Bakıda 36 yaşlı kişi xəstə qıza təcavüz etdi - Hamama aparıb...

Bakıda 36 yaşlı kişi xəstə qıza təcavüz etdi - Hamama aparıb...Bakıda qadına qarşı təcavüz etməkdə təqsirli bilinən 1982-ci il təvəllüdlü Ceyhun Səlimovun (cinayət işində adı keçən şəxslərin ad və soyadları şərti verilib – red.) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

BiG.AZ publika.az-a istinadən xəbər verir ki, Ceyhun Səlimov 7 aprel 2015-ci il tarixdə, gecə saat 23 radələrində Suraxanı rayonu Hövsan qəsəbəsində yerləşən "Bizim məkan" adlı kafeyə gəlib.

Kafedə tanışlıq

Ceyhun Səlimov orada tanışı Samiri yanında bir qızla çay içərkən görüb və onlara yaxınlaşaraq ondan həmin qızın kim olması ilə maraqlanıb.

Samir həmin qızı avtobus dayanacağında gördüyünü, sonuncunun üşüdüyünü gördüyünü, onu içəri gətirdiyini və qızda əqli cəhətdən anormallıq olduğunu bildirib.

Əqli cəhətdən zəif qızı təcavüz planı

Daha sonra Sahibə Əliyeva Ceyhun Səlimov və Samirlə birlikdə kafedən çıxıb. Kafenin çölündə Ceyhun həmin qızı sorğu-sual edib. Sorğu-sual zamanı o, qızın Sahibə Babayeva olduğunu bilib. Sahibə ona qalmağa yerinin olmadığını söyləyib.

Bu zaman Ceyhun Səlimov xəstəliyi ilə əlaqədar ona qarşı edilən cinayət xarakterli hərəkətlərin mahiyyətini dərk etmədiyini anlayıb, köməksiz vəziyyətindən istifadə edərək onu qəsdən zorlamaq qərarına gəlib.

Qohumunun evində zorakılıq

Bu məqsədlə Ceyhun Səlimov onu gecə qalmaq adı ilə aldadaraq özü ilə, əvvəlcə qohumu "Kamandar" adlı şəxsə məxsus, Suraxanı rayonu Hövsan qəsəbəsi, 1 nömrəli Zeytun sovxozunda yerləşən evə aparıb.

Aprelin 8-ə keçən gecə saat 02 radələrində Ceyhun Səlimov Sahibə Babayevaya təcavüz etmək istəyini reallaşdırıb. O, həmin vaxt Sahibə Babayevaya zor tətbiq edərək, ona xəsarət yetirib, daha sonra onunla cinsi əlaqədə olub.

İkinci dəfə də təcavüz etdi

Bundan başqa, Ceyhun Səlimov təkrarən ertəsi gün, saat təxminən 06 radələrində Sahibə Babayevanı tanışı Araz Mehdiyevin yaşadığı Suraxanı rayonu, Hövsan qəsəbəsi, Məktəbli küçəsindəki evə aparıb. O, evin yataq otağında Sahibə Babayevaya zor tətbiq etməklə, onunla cinsi əlaqədə olub.

İki maddə ilə cinayət işi

İstintaq orqanı tərəfindən Ceyhun Səlimovun barəsində Cinayət Məcəlləsinin 149.2.5-ci (təkrar zorlama) və 150.1-ci (zərərçəkmiş şəxsə və ya başqa şəxslərə zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə uşaqbazlıq və ya seksual xarakterli digər zorakılıq hərəkətləri etmə) maddələri ilə ittiham elan edilib.

"Qızdan adını soruşdum"

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Ceyhun Səlimov bildirib ki, aprelin 7-də, Suraxanı rayonunda yerləşən "Bizim məkan" kafesində tanışı Samirin təxminən 20 yaşlarında bir qızla çay içməsini görüb: "Qızın kimliyi ilə maraqlandım. Samir həmin qızın "161" saylı avtobusdan düşdüyünü, üşüdüyünü görərək kafeyə gətirməsini, həmçinin onun kəmağıl olmasını bildirdi. Kafedən Samir və həmin qız bayıra çıxdılar. Mən də onların arxasınca bayıra çıxdım və qızdan adını, haradan gəlməsini soruşdum. O, qadının Sahibə olduğunu, Keşlə qəsəbəsində yaşadığını dedi".

