"Səni rüsvay etməsəm, mənə Xatun deməsinlər" - Məşhurlar arasında SİLİKON DAVASI

"Səni rüsvay etməsəm, mənə Xatun deməsinlər" - Məşhurlar arasında SİLİKON DAVASI

Uzun müddətdir davam edən müğənni Xatun ilə rəqqasə Fatimə arasında dava daha qızışıb.

BiG.AZ xəbər verir ki, müğənni Xatun Əliyevanın sosial şəbəkədəki paylaşımı yenidən aləmi qatıb. İfaçı dodaqları silikonlu bir xarici tanınmışın fotosunu paylaşıb. O fotoya qalmaqallı şərh də əlavə edib. Belə ki, sözləri kimə ünvanladığını gizli saxlasa da, bunları qeyd edib:

"Bu fotonu gördüm bir müğənnimi, rəqqasəmi, düşükmü, afiristmi, ev yıxanmı deyim, o düşdü yadıma. Bu fotonun eynisi var məndə... Çıxıb efirə utanmaz-utanmaz yalan danışır, ağıl verir, akademiklik edir. Deyir, mənim dodaqlarım anadangəlmədir, silikonum yoxdur. Son xəbərdarlıq: sən bir də orda-burda məndən danışasan, mənə şərlər atasan, müğənnilərə məndən yalan-yalan sözlər deyəsən, aramı vurasan, səni rüsvay etməsəm mənə Xatun deməsinlər. İki dəfə xəbərdarlıq etmişəm yanındakılara. Bu da üçüncü. Get yalan, bədbəxt həyatını yaşa. Əl çək məndən. Yalan deyən rəqqasədir... Xəyanət, yalançı, dilin yanacaq. Sağ göstərib, sol vuraram".

Xatun ad çəkməsə də izləyicilər bu sözləri küsülü olduğu rəqqasə Fatimə Fətəliyevanın ünvanına yazdığını vurğulayıblar. Onlar "Daha yazaydın Fatiməyə də" kimi şərhlər qeyd ediblər. Xatun isə onlara "Fatmagülün suçu nə" şərhi ilə cavab verib və gülüş işarəsi qoyub.

Şikayətiniz varsa Whatsapp: 050 3422489

f Paylaş
Bölmə: Şou biznes Oxunub: 9349 Tarix: 12.07.2018



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
davinci
davinci 13.07.2018
Gic gic danismalar
Everything is good... Never feel the bad


 
YeVa
YeVa 13.07.2018
xatun sen duz deyirsen onun dodaqlari slikondu zehlem gedir bele dodaqlardan


 


Pulsuz elanlar sayti

Azərbaycandan son xəbərlər