Bakıda işıqlar söndü, metronun bu stansiyalarına giriş bağlandı

Bakıda işıqlar söndü, metronun bu stansiyalarına giriş bağlandı

“Metronun Bənövşəyi xətt "Avtovağzal" və "Memar Əcəmi" stansiyalarına giriş bağlanıb”.

BiG.AZ xəbər verir ki, bu sözləri Publika.az-a “Bakı Metropoliten”in mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib. O bildirib ki, işıqların sönməsi ilə əlaqədar qatarların sürəti azalıb: “Gərginlik nisbətən azdır. Lakin qatarların fəaliyyəti normal qrafiklə davam edir. Sərnişinlər stansiyalarda qalmayıb. Bir tək Bənövşəyi xəttin Avtovağzal və Memar Əcəmi istiqamətində fəaliyyəti dayandırılıb. Gərginlik olmadığından stansiyalara giriş bağlanıb”.

Məlumata görə, bu dəqiqələrdə paytaxtın Nərimanov, Nəsimi, Nizami rayonları ərazilərində elektrik enerjisinin verilişi dayanıb. Bakının ayrı-ayrı rayonlarında işıqlar yansa da, şəhərdəki işıqforlar işləmir.

"Azərişıq"-dan bu barədə rəsmi məlumat yayılacağı bildirilib.

Şikayətiniz varsa Whatsapp: 050 3422489

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 3795 Tarix: 12.07.2018



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
CCCP
CCCP 12.07.2018
Paytaxda iwiq kecmek nedi, metroda iwiq kecmek nedi nese menim bele oyunlardan bawim bir wey cixartmadi. / .Bir onu deye bilerem, isti havalarda camaata yaziqniz gelsin


Pulsuz elanlar sayti

Azərbaycandan son xəbərlər