Gəncədə polisi öldürən Rəşadın dəhşətli cinayətləri üzə çıxdı

Gəncədə polisi öldürən Rəşadın dəhşətli cinayətləri üzə çıxdı
Xəbər verdiyimiz kimi, iyulun 10-da Gəncə şəhərində ictimai asayişi pozmağa cəhd göstərmiş radikal dini yönümlü bir qrup şəxsin xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarına küt və kəsici-deşici alətlərlə hücum etməsi nəticəsində 2 polis zabiti şəhid olub.

Qanlı cinayəti törətməkdə şübhəli bilinənlərdən biri iki dəfə məhkumluq həyatı yaşamış Rəşad Məmmədəli oğlu Böyükkişiyevdir.

Azvision.az-ın əldə məlumatına görə, Rəşad Məmmədəli oğlu Böyükkişiyev 12 yanvar 1988-ci ildə Gəncə şəhərində anadan olub. 19 yaşında qətl törədib və 02.10.2007-ci ildə AR CM-nin 120.1 (Qəsdənadam öldürmə) maddəsi ilə 7 il müddətinə həbs edilib.

Həbs müddəti bitdikdən sonra Rusiya Federasiyasına gedib. Lakin orada azadlıqda çox qala bilməyib. Belə ki, həbsdən çıxdıqdan 9 ay sonra Rusiyada soyğunçuluq törədib. Nəticədə 14.07.2015-ci il tarixdə Rusiya Federasiyası CM-nin 161.2 maddəsi ilə (soyğunçuluq) 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Gəncədə polis zabitini qətlə yetirən digər şəxs - Fərrux Xəqani oğlu Qasımov kimi o, da şiə məzhəbli radikal dindardır. Müəmadi olaraq İran İslam Respublikasına səfərlər edib.

Şikayətiniz varsa Whatsapp: 050 3422489

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 8343 Tarix: 11.07.2018



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
ataxanli
ataxanli 12.07.2018
nə edirlərsə əcəb edirlər
Dalğaların arasında qərq olub yetim qalmış damcılarla məhv olmaq kimi idi bu.


 
davinci
davinci 11.07.2018
Yaxsidir da ellerinde furset var wer bohtan atirlar camaata
Everything is good... Never feel the bad


 
Anhel
Anhel 11.07.2018
Fikir verin bunları axırda İşidçi edecekler


 


Pulsuz elanlar sayti

Azərbaycandan son xəbərlər