Mirzə Babayevə "xalq artisti" fəxri adını kim verdirib? - gizlinlər

Mirzə Babayevə "xalq artisti" fəxri adını kim verdirib? - gizlinlərKimlər gəldi, kimlər getdi
Bu dünyadan, bu dünyadan.
Arif olan nakam getməz,
Bu dünyadan, bu dünyadan…

Bir sənətkar gəldi bu dünyaya, bu həyatı doya-doya yaşadı, sevə-sevə oxudu, insanların ruhunu öz əsrarəngiz səsi ilə oxşadı… Və günlərin bir günü köçünü çəkib getdi bu dünyadan…

Söhbət unikal səs tembri və ifa mədəniyyəti ilə yaddaşlara həkk olunan Mirzə Babayevdən gedir. Bu gün böyük sənətkarın doğum günüdür. Sağ olsaydı, xarakterinə uyğun haylı-küylü bir məclis düzənləyib, hamını o məclisə yığacaqdı. Xəlvəti gözəllərə göz vurub şirin-şirin zarafatlaşacaqdı. Ən gözəl hitlərini oxuyacaqdı. Ən gözəl deyəndə ki, onun oxuduğu hər bir mahnı gözəl idi və elə sağlığında da hitə çevrilmişdi.

Xalq artisti, sənət dostu, tanınmış bəstəkar Oqtay Rəcəbov Mirzə Babayevlə bağlı xatirələrini Yenicag.az-a bölüşüb. O, sənətkarla bağlı maraqlı faktlar açıqlayıb:

"Mirzə Babayev sözü üzə deyən insan idi, hətta qarşı tərəfin inciyəcəyini belə gözə almırdı. Bir dəfə xalq artistlərindən biri mahnı oxudu, sonra Mirzə Babayevin yanına gəlib soruşdu ki, necə oxudum? O da qayıtdı ki, sən oxumadın e, qışqırdın. Başqa bir məclisdə eyni hal yenidən yaşandı. O xanım gəldi ki, Mirzə dayı, necə oxudum? Dedi, hə, yavaş-yavaş oxumağı öyrənirsən".

Bəstəkar müğənniyə qarşı haqsızlıqlar olduğunu bildirib:

"Mirzə Babayev 15-dən artıq mahnımı oxuyub. Onun üçün yazdığım son mahnıları oxuya bilmədi. Ölümündən əvvəl o mahnıları oxumaq arzusunda olduğunu bildirdi. Çox kövrəldi. Bilirdi ki, səhhəti imkan vermir. Arzusunu gerçəkləşdirməyə əcəl imkan vermədi. Ona qarşı çox haqsızlıqlar olmuşdu. Onu qısqananlar hər vəchlə vurmağa çalışırdılar. Bu faktı ilk dəfə sizə açıqlayıram. Yadımdadır ki, 1982-ci ildə mənə və Tofiq Quliyevə Lenin Komsomolu mükafatı verdilər. Mərkəzi Komitənin katibi Həsən Həsənov zəng edib məni təbrik etdi. Dedi ki, Mirzə Babayev də yanımdadır. O gileylənir ki, bu qədər mahnılar oxumuşam, hər yerdə konsertlərim olub, amma xalq artisti deyiləm. Mən dedim ki, Həsən müəllim, düz deyir də, o çoxdan xalq artisti fəxri adına layiq görülməliydi. Həsən müəllim qayıtdı ki, darıxma, alacaq. Üstündən 5-6 ay keçəndən sonra Mirzə dayıya xalq artisti fəxri adını verdilər".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 2321   Tarix: 16 iyul 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

"Məni də oğlum idarə edir"

Xalq artisti Nisə Qasımovanın qonaq olduğu "Zaurla Günaydın" verilişində maraqlı anlar yaşanıb. OLAY yazır ki, aparıcı Günay Baxşəliyeva sənətçinin dırnaqlarındakı hərflərə diqqət çəkib. Qasımova ailə üzvlərinin adlarının baş hərfləri olduğunu deyib və oğlundan danışıb. "Fətulla oğlum

24.03.2024 446
.

