Gəncənin keçmiş icra başçısı: "... təsəvvür edə bilməzdim ki, belə bir hadisə baş verə bilər"

Gəncənin keçmiş icra başçısı: "... təsəvvür edə bilməzdim ki, belə bir hadisə baş verə bilər"Azərbaycanın ikinci böyük şəhəri olan Gəncədə baş verən qanlı hadisələr hər kəsi narahat edib. Hadisələrin haradan, nədən qaynaqlandığı, hansı mərkəzlərdən idarə olunduğu barədə ən müxtəlif versiyalar səslənir. "Yeni Müsavat"ın əməkdaşı Elşad Paşasoy 2003-2011-ci illərdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsində işləyən, hazırda isə Bakı şəhər Səbayel Rayon İcra Hakimiyyətinin başçısı postunu tutan Eldar Əzizovdan baş verənlərə münasibət öyrənib. Modern.az onunla söhbəti təqdim edir:

- Eldar müəllim, sizin uzun müddət rəhbərlik etdiyiniz Gəncə şəhərində faciəli hadisələr, ağır cinayətlər baş verdi. Baş verənlərlə bağlı sizin məlumatlarınız, ehtimallarınız nədən ibarətdir?

- Mən 8 il Gəncədə işləmişəm. Təəssüf hissi ilə deməliyəm ki, bunlar çox ağır hadisələrdir. Mən həlak olan polkovnikləri şəxsən tanıyırdım. Səməd Abbasovu da, İlqar Balakişiyevi də. Biz onlarla bir yerdə, çiyin-çiyinə işləmişik. İkisi də layiqli, mübariz zabitlər olublar. Heyf onlardan! Mən fürsətdən istifadə edib onların ailə üzvlərinə dərin hüznlə başsağlığı verirəm. Onlar dövlətə və dövlətçiliyə sadiq, mübariz zabitlər olublar. Xidmətdə olan zabitlərin belə qətlə yetirilməsini əlbəttə ki, hər bir vətənpərvər insan pisləyir. Bu gün biz hamımız dərk etməliyik ki, əzəli, təbii düşmənlə üz-üzə dayanmışıq, torpaqlarımızın da bir hissəsi işğal altındadır. Başqa qüvvələr də vardır. Onlar bu cür vəziyyətlərdən istifadə etməyə çalışacaqlar. Təəssüf hissi ilə etiraf etməliyik ki, bu gün bizim özümüzdən başqa güclü, müstəqil Azərbaycan heç kimə lazım deyil. Hazırda dünyada gedən mürəkkəb proseslərə baxmayaraq, Azərbaycanda sabitlikdir, ölkə inkişafdadır. Bu, özü-özünə alınmayıb. Cənab İlham Əliyevin siyasətinin nəticəsidir. Mövcud sabitliyi qoruyub-saxlamaq vacib bir məsələdir. Biz səylərimizi buna istiqamətləndirməliyik.