"Bir gecə saxlamağı təklif etdim"

Ceyhun Səlimovun sözlərinə görə, Sahibə qalmağa yerinin olmadığını bildirib: "Həmin vaxt Hövsan qəsəbəsi 1 saylı Zeytun sovxozunda əmim oğlu Kamandara məxsus olan həyət evinin boş olduğunu söylədim. Samirə bir gecəlik həmin qızı apararaq səhərəcən saxlamağı, səhər isə ya polis orqanlarına, ya da ailəsinə təhvil verməyi təklif etdim. Sonra Samir evinə getdi. Mən də həmin qızla kafedən 500-600 metr aralıda yerləşən Kamandara məxsus evə gəldik. Həyət evinin giriş qapısının açarı məndə olmadığından əvvəlcə qız, sonra mən səkidən evin həyətinə tullanaraq mənzilə daxil olduq".

"Qızı hamama apardı"

Ceyhun Səlimov qeyd edib ki, burada pəncərədə şüşə olmadığından otaq çox soyuq olub: "Sonra qızı tanışım Arazgilə apardım və gecəni orada qaldıq. Qız anası tərəfindən döyüldüyünü, evlərinə getməyəcəyini və işləmək istədiyini bildirdi. Hövsan qəsəbəsində tanışım Təvəkkülün təndirxanası olduğundan, qızın orada işləyib, orada da qala biləcəyini düşündüm. Təvəkkülü Arazın evinə çağırdım, qıza iş verməsini xahiş etdim. Təvəkkül razılaşaraq, qızı Əminə adında qadına verdi, Əminə qızı götürərək hamama apardı".

"Cinsi əlaqədə olmamışam"

Ceyhun Səlimov bildirib ki, daha sonra qızla bağlı Təvəkküldən polisə məlumat verməsini xahiş edib: "Sonra Təvəkkül mənə zəng vuraraq, həmin qızın ailəsinin Keşlə qəsəbəsində tapıldığını və onu ailəsinə təhvil verdiyini bildirdi. Sonradan məni prokurorluqda dindirdilər. Qıza qarşı zor işlətməmişəm, onunla cinsi əlaqədə olmamışam".

"Zorla mənimlə cinsi əlaqədə oldu"

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Sahibə Babayeva bildirib ki, aprelin 7-də, saat 23 radələrində Hövsan qəsəbəsində Samir adlı şəxs onu avtobus dayanacağından kafeyə aparıb: "Orada Ceyhun ilə tanış oldum. Kafedən çıxdıqdan sonra Ceyhun məni yaxınlıqdakı bir evə gətirdi. Biz daş hasardan aşaraq, mənzilə girdik. Orada Ceyhun zorla mənimlə əvvəlcə təbii yolla, sonra arxdan cinsi əlaqədə oldu".

"Xahiş etdi ki, şikayət etməyim"

Zərərçəkmişin sözlərinə görə, daha sonra Samir səhərə yaxın onu başqa bir evə aparıb: "Orada da mənimlə cinsi əlaqədə oldu. Ceyhun məni gətirdiyi ikinci evdə Araz Mehdiyev də olub. Sonuncu da mənimlə cinsi əlaqədə olub. Sonra məni Təvəkkül Astanovun iş yerinə gətirdilər. Orada olan Nərminə Quliyeva mənə yemək verdi, hamamlanmağım üçün şərait yaratdı, təmiz paltar verdi. Əminə Məmmədova isə məndən xahiş etdi ki, Ceyhunun iki qızı olduğundan ondan şikayət etməyim. Amma mən polisə şikayət ünvanladım. Çünki mənə təcavüz məruz qalmışdım".

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ceyhun Səlimovun əməli sübuta yetirilməyib. Məhkəmə hər iki maddə üzrə ona bəraət verib.

Bu hökmdən narazı qalan prokuror apelyasiya protesti verib. Prokuror Ceyhun Səlimovun barəsində ittihamedici hökm çıxarılmasını tələb edib.

Bakı Apelyasiya Məhkəməsində hakim Əflatun Qasımovun sədrlik etdiyi kollegiyada prokurorun protesti araşdırıb. Hakim heyəti sonda prokurorun protestini təmin etməyib.

