"O insanla qırılsam, ömürlük qırılacağam..." - Əməkdar artist

"O insanla qırılsam, ömürlük qırılacağam..." - Əməkdar artistAkademik Milli Dram teatrının aparıcı aktrisası, əməkdar artist Sənubər İskəndərlinin Milli.Az-a müsahibə verib.

BiG.AZ həmin müsahibəni təqdim edir:
- Sənubər xanım, gənclərə həmişə dəstək olursunuz, onları tərifləyirsiniz. Bəs siz necə, kimlərdənsə bu münasibəti gözləyirsiniz?

- Təbii ki, gördüyümüz işin müqabilində həm təşəkkür almaq istəyirik, həm də təbrik. Bu kimi hallar daha çox gənc yaşlarımda olurdu. Baxırdım hamının ağzına ki, görüm kim nə düşünür, kim nə fikirləşir? Bu elə indi də var. Elə insanlar var ki, onlardan bəzən umuram, amma havada qalır (gülür).

- Bu arada onu da deyim ki, uzun müddətdir sizi efirlərdə görmürük. Buna səbəb nədir?

- Bəli, düzdür, son vaxtlar efirlərə getmirəm. Fikir verirəm ki, əksər verilişlər hansısa məişət mövzusu ətrafında gedir. Mən xoşlamıram ki, ekspert kimi verilişlərə dəvət alım. Bu sahələrlə psixoloqlar məşğul olmalıdır. Ona görə də bu verilişlərdən qaçıram. Bir də nədənsə məni daha çox gözəllik verilişlərinə dəvət edirlər (gülür).

- Çünki gözəl xanımsınız. Dəvət edirlər ki, xanımlarla gözəllik sirlərinizi bölüşəsiniz.

- Əstəğfurullah, bu nisbi gözəllikdir, bunu həmişə deyirəm. Amma o verilişdə xanımlara kosmetoloq lazımdır, mən yox.

- Sənubər xanım, maşallah uzun illərdir səhnədəsiniz... (deyib sözümə davam edirdim ki, qəfildən sözümü kəsərək)...

- 30 ildən çoxdur. İnanın Allaha, mən bunu saymamışdım, mənə dedilər. İlk səhnəyə addımım Həsənağa Turabovun gözünün qarşısında olub. Heç vaxt unutmaram o günü. "Şeyx Xiyabani" tamaşası oynanılırdı. O tamaşada Fuad Poladov, Amaliya Pənahova və s. böyük sənətkarlar oynayırdı. Mən heç sənətə gəlmək istəmirdim. Bəzən deyirəm ki, təsadüflər zərurətdən doğur.

- Sizin üçün doğma olan tamaşanız hansıdır?

- Hər dövr üçün bir tamaşa mənə doğma gəlir. Çünki vaxt sərf olunur, ömürdən gedir. Son dövrlərdə oynadığım "Yaşlı xanımın gəlişi" tamaşası mənə doğmalaşıb. Hər aktrisanın da bəxtinə yaxşı rollar oynamaq düşmür. Çox şükür ki, taleyimə yaxşı rollar yazılıb.

- Baxıb, "daha da yaxşı oynaya bilərdim" dediyiniz rolunuz olub?

- Bir vaxtlar özümə heç baxa bilmirdim. Sonra o xasiyyətimi tərgitdim. Çünki yaş o yaş deyil, professionallıq artır. Bu gün oynadığımı 10 il sonra bəyənməyə bilərəm. Amma "Kişi sözü" filmindəki roluma bu gün baxa bilmirəm.

- Niyə?

- Həm filmdə ilk debütümdür, həm də səsləndirməni özüm etmişəm. Orda da hələ səsim "çiy" idi, bilmirdim necə səsləndirməliyəm. Çünki film çəkilir, üstündən bir neçə ay sonra səsləndirilir. İnsan istər-istəməz o situasiyada olmur.