"Deyirlər ki, Nüşabə oğlu yaşda kişiyə ərə gedib"

"Mən 1967-ci ildənəm. Ərim Rza bəy isə 1974-ci ildəndir. Yəni mən ərimdən 7 yaş böyüyəm". Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Nüşabə Ələsgərli "Xeyirli axşamlar" proqramında deyib. Müğənni həyat yoldaşı ilə aralarında olan yaş fərqinin tənqid edilməsinə cavab verib:

13:12 0
.

Xanımı Kadir İnanırın son vəziyyətini açıqladı

"Təbii ki, hələ də yorğundur, zamana ehtiyacı var. Ziyarətimdə məni tanıması, əlimdən tutması kimi müsbət reaksiyaları oyanış prosesinin davam edəcəyinə ümid verdi". "Qafqazinfo" Türkiyə mediasına istinadən xəbər verir ki, bu sözləri Kadir İnanırın 23 illik həyat yoldaşı Jülide Kura

28.03.2024 450
.

Aygün Bəylərin məzarından yeni görüntülər - VİDEO

Əməkdar artist Aygün Bəylərin məzarından yeni görüntülər yayılıb. xəbər verir ki, onun məzarı bir gənc tərəfindən təmizlənərək, səliqəyə salınıb. Paylaşıma "Aygün Bəylər, səni də unutmadıq" şərhi yazılıb. Muğam ifaçısı yanvarın 6-da Ankarada müalicə aldığı xəstəxanada vəfat edib. O, uzun müddə

24.03.2024 977
.

Röyadan Elnarəyə cavab

Xəbər verdiyimiz kimi, müğənni Elnarə Xəlilova uzun müddətdir qalmaqal yaşadığı Xalq artisti Röya Ayxanla bağlı paylaşım edib. Axşam.az xəbər verir ki, sənətçinin həmkarının konserti ilə bağlı paylaşımı Röya instaqram hesabında yayımlayıb. O, Elnarəyə "Əcəb edib. Şərh yazıb fikrimi bildirdim. Əcə

10:26 0
.

Rihannanın yeni görünüşü

Müğənni Rihanna imicini dəyişib. Axşam.az xəbər verir ki, sənətçi saçlarının rəngini dəyişib və onları qısa kəsdirib. Pərəstişkarları yeni saç düzümü və paparassilərin onu tutduğu obrazı bəyənməyiblər. Çoxları onun gülünc göründüyünü, əvvəlki obrazın isə ona daha çox yaraşdığını qeyd edib. Bundan əlavə

26.03.2024 588
.

Vasif Məhərrəmli plastik əməliyyatdan sonra ilk dəfə - Fotolar

Əməkdar artist Vasif Məhərrəmli plastik əməliyyatdan sonra ilk dəfə efirə çıxıb. Axşam.az xəbər verir ki, müğənni "Zaurla Günaydın" proqramında qonaq olub. İfaçının üzündəki dəyişiklik diqqətdən qaçmayıb. Qeyd edək ki, V.Məhərrəmli bir müddət əvvəl üzündə plastik əməliyyat etdirib. O, üzündək

26.03.2024 1191
.

"Onları rəzil edəcəm!" - Ülviyyə Xəlilbəyli

Aktrisa Ülviyyə Xəlilbəyli yanacaqdoldurma məntəqələrinin birində aldadıldığını bildirib. "Qafqazinfo" xəbər verir ki, bu barədə o öz instaqram hesabında hekayə paylaşıb:. "Nərimanov ərazisində yerləşən yanacaqdoldurma məntəqəsi var. Nə qədər saxtakar, yalançıdırlar. Hər dəfə yanacağ

27.03.2024 1057
.

Afra Saraçoğlu və Mert Ramazan Demir birlikdə yaşayacaq

Aktrisa Afra Saraçoğlu və aktyor Mert Ramazan Demir birlikdə yaşamağa qərar veriblər. xəbər verir ki, bu barədə türk mətbuatı bildirib. Onlar artıq yeni evə köçüblər

26.03.2024 758