Bakıda vəzifəli şəxsin qohumu faciəvi şəkildə dünyasını dəyişdi

Bakıda vəzifəli şəxsin qohumu faciəvi şəkildə dünyasını dəyişdi
Bakıda baş verən yol qəzasında vəzifəli şəxsin qohumu ölüb.

"Report”un xəbərinə görə, iyulun 8-də saat 16 radələrində Sabunçu rayonunun Bilgəh qəsəbəsi ərazisində Bakı şəhər sakini Emil Ağayev "Mercedes” markalı avtomobili idarə edərkən onu təkərin deşilməsi nəticəsində aşırıb. Nəticədə E.Ağayevin sərnişinlərindən Qazax rayon sakini Nicat Kazımov hadisə yerində ölüb, özü və digər sərnişini, Şəki rayon sakini Ruslan Şərifov xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır. Qəzada ölən Nicat Kazımov Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti, "Aqrarkredit” Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının İdarə Heyətinin sədri Məmməd Musayevin qohumudur.

Şikayətiniz varsa Whatsapp: 050 3422489

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 2703 Tarix: 12.07.2018



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Pulsuz elanlar sayti

Azərbaycandan son xəbərlər