- Sənət adamlarını başa düşmək çox çətindir?

- Hər bir insan yaranışından qəlizdir. İnsan var kitab kimi açıqdır. Bəzən başa düşülmək, yaxud başa düşmək üçün sənət adamı olmaq lazım deyil. Gəlin bunu çox da qəlizləşdirməyək. Düzdür, sənət adamlarında kövrəklik var. Mənə elə gəlir sənət adamları ilə dil tapmaq daha asandır, nəinki adi insanlarla.

- Çəkildiyiniz hansı filmlərdə özünüzü bəyənirsiniz?

- Filmlərin heç birində özümü bəyənmirəm. Ümumiyyətlə, həyatda da özümü bəyənənlərdən deyiləm. Nisbət götürəndə rejissor Şamil Əliyevin çəkdiyi "Təsadüfi görüş" filmini bəyənirəm. Bu filmdə mən rəhmətlik Fuad Poladovla çəkilmişəm. Fuad müəllimlə yaxşı oynamaya bilməzdim.

- Teatrda özünüzü doğrultduğunuz kimi filmlərdə də özünüzü doğrulda bildiniz?

- Xeyr! 80 ci illər mənim gənclik illərimə təsadüf edirdi, bu illərdə 1-2 filmə çəkildim. 90-cı illər isə kinostudiyanın süqutu idi. Sonra bir ara yenə də film çəkilişləri dayandı. Bu gün daha çox kişi filmləri çəkilir, qadın obrazları yoxdur. Sırf qadına xas olan rollar yoxdur.

- Bunun səbəbi nədir?

- Çünki ssenaristlərin çoxu kişilərdir. Yazar ssenarist qadın ya yoxdur, ya da var imkan yaratmırlar. Türkiyədə məşhur serialların yazarları qadındır.

- Məcburiyyət qarşısında qalıb hansısa rol oynamısınız?

- Bəli, olub ki, razılaşmışam, amma bəxtimdən alınmayıb (gülür). Bu kimi hallar daha çox teatrda olub. Bu da gənc yaşlarımda. Amma kino elədir ki, sən özün seçirsən.

- Bəzən görürsünüz ki, aktrisa qalıb kənarda modeli aktrisa kimi seriala çəkirlər. Bunlara münasibətiniz necədir?

- Bu axı ciddi filmlərdə olmur, seriallarda olur. Serial mənim üçün sənət deyil. Seriallarda elə özləri kimi oynayırlar, bəzilərində şirin də alınır. Bəyəndiklərim də var. İstedad varsa, hardansa vurub üzə çıxacaq.

- Nəyi bağışlaya bilmirsiniz?

- Hərdən çox şeyi bağışlayıram. Xasiyyətimi bəyənmirəm, o insanla qırılsam, ömürlük qırılacağam. Çünki məndə geriyə dönmək yoxdur. Yenə də o insandan qırılandan sonra da düşmənçilik etmirəm. Deyirəm mən kiməm ki, Allah bağışlasın! İnsan var yıxıldığı yerdən bir də yıxılır, insan da var kənardan gedir.

- Bəs siz?

- Mən indi kənardan gedirəm (gülür). Amma yıxılmağımı unutmuram, hər dəfə onu yadıma salıram.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 781   Tarix: 12 iyul 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Vüsalə ana olacaq

Aparıcı Vüsalə Tağıyeva ana olacaq. OLAY yazır ki, bu barədə o, özü məlumat yayıb. Vüsalə hamiləlik fotosunu paylaşaraq xəbəri izləyiciləri ilə bölüşüb

18.04.2024 7834
.

Plastik əməliyyat olunan Türkan Vəlizadə İLK DƏFƏ EFİRDƏ - VİDEO

Müğənni Türkan Vəlizadə "7 tamam" verilişinə qonaq olub. xəbər verir ki, bir müddət əvvəl plastik əməliyyat olunan sənətçi ilk dəfə canlı efirə qonaq olub. Türkan bildirib ki, əməliyyatdan sonra daha da gözəlləşib və özgüvəni yerinə qayıdıb. Ətraflı videoda:

18.04.2024 5697
.