Yeri gəlmişkən, bu gün bəzi adamlar mətbuatda olmayan məsələləri şişirtmək istəyirlər. Mən özüm bu gün tamam başqa bir şəhərdə, başqa bir rayonda işləyirəm. Amma mənim adımdan müxtəlif şayiələr yayırlar. Məndən müsahibə götürmədən hadisələrə "münasibətimi" bildirirlər. Elə çıxır ki, sən heç müsahibə verməsən də, sənin adından ictimaiyyətə nə isə təqdim olunacaq. Amma mən bu günə kimi rəsmi müsahibə verməmişəm. Bunu sizə rəsmi şəkildə deyirəm. Sizdə, musavat.com-da bir məqalə gedib ki, guya Abbas Abbasovla bizim birgə işlərimiz olub və onun dəstəyi ilə mən icra hakimiyyətinin başçısı təyin olunmuşam. Mən ulu öndər tərəfindən Gəncə şəhərinə icra başçısı vəzifəsinə təyin olunmuşam və bununla fəxr edirəm. Nə mən bir dəfə Abbas Abbasovun otağında olmamışam, nə də o mənim otağımda olmayıb. Gəncədən qabaq və Gəncədə işlədiyim 8 il ərzində biz bir dəfə də olsun nə Nazirlər Kabinetində, nə də Gəncə Şəhər İcra Hakimiyyətində görüşməmişik. Bütün bunları hansı məqsədlə yazırlar, mən deyə bilmərəm. Kiminsə fantaziyası bu qədər zəngindir ki, olmayan şeyləri bu şəkildə reallaşdırmağa çalışır. Amma mən xatırlaya bilmirəm ki, işlədiyim dövrdə onlar Gəncədə nə isə tiksinlər, hansısa obyekt açsınlar. Amma mənim işlədiyim dövrdə Gəncə şəhərində belə fəaliyyətlə məşğul olmalarını da mən bu günə qədər xatırlaya bilmərəm. Abbas Abbasovla heç vaxt işgüzar ünsiyyətdə olmamışam. Mən özüm elə yazıları oxuyanda təəccüblənirəm. Ümumiyyətlə, özüm Azərbaycan Jurnalistlər Birliyinin üzvü kimi arzulayardım ki, heç olmasa kiminsə haqqında nə isə yazılanda etika naminə müraciət etsinlər, soruşsunlar, xəbər doğrudur, ya yox.

- Bir neçə gün əvvəl sosial şəbəkələrdə məlumat yayılmışdı ki, siz Gəncə şəhərində bu hadisəni törədən insanın edam edilməsini tələb etmisiniz...

- Siz bunu nə qədər demokratik hesab edirsiniz? Mənə heç kim bu barədə müraciət etməyib və heç kimə müsahibə verməmişəm, bu yalan məlumatın müəllifi də mənə məlum deyil. Mən bunu eşidəndə çox təəccübləndim və bu müsahibə ilə tanış olandan sonra deyə bilərəm ki, bu çox primitiv şəkildə yazılıb. Ölüm hökmü Azərbaycanda 1998-ci ildə ləğv olunub və mən bir tarixçi kimi bunu yaxşı bilirəm. Amma bu saxta məlumatı hazırlayanların yəqin ki, bundan xəbəri olmayıb. "Azadlıq" qəzeti bu məlumatı fasebokda yayıb və geniş müzakirələr təşkil edib. Məqsədi də bəllidir. Mən bu günlər ərzində ilk müsahibəni bu gün telefonla yalnız sizə vermişəm, o da sizin zəngə cavab olaraq. Bu günə kimi mənim adımdan yayılan xəbərlər cəfəngiyyatdan başqa bir şey deyil.

- Eldar müəllim, Siz də təsdiq edə bilərsiniz ki, bəzən mətbuata məqsədli şəkildə dezinformasiyalar da ötürülür, bunu istisna etmirik. Üstəlik, adətən məmurlara çıxış imkanı məhdud olduğundan dəqiqləşdirmə aparmaq da müşkülə dönür. Yeri gəlmişkən, həmin yazıda bir məqam da var ki, Abbasovlara məxsus 1,5 milyonluq özəl mülk Elmar Vəliyev 2011-ci ildə Sizi əvəzlədikdən az sonra yerlə yeksan edilib. Bu barədə nə deyə bilərsiniz?

- Mən xatırlaya bilmərəm. Çünki onlarla işgüzar ünsiyyətdə olmamışam. Düzdür, bizim dövrümüzdə Abbas Abbasovun oğlu (Aydın Abbasov-E.P.) Gəncə şəhərindən deputat seçilmişdi. Dörd deputatdan biri də o idi. Bu isə başqa bir mövzudur. Lakin deyim ki, mənim bunlarla, hansısa məsələlərlə bağlı müzakirələrim olmayıb. Onların Gəncədə bəzi obyektləri olub və bunlar mənim Gəncəyə rəhbərlik etdiyim dövrdən əvvəl olmuşdu. Yəqin ki, onlardan söhbət gedə bilər.

