"Vəhşilik edib qan tökmək hansı müqəddəs kitabda yazılıb?" - Millət vəkili

"Vəhşilik edib qan tökmək hansı müqəddəs kitabda yazılıb?" - Millət vəkili"Gəncədə baş verən terror, iki polis zabitinin qətlə yetirilməsi dəhşətli cinayətdir. Bu həm dövlətə, həm də dini-mənəvi dəyərlərimizə qarşı yönəlib."

BiG.AZ bildirir ki, bu sözləri "azxeber.com"a açıqlamasında Milli Məclisin deputatı Rəşad Mahmudov deyib.

Onun sözlərinə görə, Gəncədə törədilən təxribat ölkəmizə, onun dövlətçiliyinə, müstəqilliyinə vurulan bir zərbədir: "Baş verən hadisə ictimaiyyət tərəfindən hiddətlə qarşılanıb. Bu təkcə gəncəlilərə yox, Gəncənin timsalında bütün Azərbaycana qarşı yönəlmiş ssenaridir. Din və şəriət adına ləkə gətirən bir qrup radikal ünsürün xarici havadarlarına uyaraq belə bir vəhşilik törətməsi dini-mənəvi dəyərlərimizə də, şəriətimizə də zidddir. Bunların nə Qurana, nə də digər müqəddəs kitablara aidiyyəti var. Adam öldürmək, dövlətə, xalqa, millətə, ağsaqqala, ağbirçəyə, qanun keşikçisinə qarşı çıxmaq, hələ üstəlik vəhşilik edib qan tökmək hansı dində, hansı müqəddəs kitabda yazılıb? Bu hərəkətlər heç bir əxlaq kateqoriyasına, heç bir əxlaq normasına sığmır".

Hadisənin baş vermə səbəbləri ilə bağlı təəssüratlarını bölüşən millət vəkili hesab edir ki, Gəncədə təxribatının arxasında dövlətimizi sevməyən qüvvələr dayanır: "Bizim hörmətli din xadimlərimizin, sağlam ruhlu və düşüncəli ilahiyyatçılarımızın dini-əxlaqi dəyərlərimiz barədə tutarlı izahatlarına baxmayaraq, nə üçün bəzi nadanlar və cəhalət adamları xarici təsirlərə qarşı məzlumcasına baş əyirlər? Bəlkə sosial şəbəkələrdə, saytlar və informasiya portallarında, xarici məlumat agentliklərində canfəşanlıq göstərən, insanların həssas və kövrək duyğuları ilə oynamağı bacaran "gözəgörünməz" müəlliflərin xidmətidir bu təsirlər? Bəlkə internet şəbəkələrimizdə və saytlarımızda bu və ya digər davranış məsələlərinə qeyri-peşəkar yanaşmalar var? Hesab edirəm ki, bütün hallarda bu hərəkətlərin, qanuna zidd əməllərin arxasında Azərbaycanı istəməyən gizli qüvvələr dayanır, əsas niyyətləri də sabitliyi pozmaq, insanlar arasında xof yaratmaq, onları kütləvi itaətsizliyə yönəltməkdir. Əlbəttə, bizim hüquq-mühafizə orqanları bu işi araşdıracaq və əminəm ki, cinayət törədənləri və təşkilatçıları aşkara çıxaracaq. Heç şübhəsiz onlar qanun qarşısında cavab verəcəklər".

Soydaşlarımızı diqqətli olmağa çağıran deputat qeyd etdi ki, bu mərkli ssenariyə qarşı mübarizə hər birimizin mənəvi borcudur: "Son dövrlər Cənab Prezident İlham Əliyevin məqsədyönlü addımlarını, qətiyyətli daxili və xarici siyasətini sevməyən, gözü götürməyən ünsürlər fəallaşıb, onlar sistemli şəkildə ideloji təxribatla məşğul olurlar. Xarici ölkələrdə "isti yerdə" oturub saytlar, portallar, dini və etnik cərəyanlar və qurumlar vasitəsilə, youtube kanalları ilə nə cür olur-olsun xalqımız arasına təfriqə salmağa, bizim uğurlarımıza kölgə salmağa çalışırlar. Hətta bəzi xarici dini saytlar üsyana, itaətsizliyə səsləyən çağırışlar da edirlər. Xarici anti-Azərbaycan qüvvələrin belə bir mənfur niyyətini anlamaq çətin deyil, amma təəssüf ki, sapı özümüzdən olan baltalar – daxilimizdəki bəzi ünsürlər və qruplar onlara dəstək verir. Biz öz içimizdəki nankorların xain hərəkətlərinə də göz yuma bilmərik. Düşünürəm ki, ictimai rəyə təsir imkanı olan bütün insanlarımız bu adamları mümkün qədər qınamalı, cinayətə bəraət qazandıran adamların utancverici hərəkətlərini pisləməlidir. Biz hamımız dövlətimiz və Prezidentimizin ətrafında sıx birləşməliyik. Vətənimizin, torpağımızın, dövlətimizin mənafeyi naminə hamı bir nöqtəyə vurmalıdır. Və tam əminliklə deyə bilərəm ki, Azərbaycan dövlətini, onun müstəqilliyini, milli maraqlarını, mənəvi-əxlaqi dəyərlərini heç bir terror və təxribat sarsıda bilməz, çünki onun arxasında müdrik xalqıyla güclü liderinin sarsılmaz birliyi dayanıb".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 567   Tarix: 12 iyul 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Ramiz Taxvelinin ölüm səbəbi açıqlandı: İstintaq yeniləndi - FOTO

