"Bu vəhşiliyə qarşı silah işlətmək zəruridir" - Deputat şəhid polislərimizdən danışdı

"Bu vəhşiliyə qarşı silah işlətmək zəruridir" - Deputat şəhid polislərimizdən danışdıXəbər verdiyimiz kimi, ötən gün Gəncə şəhərində qanunsuz aksiyanın qarşısı alınan zaman polislərlə aksiyaçılar arasında qarşıdurma baş verib. Qarşıdurma zamanı iki polis polkovniki qətlə yetirilib.

Bununla bağlı BiG.AZ-a açıqlama verən Fazil Mustafa bildirib ki, polis dövlətçiliyin əleyhinə çıxan bütün qüvvələrə qarşı silah işlətmək səalhiyyətinə malikdir:

"Mən təəccüblənirəm ki, bu ünsürlərə qarşı polislərimiz niyə çətin vəziyyətdə qalıb. Bu vəhşiliyə qarşı silah işlətmək zəruridir. Onlar xüsusi öyrədilmiş dəstələrdir. Onlar xalqı təmsil etmirlər. Gəncəlilər Azərbaycan dövlətçiliyinə sadiq insanlardır. Gəncənin tarixini bilən insan o formada meydana çıxıb polisi şəhid edərmi? Onların Gəncəyə aidiyyatı yoxdur. Bu qüvvələrin məqsədi Azərbaycanı qatmaqdır. Ona görə də polisin buna qarşı sərt tədbir görməsi vacibdir. Bu, dinc aksiya deyildir. Hər kəs əlinə bıçaq alıb, meydana çıxanda polis necə davranmalıdır?

Bu məsələdə hər kəs polisi dəstəkləməlidir. Düşünürəm ki, bu məsələnin genişlənməməsi üçün təcili tədbirlər görülməlidir. Bu da təkcə Azərbaycan polisinin işi deyil. Cəmiyyətin səfərbər olması vacibdir. Məmur səhv hərəkət edirsə, onun cəzasını verəcək şəxs ölkə prezidentidir. Bundan əlavə müxyəlif dövlət orqanları və cəmiyyətin qınağı var. Silahdan, xəncərdən istifadə edib ölkədə qarşıdurma yaratmaq istiyirsənsə, bu, yolverilməzdir. Bütün ictimaiyyət bunun üçün səfərbərbər olmalıdır".

"Bu vəhşiliyə qarşı silah işlətmək zəruridir" - Deputat şəhid polislərimizdən danışdıBundan əlavə deputat vurğulayıb ki, bölgələrdə məktəblərin fəaliyyəti güclənməlidir:

"Məktəblərin fəaliyyəti zəiflədikdən sonra bu xurafatçılıq güclənir. Bölgələrdə sosiallaşma mühitinin yaranması vacibdir. Bu məsələnin qanunvericilikdə də nizamlanması da önəmlidir. İslam dininə uyğun olmayan addımların qarşısı alınmalıdır. Gerçək İslamın mahiyyətini anladan kitabların qadağan olunmasının nə qədər yanlış olduğu ortaya çıxdı. İnsanlara xurafatçılığın nə olduğu başa salınmalıdır. İslam dinində bıçaqla günahsız polisin öldürülməsi yoxdur. Dinimizdə zorakılıqla hansısa bir ideyanı təbliğ etmək yolverilməzdir. Biz bu məsələni dəfələrlə dövlət orqanlarında qaldırdıq. Dəstək ala bilmədik. Dəfələrlə bildirdik ki, Ramazan ayında maarifçiliyi təbliğ edən verilişlər açın. Heç olmasa televiziyalar dini düzgün təbliğ etsin. Bir veriliş açılmadı. Sonda da hadisələr polisin öldürülməsinə kimi böyüdü. Heç olmasa bu gündən etibarən nəticə çıxarmalıyıq. Nəsihətdən nəticə çıxarmadıq, heç olmasa müsibətdən çıxaraq. Bu sahədə çevik tədbirlər görülməlidir".

Aysel Yusifqızı


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2034   Tarix: 11 iyul 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Azyaşlı 6-cı mərtəbədən yıxılıb sağ qaldı

Rusiyanın Leninqrad vilayətində beş yaşlı uşaq altıncı mərtəbədən yıxılaraq sağ qalıb. -ın yerli mediaya istinadla məlumatına görə, hadisə Vsevolojsk rayonunun Staraya kəndində baş verib. Valideynlərinin nəzarətsizliyi ucbatından beş yaşlı qız altıncı mərtəbədə açıq pəncərədən yıxılıb. Uşaq təcili xəstəxanay

15:39 339
.