- Hər halda, bu gün hər birimizi daha çox narahat edən məhz Gəncədə baş verən qanlı hadisələrdir və istərdim ki, bu məsələlərdən danışaq. Siz Gəncədəki hadisələrin arxasında hansı qüvvələrin dayandığı qənaətindəsiniz? Azərbaycanın ikinci böyük şəhəri olan Gəncənin əhalisini yəqin ki, yaxşı tanıyırsınız. Burada dini amillərin icra başçısına sui-qəsd etməsinə, polis zabitlərini qətlə yetirməyə gətirib çıxarması real görünürmü?

- Mən həmişə demişəm, bu gün də deyirəm, gəncəlilər çox qədirbilən camaatdır. İnanmıram ki, gəncəlilər tərəfindən Balakişiyevə və Abbasova kimsə əl qaldıra bilərdi. Ola bilər ki, hansısa təxribatçı qruplardır. Bu gün istintaq gedir və yəqin ki, istintaqın nəticəsi açıqlanacaq. Mən bir tarixçi kimi burada daha geniş problem görürəm. Hər halda, istintaq daha konkret deyəcək.

- Rəis müavinlərinin hədəfə alınması, sizcə, təsadüfdür, yoxsa məqsədli olub?

- Mən 7 ildir Gəncədən çıxmışam. Bu gün birmənalı desəm, ciddi qəbul olunmayacaq. Hər halda, bu, yaxşı hal deyil, cinayətdir. Xidmət zamanı zabitləri qətlə yetiriblər. Biz birmənalı şəkildə bunu pisləyirik. Ancaq başqa nələr baş verib, bunu yalnız orada olanlar qiymətləndirə bilər. Mən yalnız vətəndaş kimi bunu çox pis qiymətləndirirəm. Bu, qətldir. Qətlə yetirilənlər dövlət işçiləridir, Azərbaycan dövlətini təmsil edən yüksək rütbəli zabitlərdir. Onlara qarşı əl qaldırılması Azərbaycan dövlətçiliyinə qarşı əl qaldırılması kimi qəbul olunmalıdır və bütün dünyada bu cür hadisələr belə qiymətləndirilir.

- Eldar müəllim, dediyiniz kimi, Siz 8 il Gəncəyə rəhbərlik etmisiniz. Heç təsəvvürünüzə gətirərdinizmi ki, günün birində kimsə elə icra hakimiyyətinin qarşısında Sizə yaxınlaşa və silahlı hücum edə bilər? Nə vaxtsa belə bir təhlükədən ehtiyatlanmısınızmı?

- Bilirsiniz, burada bəzi qüvvələr bizi üz-üzə qoymaq, müqayisə etmək istəyirlər. Bu, etik cəhətdən düzgün deyil. Mən başqa bir dövrdə işləmişəm, o, (Elmar Vəliyev-E.P.) başqa bir dövrdə. O vaxt təsəvvür edə bilməzdim ki, Gəncədə belə bir hadisə baş verə bilər. İndi dünya dəyişir, müxtəlif xarakterli proseslər gedir. "Bu gün orada niyə belə oldu" sualına müvafiq təşkilatlar, istintaq aydınlıq gətirəcək. Ancaq birmənalı şəkildə bu nə hadisədir, kökündə nə dayanır, demək çətindir. İstintaqın yekununu gözləyək.

- Bu günlər ərzində həmkarınız, həm də xələfiniz olan Elmar Vəliyevlə əlaqə saxlamaq, onun sağlıq durumundan məlumat almaq imkanınız olubmu?

- Mənim onun qardaşı Xanlar Vəliyevlə telefon danışığım olub. Təbii ki, o, bizim həmkarımızdır. Mən Gəncədə 8 il işlədim, o da 7 il işləyib, artıq 8-ci ildir. Əlbəttə, biz bir komandanın üzvüyük. Təbiidir ki, mən son hadisələri pisləyirəm. Azərbaycanda hüquqi dövlət var, kim kimdənsə narazıdırsa, o, sözünü deyə, hansısa instansiyaya müraciət edə bilər.

