"Gəncədə dünənki terror zamanı iki polis zabitinin qətlə yetirilməsi o mesaj idi ki..."

"Gəncədə dünənki terror zamanı iki polis zabitinin qətlə yetirilməsi o mesaj idi ki...""Gəncədə baş verən dünənki terror zamanı iki polis zabitinin qətlə yetirilməsi o mesaj idi ki, biz sizi qoruyan polisləri də öldürə bilərik".

BiG.AZ xəbər verir ki, bu sözləri azxeber.com-a danışan Milli Məclisin deputatı Zahid Oruc söyləyib.

O bildirib ki, bu hadisələr məqsədli şəkildə həyata keçirilir və arxasında duran qüvvələr var:

"Biz bu hadisəyə təkcə Gəncədə baş verənlər rakursundan baxmalı deyilik. Hesab edirəm ki, hadisənin arxasında duran səbəblər daha geniş miqyaslıdır. Mən bu hadisələri 2015-ci il hadisələri ilə müqayisə edərdim. O zaman Milli Təhlükəsizlik Nazirliyinin cinayətkar rəhbərliyi ifşa ediləndən sonra Gəncədə polis nəfərlərini qumbara ilə məhv etməyə çalışan qüvvələr – "Müsəlman Birliyi Hərəkatı"nın üzvləri ayağa qalxdılar. Heç şübhəsiz istər o zaman, istərsə də indi baş verənlər arasında oxşarlıq var. Görünən odur ki, Azərbaycan üzərindən əməliyyat cızanlar, onun bütün coğrafiyasını əhatə etməyə çalışırlar. Nardarandan Gəncəyə qədər uzanan yol cızdılar. Daha böyük şəhərlərdə inanclı insanların adı ilə dindən öz çirkin məqsədləri üçün istifadə edir, ölkəmizdə qarışılıq yaratmaq istəyirlər".

Gəncənin icra başçısı Elmar Vəliyevə qarşı sui-qəsdi ssenarinin ilkin elementi adlandıran deputatın sözlərinə görə, təxribatçı qüvvələr öz məqsədlərinə nail olmayacaqlar:

"Heç şübhəsiz Yunis Səfərov bu hadisənin təkbaşına iştirakçısı ola bilməzdi, onun alt qatı var. Şahid olacaqsınız ki, bu əməllərin üzərində sistemli analiz aparan qüvvələrin işi mövcuddur. Dünənki aksiyanı təşkil edənlər Yunis Səfərovun "siyasi-mənəvi-din-qan qardaşları"dır. Bu qüvvələr başa düşülür ki, onlar ifşa olunacaqlar. Bir gün onların da qapısı döyüləcək. Bu səbəbdən təxribatçı ssenarilərini davam etdirirlər. Lakin onlar bu dəfə də öz çirkin məqsədlərinə nail olmayacaqlar".

İki polis zabitinin şəhid olmasınından sarsıntı keçirdiyini deyən millət vəkili qeyd etdi ki, bu təkcə onlara qarşı hücum deyil, bütün ölkəmizə qarşı yönəlmiş cinayətdir:

"Qarabağ uğrunda savaşlarda həlak olan polislərimiz olub, onlar vətənin keşiyində ləyaqətlə dayanıblar. Dünən həlak olan polis zabitləri də ləyaqətli davranış nümayiş etdiriblər. Onlar silahlı olsalar da, sərt addımlar atmaqdan daşınıblar. İstəməyiblər ki, qan tökülsün. Əvəzində guya siyasi, guya demokratik, guya kiminsə haqqını qoruyan adamlar bıçaqla bu cinayəti törədiblər. Görün onlar başqa silahlara malik olsaydılar, nə edərdilər?! Bu hadisəni aksiya kimi qələmə vermək olmaz. Dünənki günə qədər hardasa şəxsi qərəzində, şəxsi motivində düşünən adamlar da ayıldılar. Dünənki gün axşamdan etibarən onlar sosial şəbəkələrdə etdiyi paylaşımlarda kütləvi olaraq dövlətə qədər uzanan əlləri ifşa etdilər. Mənə elə gəlir ki, bu bir tərəfdən mənəvi qələbədir. Hesab edirəm ki, xalqımız bu prosesdə də həmrəylik nümayiş etdirərək, məkrli qüvvələrin təxribatçı və terrorçu ssenarilərinə qarşı dayanacaq".

