Şəhid pilotun pulu 20 il sonra terrorçunun cibindən çıxdı

Şəhid pilotun pulu 20 il sonra terrorçunun cibindən çıxdı
Şəhidin pulu terrorçunun cibindən çıxdı.

Bu günlərdə Türkiyə hərbçiləri axtarışda olan “Welat Gever” kod adlı terrorçu Sefer Aracı zərərsizləşdiriblər.

Belə ki, o, 1998-ci ilin 27 noyabr tarixində Türkiyənin Hakkari rayonunun Dağlıca bölgəsində Türkiyə Silahlı Qüvvələrinə məxsus “Skorsky” helipokterinin vurulması nəticəsində 15 türk əsgərinin şəhid olmasına görə axtarışa verilmişdi.

Həmin helikopterin vurulmasına və 15 hərbçinin məhv edilməsinə bais olan PKK-lı terrorçu nəhayət 20 il sonra zərərsizləşdirildi.

Terrorçunun üzərindən isə 1998-ci ildə dövriyyədə olan 500.000 TL pul çıxıb.

Pulun üzərində isə terrorçu tərəfindən “bu, məhv edilən helikopterin pilotunun parasıdır (puludur)-11-27-1998”- deyə, yazıldığı məlum olub.

mənbə: oxu.az

Şikayətiniz varsa Whatsapp: 050 3422489

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 612 Tarix: 12.07.2018



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Pulsuz elanlar sayti

Azərbaycandan son xəbərlər