Nazpəri Dostəliyeva evini soyub seyfini oğurlayan şəxslərdən şikayətçi olmadı

Nazpəri Dostəliyeva evini soyub seyfini oğurlayan şəxslərdən şikayətçi olmadıBakıda evindən oğurluq edilən xalq artisti Nazpəri Dostəliyevanın istintaqa verdiyi ifadəsi məlum olub.

BiG.AZ report-a istinadən xəbər verir ki, cinayət işi üzrə təqsirləndirilən Cavid Əliyev, Yunis Hüseynli, Namiq Fərəcov və Ruslan Verdiyevin ittiham aktında N.Dostəliyeva qeyd edib ki, hadisədən əvvəl övladlarının hər biri ayrı-ayrı evlərdə yaşayıb, özü isə Nərimanov rayonundakı mənzilində tək yaşayıb.

O bildirib ki, 11 ildir tanıdığı Sevda Hüseynova adlı qadın ev işlərində ona kömək edib: "Mənzilimin bir açarı da Sevdada olub. O, hər gün səhər saat 10-da bizə gəlib, 7-də gedib. Hər ay ona 500 manat əməkhaqqı verirəm".

N.Dostəliyevanın sözlərinə görə, həmin mənzilin yataq otağında şkafın içərisində özünə məxsus qızıl-zinət və özəl əşyalar saxlayıb: "Onun açarı isə yalnız məndə olub. Hadisə vaxtı seyfin içərisində brilyant, digər qızıllar, pullar və evin sənədləri vardı. Mənim icazəm olmadan heç kim o seyfə əl vura bilməzdi. Həmçinin, hər gün istifadə etdiyim qızıllar isə yataq otağında şüşə şkafda idi. Sərxan Mirzəyev təxminən 2 ildir sürücümdür. Ona da ayda 500 manat əməkhaqqı verirəm".

Xalq artisti ifadəsində söyləyib ki, hadisə günü sürücüsü S.Mirzəyev və köməkçisi S.Hüseynova ilə birgə Novxanıda yerləşən bağ evinə gedib: "Axşamüstü Nərimanovdakı evə qayıdan zaman isə yataq otağının işığı yanılı idi. Sevdadan işığı niyə söndürmədiyini soruşdum. O, evdən çıxan zaman bütün işıqları söndürdüyünü dedi. Otağa daxil olanda şüşə rəfin siyirməsi açıq, orada olan əşyalarım darmadağın idi. Qızıl-zinət əşyalarım isə götürülmüşdü. Həmçinin şkafın içərisində olan seyf də yerində yox idi. Otağın digər tərəfində olan şkafdan da brilyantlarım və qızıl-zinət əşyalarım götürülmüşdü. Evdə oğurluq hadisənin olduğunu dəqiqləşdirdim. Sərxan mənzildə oğurluq olması ilə bağlı "102" xidmətinə məlumat verdi. Bir müddət sonra polis zabiti gələrək bizdən izahat aldı".

N.Dostəliyeva dindirilən zaman deyib ki, evindən ümumilikdə 311 min manatlıq qızıl-zinət əşyası, 15 min dollar, 3 min avro və 2 min fund-sterlinq maddi ziyan dəyib: "İstintaq dövründə qızıllarım və pullarımın bir qismi qaytarıldı. Daha sonra təqsirləndirilən şəxslərin valideynləri tərəfindən yerdə qalan qızıl və pulum da ödənilib".

Xalq artisti istintaqa verdiyi ifadəsində təqsirləndirilən şəxslərdən heç bir şikayəti, iddia və tələbinin olmadığını söyləyib.

Qeyd edək ki, 19 avqust 2017-ci il tarixində naməlum şəxs və ya şəxslər Bakı şəhəri Nərimanov rayonunda yaşayan Nazpəri Dostəliyevanın mənzilinə açarseçmə üsulu ilə qanunsuz daxil olaraq içərisindən külli miqdarda qızıl-zinət əşyaları və pul olan dəmir seyf oğurlayıblar.

Polis əməkdaşları tərəfindən həyata keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində qeyd edilən cinayət hadisəsinin Sumqayıt şəhər sakinləri, əvvəllər məhkum olunmuş Ruslan Verdiyev, Cavid Əliyev, Yunis Hüseynli, Namiq Fərəcov və Asif Həmidov tərəfindən törədildiyi məlum olub.

Dəstə üzvləri seyfin içindən götürülən pulu və qızıl-zinət əşyaların satışından əldə olunan maddi vəsaiti öz aralarında bölüblər.

Həmçinin müəyyən edilib ki, həmin şəxslər seyfi bir gün sonra Sumqayıt şəhəri ərazisindən keçən kanala atıblar. Baxış zamanı seyf qeyd edilən həmin kanaldan aşkar olunaraq götürülüb.

Daha sonra A.Həmidovun avtomobilindən, Y.Hüseynli və R.Verdiyevin yaşadıqları ünvanlardan narkotik vasitə olan heroin götürülüb.

Məlumata görə, A.Həmidov taksi sürücüsü olub.