"Gəncədə dünənki terror zamanı iki polis zabitinin qətlə yetirilməsi o mesaj idi ki..."


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1487   Tarix: 11 iyul 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Yaşayış binalarında da parklanma yerləri bahalaşdı

Son günlər Bakıda çoxmənzilli yaşayış binalarının zirzəmilərindəki parklanma yerlərinin qiyməti bahalaşıb. xəbər verir ki, bunu trend-ə yeni tikili binalarda yaşayan sakinlər bildiriblər. Onların sözlərinə görə, ayı 60 manata olan parklanma yeri hazırda 90 manatadır. Bəs bu nə dərəcədə qanunidir?. Məsəl

14:20 0
.

ABŞ-da bıçaqlı hücum: 4 ölü

ABŞ-ın İllinoys ştatında bıçaqlı hücum olub. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində 4 nəfər həlak olub, 5 nəfər yaralanıb. Bildirilir ki, yaralılardan birinin vəziyyəti ağırdır. Polis hadisə yerinə gəlib və hücum edən şəxs saxlanılıb. Faktla bağlı araşdırma başladılıb

13:26 0
.

Ramiz Mehdiyev məhkəmə qarşısında: Sürücülük hüququndan məhrum edilə bilər

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) keçmiş prezidenti Ramiz Mehdiyev barəsində inzibati iş başlanıb. "Qaynarinfo" xəbər verir ki, Ramiz Mehdiyev İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə ittiham edilir. İş baxılması üçün Suraxanı Rayon Məhkəməsinə göndərilib. Pərviz Murado

20:43 0
.

Bu məktəbdə yoxlama aparıldı - Direktor işdən çıxarıldı

Salyan rayon Pambıqkənd kənd Azad İbadov adına tam orta məktəbin direktoru Dilbər Qurbanova işdən çıxarılıb. Qaynarinfo xəbər verir ki, bununla bağlı Şirvan-Salyan Regional Təhsil İdarəsi məlumat yayıb. Bildirilib ki, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktorunun müvafiq əmrinə əsasən

11:22 0
.

"Ermənistanın KTMT təlimlərdə iştirak etməyəcəyi gözlənilən idi" - Politoloq

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) bu il "Rubej 2024" adlı birgə təlim də daxil olmaqla yeddi təlim keçirəcək.Bu barədə təşkilatın baş katibi İmanqali Tasmaqambetov "Milli Müdafiə" jurnalına müsahibəsində deyib.Hazırda KTMT-yə Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan

15:38 0
.

Bu gün ilk Qədr gecəsidir

Bu gün Ramazan ayının ilk Qədr (Əhya) gecəsidir. İlk Qədr gecəsi Ramazan ayının 18-ci gününə təsadüf edir. Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev APA-ya açıqlamasında bildirib ki, İdarənin Şamaxı Astrofizika Rəsədxanasından əldə etdiyi təqvimə əsasən, martın 28-dən 29-na keçən gec

11:03 0
.

İsrail 7 oktyabrdan etibarən 212 məktəbə zərbə endirib

İsrail 7 oktyabrdan etibarən Qəzzaya hücumları davam edir. BİG.AZ xəbər verir ki, İsrail 212 məktəbə zərbə endirib. Bu barədə Birləşmiş Millətlər Təşkilatı (BMT) və bəzi qeyri-hökumət təşkilatlarının hazırladığı hesabatda bildirilib. Həmin məktəblərdən 53-ü tamamilə məhv edilib

14:47 0
.

Paşinyan Qarabağ separatçılarından imtina etdi: "Tanımırıq"

Ermənistan sürgündə olan heç bir "Dağlıq Qarabağ hökuməti"ni tanımır. Qaynarinfo TASS-a istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin martın 28-də keçirilən iclasında bildirib. Onun sözlərinə görə, belə açıqlamalar Ermənistanın milli təhlükəsizliyini təhdi

12:47 0
.

Ramazanın 19-cu gününün duası - İmsak və iftar vaxtı

Sabah Ramazan ayının 19-cu günüdür. BİG.AZ xəbər verir ki, sabah imsak vaxtı saat 05:02, iftar isə 19:17-dədir. İmsak duası:. "Allahummə vəffir fihi həzzi min bərəkatih. Və səhhil səbili ila xeyratih. Və la təhrimni qəbulə həsənatih. Ya hadiyən iləl-həqqil-mubin". Tərcüməsi:. "İlahi, b

21:02 0