Bir müddət əvvəl müalicə olunduğu psixiatriya xəstəxanasında vəfat edən "Buta Palace"ın keçmiş art direktoru Ramiz Taxvelinin cinayət işi üzrə dayandırılmış məhkəmə prosesi yenidən başlayıb. "Qafqazinfo"nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda mərhu

23.04.2024 580
.

Azərbaycanda DƏHŞƏT: 32 yaşlı kişi arvadı və bibisi oğlu tərəfindən öldürüldü - FOTO - VİDEO

Azərbaycanda 32 yaşlı kişi arvadı və bibisi oğlu tərəfindən öldürülüb. xəbər verir ki, bunu ARB televiziyasında yayımlanan "Səni Axtarıram" verilişinə çıxan Tehran adlı qadın bildirib. Qadın söyləyib ki, oğlunu 3 ildir ki itirib:. "Oğlumu öz kiçik bacımın qızı ilə evləndirmişdim. Mən

23.04.2024 988
.

"16 yaşımda səhv etdim, dodağımdan narahatam..."

"Mən bir tək dodağımdan narahatam, uzun illərdir ki, problem yaşanır". bakıvaxtı.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Mina Hüseyn "Yaşamaq naminə" verilişində deyib. İllər öncə dodaq dolğusu etdirən ifaçı bu addımına görə peşman olub:. "Bir dəfə 16 yaşımda səhv etdim

23.04.2024 810
.

Prezident: "Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar"

"Bu gün biz bəzi ölkələrdən Azərbaycana qarşı əsassız hücumları görürük. Biz cavab tədbirləri görürük". AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev aprelin 23-də ADA Universitetində keçirilən "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" mövzusunda beynəlxalq forumd

23.04.2024 257
.

Akademik Yaqub Mahmudova ağır itki

Sabiq deputat, AMEA-nın müşaviri, akademik Yaqub Mahmudova ağır itki üz verib. "Qaynarinfo" xəbər verir ki, Yaqub Mahmudovun həyat yoldaşı Almas Mahmudova 22 aprel tarixində vəfat edib. Bu barədə tarixçilər Emin Məlikov, Nazim Xəlilov, Elnur Nəciyev, Sevinc Məlikzadə, Rəna Nəcəfova və Güna

23.04.2024 425
.

"Şöhrətim məndən balamı aldı"

"Həyatımda "yaxşı ki"lər çoxdur, amma bir "kaş ki" də oldu. Bu isə istəməyərəkdən oldu. Səhnədəki Nazpəriyə məsləhətim, hamıya inanma. Çünki bunun ucbatından problem yaşayır. Elə insanlar var ki, onlara inanmaq olmaz. Bu mənim Nazpəriyə ən böyük tövsiyəmdir. Ətrafımda etibarlı

23.04.2024 696
.

Şimali Koreya düşmən hədəflərinə nüvə əks-hücum ssenarisi ilə təlim keçirib

Şimali Koreya çoxlu reaktiv yaylım atəşi sistemlərinin istifadə olunduğu bir təlim təşkil etdiyini və ssenariyə uyğun olaraq düşmən hədəflərinə nüvə əks-hücumunun həyata keçirildiyini açıqlayıb. xəbər verir ki, Şimali Koreyanın rəsmi Koreya Mərkəzi Xəbər Agentliyinin (KCNA) xəbərinə görə, ölkə lider

23.04.2024 166
.

"Oğluma Ali Baş Komandanın adını verəcəyik" - Fotolar

Xəbər verdiyimiz kimi, bu gün işğaldan azad edilmiş Xankəndidə ilk körpə dünyaya gəlib. "Qafqazinfo" xəbər verir ki, Səadət Namazlı və Abbas Abdullayevin ilk övladı olan körpə Xankəndi şəhərindəki tibb müəssisəsində doğulub. Körpənin atası saytımıza açıqlamasında bildirib ki, onların oğla

23.04.2024 734
.

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin TƏFƏRRÜATI - YENİLƏNİB

Qəbələdə 20 yaşlı qızın intiharı ilə bağlı detallar məlum olub. -ın əldə etdiyi məlumata görə, intihar edən gənc qız nişanlı olub və nişanlısı təxminən bir ay bundan əvvəl avtoqəza nəticəsində dünyasını dəyişib. Bu gün isə onların toyu olacaqmış. Gənc qızın məhz bu səbəbdən intihar etdiyi deyilir. Dah

23.04.2024 1646