Müştəri bərbərdən narazı qaldı, iş yerini güllələdi - VİDEO

Türkiyənin İstanbul şəhərində müştəri bərbərdən narazı qalıb. BİG.AZ xəbər verir ki, müştəri qiymətin artımın biləndən sonra əsəbləşərək iş yerini güllələyib. Hadisə ərazidəki təhlükəsizlik kameraları vasitəsi ilə qeydə alınıb. Həmin görüntüləri təqdim edirik:

12:36 113
.

Nəsib Quliyev dəfn edildi

Ötən gün odlu silahdan atəş açaraq özünə qəsd edən sabiq baş pediatr Nəsib Quliyev dəfn edilib. -a istinadən xəbər verir ki, Nəsib Quliyev Mehdiabad qəsəbəsindəki qəbiristanlıqda torpağa tapşırılıb. Məlumata görə o, öz atasının yanında dəfn edilib

14:10 681
.

Azərbaycanda mayın 1-dən bu qadağa qüvvəyə minir

Balıqların kürütökmə dövrü ilə əlaqədar may ayının 1-dən ölkə ərazisindəki bütün su hövzələrində balıq ovuna moratorium qüvvəyə minir. xəbər verir ki, bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayeva bildirib. Onun sözlərinə görə, bu proses sentyabrın 1-dək davam edəcək. Xidmət rəsmis

10:57 862
.

"İxracın şaxələndirilməsində Qırğızıstan bizim üçün ən əlverişli ölkələrdən biridir"-EKSPERT

"Qırğızıstanla son 15 ildə ən pis ticarət dövriyyəmiz 2017-ci ildə qeydə alınıb. Həmin il cəmi 1.7 milyon dollarlıq dövriyyəmiz olub. 2022-ci ildə isə bu göstərici 5 dəfə artaraq 10.8 milyon dollar olmuşdur". Bu sözləri BİG.AZ-A iqtisadçı-ekspert Eldəniz Əmirov deyib. O bildirib ki, ötən i

17:40 138
.

Dilan Polat ağladı, əri ittihamları rədd etdi - Məhkəmədə yaşananlar

Ötən ilin noyabrın 1-də çirkli pulların yuyulması və vergidən yayınma kimi bir sıra ittihamlarla saxlanılan türkiyəli sosial media fenomeni Dilan Polat, həyat yoldaşı Engin Polat və digərlərinin məhkəməsi baş tutub. Axşam.az xəbər verir ki, məhkəməyə gətirilən Dilan salona daxil olarkən Engini görü

16:50 372
.

Azərbaycanda 8-ci sinif şagirdi qoşulub qaçdı

Azərbaycanda məktəbli qız evlənmək məqsədilə qoşulub qaçıb. -ın əldə etdiyi məlumata görə, hadisə Goranboy rayonunda qeydə alınıb. Məlumata əsasən, aprelin 23-də Xoylu kənd məktəbinin 8-ci sinfində təhsil alan qız naməlum şəxsə qoşularaq qaçıb. Məsələ ilə bağlı Daxili İşlər Nazirliyi mətbuat xidmətini

14:29 715
.

"18 yaşına çatmış hər bir vətəndaşının mülki silah əldə etmək hüququ var" - Vəkil

Azərbaycanda silah sıravi vətəndaşlar üçün nə qədər əlçatandır? Azərbaycan Respublikasının 18 yaşına çatmış hər bir vətəndaşının mülki silah əldə etmək hüququ vardır. Mülki silahı əldə etmək istəyən vətəndaş yaşadığı ərazi polis orqanına və ya Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsin

12:24 534
.

Marketdən 2 kq pendiri şalvarında gizlədərək OĞURLADI

Türkiyədə özünü müştəri kimi təqdim edərək bazara girən şübhəli 2 kiloluq pendir oğurlayıb. xarici mediaya istinadən xəbər verir ki, həmin şəxs pendirini şalvarına gizlədərək oğurlayıb. Ətrafa göz gəzdirən şübhəli pendiri şalvarına qoyub bazarı tərk edib. Həmin anlar təhlükəsizlik kamerasına əks olunub

17:46 284