Şəhid olan polislərin dəfn mərasimindən yeni görüntülər yayıldı - VİDEO

Şəhid olan polislərin dəfn mərasimindən yeni görüntülər yayıldı - VİDEO

Ötən gün Gəncədə iğtişaşların qarşısını alarkən şəhid olan polis əməkdaşları - Gəncə Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis polkovniki İlqar Balakişiyev və Nizami Rayon Polis İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı Səməd Abbasov bu gün dəfn olunub.

BiG.AZ xəbər verir ki, şəhid polislər Şəhidlər xiyabanında torpağa tapşırılıb.

Gəncə Şəhər Baş Polis İdarəsində keçirilən mərasimdə daxili işlər nazirinin müavini Oruc Zalov, nazirliyin digər yüksək vəzifəli şəxsləri, Gəncə şəhər İcra Hakimiyyətinin rəhbərliyi və şəhər ictimaiyyətinin nümayəndələri iştirak edib.




Şikayətiniz varsa Whatsapp: 050 3422489

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 2495 Tarix: 11.07.2018



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Pulsuz elanlar sayti

Azərbaycandan son xəbərlər