- Yəqin ki, Gəncə ilə əlaqələriniz var. Hazırda vəziyyət barədə nə demək olar? Bundan sonra analoji hadisələr təkrarlana bilərmi?

- Mən inanmıram ki, bir daha belə bir hadisə təkrar olunsun. Gəncə camaatı müdrik camaatdır. Bu gün Azərbaycan xalqı dünyaya baxıb min dəfə şükür edir ki, Azərbaycanda sabitlikdir, inkişaf var, bunu qoruyub saxlamaq lazımdır. Bu sabitlik və inkişaf cənab prezidentin siyasətinin nəticəsidir. Böyük xoşbəxtlikdir ki, bu gün ölkənin başında bu cür dahi insan durur, onun siyasətinin nəticəsində bu sabitlik yaranıb və inkişaf göz qabağındadır. Yaxın Şərqə, Avropaya, Ukraynaya baxın, nələr baş verir? Azərbaycan onların fonunda stabil dövlət kimi çıxış edir, bunu qoruyub-saxlamaq lazımdır. Azərbaycan xalqı da müdrik xalqdır. Bütün görülən işləri qiymətləndirir. Ona görə də mən inanmıram ki, orada böyük bir miqyasda nə isə problem yaradılsın. Ayrı-ayrı adamlar bütün dünyada var, bütün quruluşlarda mövcud olublar.

- Eldar müəllim, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsi neçə vaxtdır ki, boşdur. Son olayla əlaqədar Gəncənin icra başçısı da səlahiyyətlərini icra edə bilmir. Ölkə əhalisinin az qala yarısını təşkil edən iki şəhərimizdəki belə bir vəziyyət Sizi narahat edirmi?

- Bakı şəhərində sistem yaradılıb, bütün rayon icra hakimiyyətinin başçıları yerlərində öz funksional vəzifələrinin öhdəsindən gəlirlər. Gəncə şəhərində bu cür faciəli hadisə baş verməsinə baxmayaraq orada dövlət strukturları öz fəaliyyətlərini davam etdirirlər. Azərbaycanın xoşbəxtliyi ondadır ki, möhtərəm prezidentimizin siyasəti nəticəsində sistem yaradılıb. Artıq o sistem əsasında dövlət idarə olunur. Bu gün hüquqi, demokratik, dünyəvi dövlət bir reallıqdır, bu dövlət də göz qabağındadır. Ona görə də bu gün ayrı-ayrı vəzifələrdə vakansiya olanda sistem özü işləyir, artıq sistem mövcuddur, bu da bir xoşbəxtlikdir.

- Uzun illər boyu Bakının icra başçısı vəzifəsinə namizədlər sırasında sizin də adınız çəkilib, ona görə sizdən soruşdum...

- Vallah, çox şey deyə bilərlər, bunlar əsassız fərziyyələrdir. Mənə cənab prezident böyük etimad göstərib, mən can-başla çalışıram ki, onun etimadını əməli işlərimlə doğruldum.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1250   Tarix: 12 iyul 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Məşhur pediatorun intihar səbəbi bu imiş

Xəbər verdiyimiz kimi, bu gün tanınmış həkim, sabiq baş pediator Nəsib Quliyev intihar edib. Həkimin intiharına səbəb depressiya olub. O, bağ evində tək yaşayırmış, ailəsi ilə münasibətləri də isti olmayıb. Bildirilir ki, oğlu uzun illərdir Ukraynada yaşayır və atası ilə heç bir əlaqə saxlamırmış. Həkimi

24.04.2024 1185
.

