9 gün əvvəl prezident tərəfindən təltif edilmişdi, bu gün şəhid oldu - Gəncə qazisinin qardaşı idi

9 gün əvvəl prezident tərəfindən təltif edilmişdi, bu gün şəhid oldu - Gəncə qazisinin qardaşı idi
Xəbər verdiyimiz kimi, bu gün saat 20 radələrində 150-200 nəfərdən ibarət radikal dini yönümlü bir qrup şəxs Gəncə şəhər İcra Hakimiyyətinin inzibati binasının önündəki meydana toplaşaraq asayişi kobud şəkildə pozmağa cəhd göstərib.

Xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarının xəbərdarlığına məhəl qoymayan qanunazidd hərəkətlərin iştirakçıları özləri ilə gətirdikləri küt və kəsici-deşici alətlərlə asayiş keçşikçilərinə müqavimət göstəriblər.

Görülmüş operativ tədbirlərlə təxminən 30 dəqiqə ərzində şəhərin mərkəzində asayiş tam bərpa edilib. Lakin təəssüflər olsun ki, qanunsuz hərəkətlərin qarşısı alınarkən xidməti vəzifələrini yerinə yetirən iki polis zabiti – Gəncə Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis polkovniki İlqar Balakişiyev və Nizami Rayon Polis İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı Səməd Abbasov radikal ünsürlərin kəsici-deşici alətlərlə yetirdikləri zərbələr nəticəsində şəhid olublar.

Yenicag.az-ın əldə etdiyi məlumata görə, Səməd Abbasov Azərbaycan prezidenti İlham Əliyevin yeni təltif etdiyi zabitlərdən olub.

Belə ki, ictimai asayişin təmin olunmasında, cinayətkarlığa qarşı mübarizədə, xidməti vəzifələrin və qarşıya qoyulmuş tapşırıqların yerinə yetirilməsində fərqləndiklərinə görə Azərbaycan polisinin yaranmasının 90 illik yubileyi münasibətilə Səməd Abbasov “İgidliyə görə” medalı ilə təltif olunub. O, təltif olunanandan 9 gün sonra şəhid olub.

Qeyd edək ki, Səməd Abbasov QMİ-nin Gəncəbasar üzrə nümayəndəsi, Qazilər Şurasının üzvü, Milli Azadlıq Hərəkatının fəalı, “Lefortovo” məhbusu Seyid Tahir Qarabağinin qardaşıdır. Abbasovlar ailəsi hər zaman Azərbaycan dövlətçiliyini qoruyublar.

Şikayətiniz varsa Whatsapp: 050 3422489

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 10769 Tarix: 10.07.2018



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
DUZLU_NIK
DUZLU_NIK 11.07.2018
Ister polisin vetendawi doyub oldurmesi, ister vetendawin polisi doyub oldurmesi xowa gelen hal deyil. Cunki vetendawda polisde ozumuzkudur ermeni deyil. Bizim Turkiye ve Iran ile dovlet seviyyesinde hec bir sorunumuz yoxdur. Iqdisadi siyasi elaqelerimizde yerindedir. Bezilerinin beyenmediyi Iran, Naxcivan blakadada qalanda, ilk Iran komeye catan dovlet olmuwdur. Yunisin xanimi canli videoda qeyd etdi ki, Yunis suriyada ve yaxud mewhedde terror dersleri almayib, hami kimi mewhed ziyaretine gedib gelibler. Genceye meydana cixanlar Yunisin polisler terefinden doyulub o hala salindigina gore etiraz etmek ucun cixmiwdilar ve Icra hakiminin istefa vermesini isteyirdiler. Yunis Icra bawsicini kefinden vurmamiwdi. Gence camahatinin ekseriyyeti narazi idi ondan. Duzdur Yunisin toretdiyi emel yol verilmezdir ama Yunisin ele doyulmeside yol verilmezdir. Yunise toretdiyi emelle gore cezani mehkeme vermelidir. Qubada mitinq olanda wiyeler demedi ki, radikal suniller ayaga qalxib dovlete qarwi cixdi. Ustlerine zirehli mawinlar yeridilsede, Quba xalqi Istefaya cagirdilar Icra bawcisini ve istedikerine nali oldular. Her halda oz iwinin ohdesinden gelen Icra bawcisinin istefaya getmesini hec kim istemez.
Bir zamanlar biri vardi. Indi qelbin evi bowdu. Zor ile saxlamaq olmaz. Belke getmey ona xowdu ? D. N.


 
davinci
davinci 11.07.2018
Bele davam edse Gencede Gencelik qalmiyacaq
Everything is good... Never feel the bad


 
Picasso
Picasso 10.07.2018
Olumun kimi harda nece yaxalayacagi melum deyil calismag lazimdiki xeyr isler gorek axiretimiz ucun gozel emellere gedek yaradanimizin huzuruna .Allah rehmet elesin


 


Pulsuz elanlar sayti

Azərbaycandan son xəbərlər