Bu qərardan narazı qalan prokuror kasasiya protesti verib. Prokurorun protestində Bakı Apelyasiya Məhkəməsinin qərarının ləğv edilməsini, işin yenidən apelyasiya insatnsiyasında araşdırılmasını istəyib.

Ali Məhkəmədə hakim Gülzar Rzayevanın sədrlik etdiyi kollegiyada prokurorun kasasiya protesti təmin edilib və Bakı Apelyasiya Məhkəməsinin qərarı ləğv olunaraq, işin yenidən apelyasiya instansiyasında araşdırılması barədə qərar çıxarılıb.

Yaxın günlərdə bu iş üzrə Bakı Apelyasiya Məhkəməsində yenidən araşdırma başlanacaq.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1493   Tarix: 06 iyul 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Metro ilə bağlı YENİ XƏBƏR: 2030-cu ilədək Bakıda...

"2011-ci ildə təsdiqlənmiş "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi"nə uyğun olaraq 2030-cu ilədək stansiyaların sayı 77-dək artırılacaq. Hazırda metroda 26 stansiya var. Yəni hələ 51 stansiya da tikilib istifadəyə veriləcək. Ümumilikdə, Bakı metrosu 5 ayrı xəttdən ibarə

18.09.2021 2589
.

Azərbaycanda koronavirusa yoluxanların SAYI AÇIQLANDI: 29 nəfər ÖLDÜ - FOTO

Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 042 yeni yoluxma faktı qeydə alınıb, 3 224 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib. İndiyədə

18.09.2021 2874
.

Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Milli Musiqi Günü ilə bağlı paylaşım edib. "Report" xəbər verir ki, paylaşımda deyilir:. "18 Sentyabr Milli Musiqi Günüdür. Bu gün doğum günlərini qeyd etdiyimiz görkəmli Azərbaycan bəstəkarlar

18.09.2021 264
.

Əzraili geri qaytaran DƏFN XƏRCLƏRİ- Ölmək üçün nə qədər pul lazımdır?

"Atam son nəfəsində vəsiyyət etdi ki, o öləndən sonra Bibiheybət qəbiristanlığında dəfn edək. Yazıq kişi gözünü yumanda düşdük əl-ayağa. Ölü üçün ağlamaq qaldı bir kənara biz torpaq pulu düzəldirdik". Bu sözləri -a Rüfət Quliyev danışır. Aylar öncə atasını itirən Rüfət bəy deyir ki, üz tutduqlar

17.09.2021 2089
.

Millət vəkili: "Həftəsonları ictimai nəqliyyatın fəaliyyəti bərpa edilməlidir" – VİDEO

Pandemiyaya qarşı hökumətin verdiyi qərarlar öz müsbət təsirini göstərməkdədir, lakin Operativ Qərargah bəzi məsələlərin həlli yönündə təcili tədbirlər görməlidir. Bunu millət vəkili Fazil Mustafa deyib. Millət vəkili hesab edir ki, həll edilməli ən vacib məsələ həftəsonları ictimai nəqliyyatın fəaliyyətini

17.09.2021 1467
.

Paşinyan Batumidə "yoxa çıxdı"

Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfər edib. Onun səfəri Batumi şəhərində başa çatıb. Rəsmi məlumata görə, onunla Gürcüstanın baş naziri arasında qeyri-rəsmi görüş olub. Batumiyə səfər Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsi və xüsusən də bəzi Rusiy

18.09.2021 774
.

Vəfat edən atasından yazdı: "Yarım qaldı hər şey"

Bir neçə gün öncə atası vəfat edən müğənni Koray Avcı sosial şəbəkə paylaşımı ilə gündəmə gəlib. Axşam.az-a istinadən xəbər verir ki, atasının fotosunu paylaşan sənətçi hisslərini belə ifadə edib:. "Mənə belə baxdığının heç fərqində olmamışam. Heç oturub içki də içmədik səninlə. Aşiq olduğumu d

17.09.2021 1693
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

"Türkiyə Silahlı Qüvvələri tarixi məsuliyyət hissi ilə dost və qardaş ölkələrin yanındadır". "Report"un xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib. Onun sözlərinə görə, bu çərçivədə Azərbaycan və Liviyada hərbi təlim, yardım və məsləhətçilik fəaliyyətlər

18.09.2021 278
.

Tanınmış mədəniyyət xadimləri Şuşada

Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund

18.09.2021 814