"Onlar öz çirkin əməllərinə dini və dindarları alət edirlər" - İlahiyyatçı alim

"Onlar öz çirkin əməllərinə dini və dindarları alət edirlər" - İlahiyyatçı alimXəbər verdiyimiz kimi, ötən gün Gəncə şəhərində qanunsuz aksiyanın qarşısı alınan zaman polislərlə aksiyaçılar arasında qarşıdurma baş verib. Qarşıdurma zamanı iki polis polkovniki qətlə yetirilib.

Bununla bağlı BiG.AZ-a açıqlama verən ilahiyatçı alim Əkrəm Həsənov bildirib ki, Gəncədə baş verən son hadisələr radikal ekstremist dini qruplaşma üzvlərinin ölkəmizə qarşı apardığı antimilli cinayət əməlidir:

"Onlar şiə məzhəbinin adından istifadə edərək guya ölkədə islam dövlətini qurmaq istəyirlər. Belə qüvvələr Suriyada, İraqda və digər əhalisi müsəlman olan ölkələrdə bu cür təxribata əl ataraq əhalisi müsəlman olan ölkələri zəiflətmək istəyirlər. Əlbəttə, bu, danılmaz faktdır ki, özünü regionda hegemon göstərmək istəyən bəzi dövlətlərin də əli ola bilər. Əslində dövlət deməyək, dövlətin daxilində radikal dindar kütlənin formalaşdırılmasında marağı olan ayrı-ayrı mafioz şəxslər də ola bilər ki, onlar bütün regionda hakimiyyəti ələ almaq üçün bu cür iğtişaşlar salırlar. Onlar öz çirkin əməllərinə dini və dindarları alət edirlər. Bir çox avam insanlar da onların bu din adından istifadə etməsinə inanır, hətta o cür radikal ekstremist məzhəb daşıyıcılarını müdafiə edənlər belə var. Onları müdafiə edənlər ya savadsızdırlar, ya da qərəzli şəkildə bunu edirlər. Xüsusilə Gəncədə baş verən hadisədə "Allahu Akbar" şüarı ilə öz həmvətəni, müsəlman polis qardaşını öldürən təkfirçi zehniyyət ölkəmizdə kifayət qədər yayılmaqdadır. Bu zehniyyətə görə yalnız şiələr müsəlmandırlar və şiələrdən başqa olanlar müsəlman sayılmır, onların canı, qanı, hətta malı belə halal hesab edilir. Bu zehniyyət sünnilikdə də, sünnilliyin el arasında vəhabi adı verilən, əslində isə təkfirçi, xəvaric, hizbiçi qollarında mövcuddur. Hər ikisinin məqdəsi islam dövləti qurmaqdır, birinin məqsədi şiə islam dövləti qurmaq, digərinin məqsədi isə sünni islam dövləti qurmaqdır. Bu cür düşünənlər istərsə şiə olsun, istərsə də sünni olsun, fərqi yoxdur, onlar radikal ekstremist qüvvələrdir və onlara qarşı amansız mübarizə aparılmalıdır".

"Onlar öz çirkin əməllərinə dini və dindarları alət edirlər" - İlahiyyatçı alimƏkrəm Həsənov vurğulayıb ki, əgər ölkəmizdə digər əhalisi müsəlman olan ölkələrdə olduğu kimi bu cür düşünən təkfirçi zehniyyətə qarşı mübarizə aparılmasa gələcəkdə daha böyük təhlükələr gözlənilə bilər:

"Çünki, belə vəziyyətdən ayrı-ayrı radikal dini qruplar istifadə edirlər. Bunları isə yönləndirən yuxarı güclər var. Bunun qarşısının alınmasında hamımız maraqlı olmalıyıq. Ölkəmizdə dini elmi şəkildə cəmiyyətə təbliğ etməliyik, ektremist qüvvələrin din adından, şiəlik və ya sünnilik adından istifadə edib cəmiyyəti xaosa səsləməyə imkan verməməliyik. Elmar Vəliyevə və köməkçilərinə güllə atan, Gəncədə iki polisin şəhid olmasına rəvac verən həmin qrupdan olan insanlardır. Çox təəssüf edirik ki, sosial şəbəkələrdə bunların çox güclü bazaları var, təəssüf edirik ki, hətta özünü bilikli hesab edən jurnalistlər belə onları bəzən sosial şəbəkələrdə müdafiəyə qalxırlar. Bütün bunlar barədə dövlətimiz ciddi addım atmalıdır. Onları müdafiə edən saytlar bağlanmalıdır. Sayt rəhbərləri cinayət məsuliyyətinə cəlb olunmalıdır. Mən təklif edərdim ki, bəzi məscidlərdə təkfirçiliyi təbliğ edən məscid imamları məsciddən uzaqlaşıdırılsın. Məscidlərə imam təyini Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinə həvalə edilsin. Məscidlərə milli ruhda olan gənclərimiz imam təyin edilməlidir. Hansısa ölkənin siyasi xətti ilə hərəkət edən imamlar təcili məscidlərdən uzaqlaşıdırılmalıdır. Bu məsələdə təcili addımlar atılmalıdır".

