"Bu hadisəni törədənlər və arxasında duran şəxslər öz cavablarını almalıdır" -Gəncə hadisələri haqda

"Bu hadisəni törədənlər və arxasında duran şəxslər öz cavablarını almalıdır" -Gəncə hadisələri haqda"Dünən Gəncədə baş vermiş hadisənin əsl dindarlarla, dinlə və islamla heç bir əlaqəsi yoxdur. Bu, Azərbaycan dövlətinə, xalqına və milli dövlətçiliyimizə qarşı təxribatdır. Dünənki hadisəyə sadə vətandaşlarımızın, xüsusilə də ziyalı şəxslərin münasibəti bir daha onu göstərdi ki, sosial durumundan, təhsilindən, heç bir mədəni mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşlar dövlətçiliyimizin yanındadır".

BiG.AZ xəbər verir ki, bunu modern.az-a açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılov deyib.

Qurum rəsmisi bildirib ki, insanlarımız bu təxribatın arxasında kimlərin dayandığını və durduğunu artıq hiss ediblər:

"Mən sosial şəbəkələrə göz gəzdirdikdən sonra belə bir qənaətə gəldim ki, Azərbaycan ziyalıları, xüsusilə media mənsubları bu küləyin haradan əsdiyini və onun istiqamətini çox dəqiq bilirlər və çox da dəqiq hədəfi tutublar. Bir daha təkrar edirəm ki, Gəncədə baş vermiş hadisə dövlətçiliyimizə və xalqımıza qarşı təxribatdır. Bu hadisəni törədənlər və arxasında duran şəxslər mütləq öz cavablarını almalıdırlar və alacaqlarına da inanıram. Əsl dindarlar təssübkeş müsəlman olduqları kimi, həm də təəssübkeş azərbaycanlıdırlar və milli dövlətimizin də təəssübkeşləridir. Bu cür hadisələri din adına yazmaq olmaz. Bu, din pərdəsi altında və dindən istifadə edərək dövlətimizə qarşı həyata keçirilən məkirli bir plandır".

"Bu hadisəni törədənlər və arxasında duran şəxslər öz cavablarını almalıdır" -Gəncə hadisələri haqda


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 769   Tarix: 11 iyul 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Kürdə batan azyaşlı qız ürəyindən əməliyyat olunubmuş - VİDEO

Kürdə batan ata və qızı ilə bağlı yeni detallar məlum olub. "Azad Azərbaycan" Televiziyasında (ATV) yayımlanan süjetdə bildirilib ki, itkin düşən 6 yaşlı Səma üç il əvvəl ürəyindən əməliyyat olunub. "Bu səbəbdən də valideynləri hər zaman ona diqqət edirdilər. Ailədə onun nazı ilə oynayırdılar"

18.04.2024 660
.

Dövlət məktəblərində servis xidməti yaradılır? - RƏSMİ + VİDEO

"Hazırda məktəblərdə servis xidmətinin yaradılması məsələsi müzakirə olunmur". Bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov aprelin 18-də keçirilən hesabat tədbirində deyib. "Bizim istəyimiz və arzumuz ondan ibarətdir ki, bütün vətəndaşları öz evlərini

18.04.2024 479
.

"Valideyn repititora verdiyi pula görə uşağı sıxışdırır" - Psixoloq

Hər il universitetə qəbul imtahanından sonra uğurlu nəticə göstərməyən abituriyentlərin intiharının şahidi oluruq. Bir çox hallarda onların intiharına səbəb valideyn təzyiqi olur. Mövzu ilə bağlı -a danışan psixoloq Gülnar Orucova bildirib ki, valideyn repititora verdiyi pula görə uşağı sıxışdırır. Validey

18.04.2024 445
.

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti AÇIQLANDI

"Tanınmış aparıcı Aytən Səfərovanın hazırda Kliniki Tibbi Mərkəzdə zəruri müayinə və müalicəsi davam etdirilir". Bununla bağlı -ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib. Qeyd olunub ki, qabırğada yerdəyişməyən sınıq və kəllə-beyin travması diaqnoz

18.04.2024 1542
.

Qazaxıstanda daşqınlar nəticəsində 5 nəfər ölüb

Qazaxıstanda daşqınlar nəticəsində 5 nəfər ölüb, 2 nəfər itkin düşənlərin axtarışları davam edir. xəbər verir ki, Qazaxıstan daxili işlər nazirinin birinci müavini Marat Kocayev Senatın ümumi iclasından sonra jurnalistlərə açıqlama verib. Kocayev ölkədə davam edən daşqınlar səbəbilə Atrau bölgəsind

18.04.2024 264
.

İsrail məktəbə hücum etdi: 4 ölü

İsrail Qəzzada dinc sakinlərin sığındığı məktəbə hücum edib. BİG.az xəbər verir ki, hadisə nəticəsində 2-si uşaq olmaqla 4 nəfər ölüb. Ölənlərlə yanaşı yaralananlar da var. Bu barədə Qəzza Səhiyyə Nazirliyi məlumat yayıb. Hadisə zamanı məktəbə isə böyük ziyan vurub. İsrailin Qəzza zolağına oktyabrı

18.04.2024 288
.

Pensiyaya yalnız bu qadınlar daha tez çıxacaq

Yalnız valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşağı övladlığa götürüb səkkiz yaşınadək tərbiyə edən həmin kateqoriyadan olan qadınların, eləcə də əlilliyi müəyyən edilmiş uşağı olan şəxslərin erkən pensiya hüququ yaranacaq. report-a istinadən xəbər verir ki, bu barədə məsəl

14:17 0
.

Pensiyaların gecikməsi ilə bağlı rəsmi - AÇIQLAMA

"Bəzi sosial şəbəkə və internet resurslarında aprel ayının pensiyalarının yubanması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir". Bu sözləri -a açıqlamasında Dövlət Sosial Müdafiə Fondun (DSMF) mətbuat katibi Rəşad Mehdili ödənişlərin aprelin 19-da yekunlaşacağını bildirib. "Pensiyaları

18.04.2024 500
.

Yaponiyanın qərbində ardıcıl zəlzələ oldu

Yaponiyanın qərbindəki Ehime prefekturasının sahilində yerləşən Bunqo-suido boğazında ardıcıl zəlzələ olub. BİG.AZ xəbər verir ki, zəlzələ 6,4 və 5 bal gücündə baş verib. Bu barədə Yaponiya Meteorologiya Agentliyi məlumat yayıb. Qeyd edək ki, 6,4 maqnituda gücündə zəlzələ 50 kilometr dərinlikdə, 5 maqnitudal

18.04.2024 291