Firuzə İbadova Cavanşir Məmmədova görə səhnədən gedir? - Açıqlama

Əməkdar artist Firuzə İbadova duet ortağı, Əməkdar artist Cavanşir Məmmədovun ölümündən sonra səhnəni tərk etməsi haqda yayılan xəbərlərə münasibət bildirib. Axşam.az xəbər verir ki, sənətçi sosial şəbəkədə paylaşım edərək xəbərin təhrif olunduğunu bildirib:. "Firuzə İbadova Cavanşir Məmmədov üçü

24.04.2024 235
.

Qəzzada 34262 nəfər həyatını itirib

İsrailin 201 gündür hücumlarını həyata keçirdiyi Qəzzada 34262 nəfər həyatını itirib. xəbər verir ki, Qəzzada Fələstin Səhiyyə Nazirliyindən verilən açıqlamada İsrailin Qəzza zolağına 201 gündür hücumları ilə bağlı məlumat verilib. İsrail ordusunun Qəzza zolağına son 24 saatda həyata keçirdiyi hücumlard

24.04.2024 136
.

İsraildə həbsdə olan fələstinlilərin sayı 3660 nəfəri ötüb

İsrail həbsxanalarında inzibati həbs olunan fələstinlilərin sayı artıb. BİG.AZ xəbər verir ki, həbsxanada olanların sayı 3660 nəfərə çatıb. Bu barədə Fələstin Əsirlər Assosiasiyası və Fələstin Azadlıq Təşkilatının Əsir və Azad edilmişlər üzrə Komitəsi bəyanat yayıb. Qeyd edək ki, fələstinlilərə qarş

24.04.2024 141
.

"Pərvinin şanssızlığı azərbaycanlı rejissorların əlinə düşməsidir"

"Akytor kimi deyirəm ki, Azərbaycanda Pərvin görünüşündə 2-ci belə effektli aktrisa yoxdur". OLAY yazır ki, bu sözləri -un "Gəl danış" layihəsində Akademik Milli Dram teatrın aktyoru Cavidan Novruz söyləyib. "Çox düşünmüşəm ki, görəsən Pərvini kimsə əvəz edə bilər? Amma görmüşə

24.04.2024 378
.

İtaliya Rəqabət Təşkilatından Amazona 10 milyon avro cərimə kəsilib

İtaliya Rəqabət Təşkilatı (Antitrust-AGCM) ABŞ-da fəaliyyət göstərən onlayn satış platforması Amazon-u ədalətsiz kommersiya təcrübələrini əsas gətirərək 10 milyon avro cərimələyib. xəbər verir ki, Rəqabət Qurumunun verdiyi yazılı açıqlamada Amazonun İtalyan internet saytında bir çox məhsul üçün satı

24.04.2024 126
.

Bəs ABŞ-ın pulu qurtarmışdı, daha Ukraynaya yardım etməyəcəkdi?

"ABŞ Senatı Ukraynaya yardım paketini təsdiqlədi və bu paketdə 60 milyard 840 milyon dollar yardım göstərməyi nəzərdə tutur. Bu pulun effektini göstərmək üçün deyim ki, müharibədən əvvəl Ukraynanın hərbi büdcəsi təxminən 4 milyard dollar olub. Bu Ukraynanın 15 illik hərbi xərcləri demək idi. Düzdü

24.04.2024 162
.

Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycana dövlət səfərinə gəlib - YENİLƏNİB

Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 24-də Azərbaycan Respublikasına dövlət səfərinə gəlib. AZƏRTAC xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Qırğız Respublikasının Prezident

24.04.2024 239
.

Bakıda binalarda yeni oğurluq üsulu: Görüntülərlə bağlı araşdırmalara başlanılıb - YENİLƏNİB + VİDEO

Bakıda binalardan edilən oğurluqla bağlı rəsmi açıqlama verilib. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı, polis leytenantı Lumu İsrəfilli -a bildirib ki, yayılan görüntülər araşdırılır:. "Şübhəli şəxslərin müəyyən edilməsi istiqamətində tədbirlər görülür". 17:16. Bakıda cinayətkarla

24.04.2024 408