"The Platform" filminin 2-ci hissəsi tezliklə yayımlanacaq

"The Platform" filminin 2-ci hissəsi tezliklə Netflixdə yayımlanacaq. xəbər verir ki, bu barədə xarici mətbuat bildirib. Qeyd edək ki, filmin birinci hissəsi böyük marağa səbəb olmuşdu

19.04.2024 222
.

"Qayınanam bacısı qızını salıb oğlunun yanına" - VİDEO

Tanınmış jurnalist və aparıcı Afət Rahilqızı açıqlaması ilə diqqət çəkib. xəbər verir ki, şəxsi həyatından danışan jurnalist maraqlı etiraflar edib. Övladı olmadığı üçün qurduğu ailədə problemlər yaşayan Afət onu müalicə üçün anasının evinə göndərən keçmiş qayınansını qınayıb. Sosial şəbəkə hesabında

15.04.2024 1496
.

"Kızıl Goncalar" və "Kızılcık Şerbeti"nə qadağa qoyulmasaydı, bu qədər izlənməyəcəkdilər" - Armağan Çağlayan

"RTÜK (Radio və Televiziya Ali Şurası) "Kızıl Goncalar" və "Kızılcık Şerbeti"nə qadağa qoymasaydı, bu qədər izlənməyəcəkdilər". xəbər verir ki, bu sözləri türkiyəli aparıcı Armağan Çağlayan deyib. Qeyd edək ki, bir müddət öncə RTÜK bu iki seriala məhdudiyyətlər qoyub

19.04.2024 521
.

Miranda Kerr yenidən ana ola bilər

Model Miranda Kerr yenidən ana olmaq istədiyi deyib. xəbər verir ki, model sonuncu dəfə 6 həftə öncə uşaq dünyaya gətirib. "Heç vaxt heç vaxt demərəm" ,- deyə o bildirib. Qeyd edək ki, Miranda Kerrin Orlando Bloom ilə evliliyindən bir oğlu Spiegel ilə evliliyindən 3 uşağı var

16.04.2024 588
.

Rəqsanənin əmlaklarına niyə həbs qoyulub?

Müğənni Rəqsanə İsmayılova Azərbaycandakı mülklərinə həbs qoyulub. Qaynarinfo-ya daxil olan məlumata görə, müğənninin külli miqdarda borcu var. Həmin borcla bağlı qərar qəbul olunsa da, Rəqsanə İsmayılova qərarı icra etməyib. Bu səbəbdən icra məmuru tərifindən Nəsimi rayon Məhkəməsinə müraciət edilib

18.04.2024 1190
.

Dilan Polatla həyat yoldaşının işində növbəti qərar

Ötən ilin noyabrın 1-də çirkli pulların yuyulması və vergidən yayınma kimi bir sıra ittihamlarla saxlanılan türkiyəli sosial media fenomeni Dilan Polat və həyat yoldaşı Engin Polata qarşı vergi proseduru qanununu pozma maddəsi ilə açılmış ittiham işi nəticələnib. Axşam.az xəbər verir ki, cinayət iş

19.04.2024 426
.

Ülviyyə Namazova: "Ərim ölməzdən qabaq zəng etdi, acıladım"

Tanınmış müğənni Ülviyyə Namazova teleproqramlardan birində şəxsi həyatı barədə danışıb. -ın xəbərinə görə, o, iki dəfə ailə qurduğunu, birinci həyat yoldaşını yol-nəqliyyat hadisəsi zamanı itirdiyini söyləyib. "Sevərək ailə qurmuşduq. Bizim məhəbbətimizi bütün Biləcəri bilirdi. Qızıma hamilə idim

18.04.2024 1934