İstintaq dövründə həmin cinayət işi üzrə təqsirləndirilən A.Həmidovun barəsində irəli sürülmüş Cinayət Məcəlləsinin (CM) 177-ci (oğurluq) və 234-cü (narkotik) maddələri 307.1-ci (cinayəti bilərək məlumat verməmə) maddəsinə dəyişdirilib. Onun barəsində başqa yerə getməmək barədə qətimkan tədbiri seçilib və azadlığa buraxılıb. Cinayət işi üzrə xalq artisti N.Dostəliyevadan başqa, Mikayıl Abdullayev, Afaq Həsənova, Vüqar Səfərov, Anar Əliyev, Elman Sadatov və İqrar Əsgərov da zərərçəkmiş qismində tanınıb.

Hazırda cinayət işi üzrə məhkəmə iclası Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əfqan Hacıyevin sədrliyi ilə baxılır.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 1498   Tarix: 16 iyul 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Səyyad Əlizadə başqa xəstəxanaya köçürülüb

Səyyad Əlizadə müalicə olunduğu Zığ qəsəbəsində yerləşən modul tipli xəstəxanadan Mərkəzi Gömrük hospitalına köçürülüb. Bu barədə sənətçinin qohumu Razim Qasımov məlumat verib. Qeyd edək ki, müğənni Səyyad Əlizadə bir müddət öncə koronavirusa yoluxub. Hazırda vəziyyəti ağırdır

16.09.2021 2690
.

Ayrıldıqdan 1 ay sonra yeni sevgili tapdı

Türkiyəli sosyal medya fenomeni Danla Bilic dünyanın öndə gələn kosmetik vasitələrini və ətirlərini ölkəyə gətirən şirkətin idarə heyətinin üzvü Yusuf Enginlə eşq yaşayır. Axşam.az türk mediasına istinadən xəbər verir ki, cütlük ötən gecə müğənni Ece Seçkinin toyundan sonra "Gizli qalsın" adl

16.09.2021 2059
.

Mina Hüseynin arxiv fotosu ORTAYA ÇIXDI

Müğənni Mina Hüseyndən xəbər var. xəbər verir ki, Mina sosial media hesabında arxiv fotosunu paylaşıb. Uşaqlıq fotosu ilə izləyicilərin marağına səbəb olan müğənni paylaşımı ilə xoş rəylər alıb. Həmin fotonu təqdim edirik:

17.09.2021 6686
.

Aqil M.Quliyev cinayətdən danışacaq

Rejissor Aqil M.Quliyev də bu mövsüm aparıcılıq edəcək. Axşam.az-a istinadən xəbər verir ki, rejissor "Xəzər TV" ilə işbirliyinə başlayıb. Onun proqramı "Cinayət və cəza" adlanır. Aqil.M.Quliyev cinyyət hadisələrindən bəhs edəcək. Qeyd edək ki, Aqillə yanaşı bu mövsüm Əməkdar artis

18.09.2021 2371
.

Türkan Şoray son görünüşü ilə GÜNDƏM OLDU - FOTO

Türkiyə kinosunun ulduzu Türkan Şoray 76 yaşını tamamlayıb. Aktrisanın 20 kilo arıqlayaraq əvvəlki formasına qayıtması diqqətdən yayınmayıb. Onun fransız üsulu ilə (üzün saplarla dartılması) arıqlaması da bildirilir. Qatıldığı bir məclisdə cazibədar aktrisanı görənlər heyrətlərini gizlədə bilməyiblər

18.09.2021 4536
.

Pandemiyada ikinci restoranını açdı

Aşıq Zülfiyyə pandemiya ərəfəsində biznesini gücləndirib. Axşam.az-a istinadən xəbər verir ki, sənətçi bundan əvvəl yaşadığı binada restoran açmışdı. Bir neçə gün əvvəl isə aşıq yenidən restoran açıb. Onun açılış mərasiminə sənət dostları da qatılıblar. Qeyd edək ki, Zülfiyyə bundan əvvəl daha bir restoranını

17.09.2021 3697
.

"Bütün dünya bizim toyumuzdan danışacaq"

Sosial şəbəkə fenomeni Şeyma Subaşının misirli sevgilisi Mohammed Alsaloussi ilə evlilik planlarından danışıb. Axşam.az-a istinadən xəbər verir ki, Şeyma hazırda hər hansı tarix müəyyən etmədiklərini açıqlayıb: . "Bir gün mənə dedi ki, elə bir toy edəcəyəm ki, bütün dünya bir il boyunca bizim haqqımızd

16.09.2021 2225
.

"Ata tərəfim Azərbaycandandır" - Acun Ilıcalı

"TV 8"in rəhbəri, aparıcı Acun Ilıcalı "Müge ve Gülşen’le 2.Sayfa" proqramının qonağı olub. Axşam.az-a istinadən xəbər verir ki, aparıcılar Acuna gənc qalmasının sirrini soruşublar. O, isə söhbət zamanı ata tərəfinin Azərbaycan köklü olduğunu deyib. Acun bildirib ki, gənc qalmasını

16.09.2021 2120
.

"Həmin Xalq artistlərinə pullar vermişəm"

Əməkdar artist Qorxmaz Əlili bir çox Xalq artistinə maddi yardım etdiyini deyib. Axşam.az xəbər verir ki, aktyor "Onun sirri" verilişində maraqlı açıqlama verib. O bildirib ki, bir çox sənət adamının hesabına pullar köçürüb:. "Artistlərin ağır vəziyyəti idi. Xeyriyyə konsertinə başladım

16.09.2021 1964