"Şəhərdə tam sakitlikdir" - Gəncənin deputatı

"Şəhərdə tam sakitlikdir" - Gəncənin deputatı

"İyulun 3-də Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə qarşı törədilmiş sui-qəsd terror hadisəsi idi. Bu hadisəni törətməkdə bizi istəməyən qüvvələrin məqsədi Azərbaycanda stabilliyi pozmaq və xaos yaratmaqdan ibarətdir".

Bu sözləri Teleqraf.com-a açıqlamasında Gəncə şəhərindən deputat seçilən Naqif Həmzəyev deyib.
Onun sözlərinə görə, hazırda Gəncədə tam stabillikdir: "Azərbaycanı istəməyən qüvvələrin təxribatı qəhrəman polislərimiz tərəfindən alındı. Bizlər Şah İsmayıl Xətainin, Cavad xanın nəvələriyik. Biz gəncəlilər həmişə Azərbaycanın inkişafını istəmişik və ulu öndərimiz Heydər Əliyevin yolu ilə getmişik. Bu terroru lənətləyərək Azərbaycanda sabitliyi pozmaq istəyən qüvvələrin yaydığı mesajları, videoları, sosial şəbəkədəki statuslarını pisləyirik".

Şikayətiniz varsa Whatsapp: 050 3422489

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 723 Tarix: 11.07.2018



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Pulsuz elanlar sayti

Azərbaycandan son xəbərlər