"Təxribata uymayın": Nura Gəncə iğtişaşlarından yazdı

"Təxribata uymayın": Nura Gəncə iğtişaşlarından yazdı

"Ay camaat, ayılın! Bu, dövlətimizə qarşı provakasiyadır. Liviya, Suriya və s. ölkələrin halına baxın. Bizim düşmənimiz başqa xalqdır."

BiG.AZ xəbər verir ki, bu sözləri müğənni Nura Suri Gəncədə baş verən iğtişaşlarla bağlı sosial şəbəkədə yazıb:

"Azərbaycanlılar bir olmalıdı. Bir-birimizə dayaq olmalıyıq. Vətənimizi düşmənlərdən qorumalı, işğal altında olan torpaqlarımızın azadlığı uğrunda bir olmalıyıq. Təxribata uymayın. Düşmənləri sevindirməyin.

Sovet dönəmində yağı, əti talonla aldığınız vaxtları unutmayın. Suyu saatla verirdilər, çörək almaq üçün millət səhər altıdan növbəyə dururdu. Biz axı pis günlərin nə olduğunu bilirik. Nə qədər oğullarımız, qızlarımız vətən uğrunda həlak olub. Onların ruhuna hörmət qoyun!"

Qeyd edək ki, Respublika Baş Prokurorluğu, Daxili Işlər Nazirliyi Və Dövlət Təhlükəsizliyi Xidmətinin birgə məlumatına görə Gəncədə baş verən iğtişaşlar zamanı qanunsuz hərəkətlərin qarşısı alınarkən xidməti vəzifələrini yerinə yetirən iki polis zabiti - Gəncə Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis polkovniki İlqar Balakişiyev və Nizami Rayon Polis İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı Səməd Abbasov radikal ünsürlərin kəsici-deşici alətlərlə yetirdikləri zərbələr nəticəsində şəhid olmuşlar.

Şikayətiniz varsa Whatsapp: 050 3422489

f Paylaş
Bölmə: Şou biznes Oxunub: 920 Tarix: 11.07.2018



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
DUZLU_NIK
DUZLU_NIK 11.07.2018
Bir fikrin ile hec razilawmadim Nura. Rusun qoydugu qanun size serf etmez elbetdeki, cunki rus 2 ci evi mawini ve s alani sorgu suala cekirdi ki, hansi pulla almisan ikinci evi mawini ve s.
Baş Redaktor


 


Pulsuz elanlar sayti

Azərbaycandan son xəbərlər