib, artıq polis tərəfindən saxlanılıb".

***

Gədəbəydə qətl hadisəsi baş verib.

BiG.AZ APA-ya istinadla xəbər verir ki, hadisə rayonun Slavyanka kəndində baş verib.

Kənd sakini, 2001-ci il təvəllüdlü Samir Sübhan oğlu Alıyev boğaz nahiyəsindən bıçaqlanıb.

Ona tibbi yardım göstərilsə də, həyatını xilas etmək mümkün olmayıb.

Məlumata görə, S. Alıyev zarafatlaşan zaman bacısı, 1998-ci il təvəllüdlü Sevinc Alıyeva tərəfindən bıçaq xəsarəti alıb.

Faktla bağlı Gədəbəy rayon Prokurorluğunda araşdırma aparılır.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 4490   Tarix: 17 iyul 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Gəncədə avtomobillər toqquşdu: Ölən və yaralananlar var - FOTO

Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Belə ki, hərəkətdə olan VAZ-21 015 markalı minik avtomobili ilə KİA markalı avtomobil toqquşub. Daha sonra avtomobillərdən biri yoldan keçən iki piyadanı vurub. Onlardan biri ölüb, digəri is

18.09.2021 789
.

Əzraili geri qaytaran DƏFN XƏRCLƏRİ- Ölmək üçün nə qədər pul lazımdır?

"Atam son nəfəsində vəsiyyət etdi ki, o öləndən sonra Bibiheybət qəbiristanlığında dəfn edək. Yazıq kişi gözünü yumanda düşdük əl-ayağa. Ölü üçün ağlamaq qaldı bir kənara biz torpaq pulu düzəldirdik". Bu sözləri -a Rüfət Quliyev danışır. Aylar öncə atasını itirən Rüfət bəy deyir ki, üz tutduqlar

17.09.2021 2089
.

Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA - VİDEO

Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd

18.09.2021 1643
.

Bu qidalar vitaminlə zəngindir - MÜTLƏQ YEYİN

Vitamin, mineral və antioksidantlarla zəngin qidalar az kalori ilə maksimum qida dəyərinə malik məhsullardır. Bu tip qida məhsullarına, həmçinin super qidalar da deyilir. -ın məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan bildirilib ki, gündəlik qida rasionunda super qidaların istehlakın

18.09.2021 930
.

İsveçdə Azərbaycan vətəndaşı itkin düşüb

İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. "Report"un Avropa bürosunun məlumatına görə, Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışın

18.09.2021 443
.

Azərbaycanda BƏDBƏXT HADİSƏ: Uşaq əlini yuyarkən su kanalında batıb

Şəmkir rayonunda əlini yuyarkən su kanalına düşüb. -ın məlumatına görə, hadisə rayonun Qılıncbəyli kəndində qeydə alınıb. 2012-ci il təvəllüdlü Nihat Tağıyev kənd ərazisində yerləşən kanalda əlini yuyarkən ayağı sürüşüb və batıb. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağl

18.09.2021 914
.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18.09.2021 4608
.

Vəfat edən atasından yazdı: "Yarım qaldı hər şey"

Bir neçə gün öncə atası vəfat edən müğənni Koray Avcı sosial şəbəkə paylaşımı ilə gündəmə gəlib. Axşam.az-a istinadən xəbər verir ki, atasının fotosunu paylaşan sənətçi hisslərini belə ifadə edib:. "Mənə belə baxdığının heç fərqində olmamışam. Heç oturub içki də içmədik səninlə. Aşiq olduğumu d

17.09.2021 1693
.

Azərbaycanda milli dronlar hazırlanıb - VİDEO

Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında xüsusi təyinatlı dronlar hazırlanıb. -ın məlumatına görə, pilotsuz uçuş aparatları sifarişlər əsasında yerli mütəxəssislər tərəfindən hazırlanıb. Dronlari uçuş vaxtları, yükdaşıma və küləyə davamlılığı ilə fərqlənir. Həmçinin uçuş trayektoriyasını

18.09.2021 428