Aysel Yusifqızı


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1157   Tarix: 11 iyul 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

"Uçot dərəcələrinin real iqtisadiyyata təsiri yetərincə deyil"- Ekspert

Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti (AMB) uçot dərəcəsi ilə bağlı növbəti qərarını açıqlayıb.AMB uçot faiz dərəcəsini 7,75%-dən 7,5%-ə endirib. Faiz dəhlizinin aşağı həddi 6,25% saxlayıb. Faiz dəhlizinin yuxarı həddi isə 8,75%-dən 8,5%-ə endirilib. İqtisadçı ekspert Emin Qəribli -a bildirib ki

28.03.2024 238
.

ABŞ Qəzzadakı soyqırımı qəbul etməyib

Amerika Birləşmiş Ştatları BMT-nin İsrailin Qəzzada soyqırım törətdiyinə dair hesabatını rədd edib. xəbər verir ki, ABŞ Dövlət Departamenti İsrailin soyqırım törətmədiyini iddia edib. Nazirliyin sözçüsü Metyu Miller, Tel-Əviv rəhbərliyinə dəstəyin davam etdiyini açıqlayıb. Birləşmiş Millətlər Təşkilatını

28.03.2024 127
.

Gəncədə yaşayış binası yanır - Video

Gəncə şəhərində yaşayış binasında yanğın baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində, beşmərtəbəli yaşayış binasında olub. İlkin məlumata görə, alov binanın dam örtüyündə qeydə alınıb. Hadisə yerinə Fövqaladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafiz

28.03.2024 185
.

Bacısının dırnağı 6 aylıq körpəni xəstəxanalıq etdi - Foto

Bakıda özəl klinikalardan birində boğazında plastik dırnaq qalan 6 aylıq körpə xilas olunub. "Qafqazinfo" xəbər verir ki, bu barədə uşaq cərrahı, uroloq Fuad Hüseynov sosial şəbəkə hesabında yazıb. Onun sözlərinə görə, hadisə İsmayıllı rayonunda qeydə alınıb. Belə ki, uşaq bacısının plasti

28.03.2024 662
.

Bakıda bu evlər bahalaşıb

Ötən ay mənzil bazarında qiymət artımları müşahidə olunub. Bu barədə Trend-ə İqtisadi və Sosial İnkişaf Mərkəzindən (CESD) məlumat verilib. Qeyd edilib ki, fevral ayında fərdi həyət evlərinə tələbin artması müşahidə edilib. Fərdi evlərdə və torpaq sahələrində əvvəlki aya nisbətən 1.8 faiz qiymət artım

28.03.2024 1575
.

Ramazanın 19-cu gününün duası - İmsak və iftar vaxtı

Sabah Ramazan ayının 19-cu günüdür. BİG.AZ xəbər verir ki, sabah imsak vaxtı saat 05:02, iftar isə 19:17-dədir. İmsak duası:. "Allahummə vəffir fihi həzzi min bərəkatih. Və səhhil səbili ila xeyratih. Və la təhrimni qəbulə həsənatih. Ya hadiyən iləl-həqqil-mubin". Tərcüməsi:. "İlahi, b

28.03.2024 190
.

ABŞ-də partlayış oldu

ABŞ-ın Kentukki ştatında yanacaqdoldurma məntəqəsində güclü partlayış olub. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində ölkə mediası məlumat yayıb. Partlayış zamanı ölən və yaralananlar barədə hələlik məlumat daxil olmayıb. Araşdırmalar davam edir

28.03.2024 208
.

DİN-dən vətəndaşlara MÜRACİƏT: "Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın"

Daxili İşlər Nazirliyi (DİN) bir daha vətəndaşlara müraciət edərək, hesab məlumatlarını naməlum şəxslərlə paylaşmamağı tövsiyə edib. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi Elşad Hacıyev bildirib. "30 00, 17 00, 26 700, 9 00, 270, 500, 678, 852, 310, 400 manat məbləğlərind

28.03.2024 198
.

Bu avtomobillərlə taksi işləmək qadağan olunur

Dövlət qeydiyyat şəhadətnaməsində göstərilən buraxılış tarixindən 15 ildən artıq müddət keçən avtomobil nəqliyyatı vasitələri taksi minik avtomobilləri ilə sərnişin daşımalarında istifadə oluna bilməz. Bu barədə Nazirlər Kabineti "Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifad

28.03.2024 507