Prezident onları mükafatlandırdı

Prezident onları mükafatlandırdı

Konstitusiya Məhkəməsinin yaradılmasının 20 illiyi münasibətilə bir qrup şəxs Azərbaycan prezidenti tərəfindən mükafatlandırılıb.

BiG.AZ-ın məlumatına görə, dövlət başçısı İlham Əliyevin sərəncamı ilə Konstitusiya Məhkəməsinin Protokol və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Aslanov Tural Aslan oğluna, Cinayət və inzibati hüquq şöbəsinin müdiri Əfəndiyeva Humay Elçin qızına, Hüquqi təminat və qanunvericiliyin sistemləşdirilməsi şöbəsinin müdiri Hacızadə Anar Nizami oğluna 3-cü dərəcə dövlət müşaviri ixtisas dərəcələri verilib.

Qeyd edək ki, Konstitusiya Məhkəməsi 1998-ci ildə iyulun 14-də yaradılıb.


Şikayətiniz varsa Whatsapp: 050 3422489

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 1260 Tarix: 11.07.2018



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
ataxanli
ataxanli 11.07.2018
xəbərə görə təşəkkürlər
Dalğaların arasında qərq olub yetim qalmış damcılarla məhv olmaq kimi idi bu.


 


Pulsuz elanlar sayti

Azərbaycandan son xəbərlər