Nardaranda KÜTLƏVİ DAVA: Bıçaqlanan var

Nardaranda KÜTLƏVİ DAVA: Bıçaqlanan var

Bakıda kütləvi dava olub.

BiG.AZ report-a istinadən xəbər verir ki, hadisə Nardaran qəsəbəsində qeydə alınıb.

Gecə saatlarında "Dəniz yolu" adlanan ərazidə 1993-cü il təvəllüdlü Əliyev Hacıağa Nizami oğlu və tanışı 3 naməlum şəxlə əlbəyaxa dava edib. Nəticədə H.Əliyevin qarın nahiyəsinə iki bıçaq zərbəsi vurulub.

Yaralı ağır vəziyyətdə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsi və 42-ci Polis Bölməsinin əməkdaşları hadisə yerinə cəlb edilib.

Hadisəni törətməkdə şübhəli bilinən şəxslərin axtarışına başlanılıb.

Şikayətiniz varsa Whatsapp: 050 3422489

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 534 Tarix: 12.07.2018



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Pulsuz elanlar sayti

Azərbaycandan son xəbərlər