Ötən gün şəhid olan polislər dəfn olundu - VİDEO

Ötən gün şəhid olan polislər dəfn olundu - VİDEO
Polis əməkdaşları Şəhidlər xiyabanında torpağa tapşırılıb.

Gəncədə iğtişaşların qarşısını alarkən şəhid olan polis zabitləri ilə vida mərasimi başa çatıb.

Gəncə Şəhər Baş Polis İdarəsində keçirilən mərasimdə daxili işlər nazirinin müavini Oruc Zalov, nazirliyin digər yüksək vəzifəli şəxsləri, Gəncə şəhər İcra Hakimiyyətinin rəhbərliyi və şəhər ictimaiyyətinin nümayəndələri iştirak edib.

Vida mərasimi başa çatandan sonra Gəncə Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis polkovniki İlqar Balakişiyev və Nizami Rayon Polis İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı Səməd Abbasov Gəncədəki Şəhidlər xiyabanında torpağa tapşırılıb. (real tv)


Şikayətiniz varsa Whatsapp: 050 3422489

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 1947 Tarix: 11.07.2018



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
ataxanli
ataxanli 11.07.2018
Allah rəhmət eləsin
Dalğaların arasında qərq olub yetim qalmış damcılarla məhv olmaq kimi idi bu.


 


Pulsuz elanlar sayti

Azərbaycandan son xəbərlər