"Eurovision" təmsilçisi maşınında ölü tapıldı

"Eurovision" təmsilçisi maşınında ölü tapıldı

"Eurovision- 2011" mahnı müsabiqəsində Makedoniyanı təmsil edən müğənni Vlatko İlievski dünyasını dəyişib.

BiG.AZ qafqazinfo-ya istinadən xəbər verir ki, 33 yaşlı sənətçi paytaxt Skopye şəhərində avtomobilində ölü tapılıb.

Makedoniya Daxili İşlər Nazirliyindən verilən məlumata görə, ifaçının cəsədi tibbi ekspertiziyaya göndərilib, ölüm səbəbi hələlik məlum deyil.

Qeyd edək ki, Vlatko Almaniyada keçirilən "Eurovision" yarışmasında ölkəsini "Rusinka" mahnısı ilə təmsil etmişdi.

Şikayətiniz varsa Whatsapp: 050 3422489

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 1230 Tarix: 12.07.2018



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Pulsuz elanlar sayti

Azərbaycandan son xəbərlər