Prezident İlham Əliyev sərəncam imzaladı

Prezident İlham Əliyev sərəncam imzaladı
Ölkə başçısı İlham Əliyev "Siyasi partiyalar haqqında" qanunda dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.

BiG.AZ xəbər verir ki, dəyişikliyə görə, qanunun 4-cü maddəsinə aşağıdakı məzmunda altıncı hissə əlavə edilib:

"Azərbaycan Respublikasının Silahlı Qüvvələrində siyasi partiyaların yaradılması və fəaliyyəti qadağandır".

Prezident həmçinin "Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında" qanunda da dəyişiklik edib.

Dəyişikliyə əsasən, qanunun 2.3-cü maddəsinə aşağıdakı məzmunda üçüncü cümlə əlavə edilib:

"Azərbaycan Respublikasının Silahlı Qüvvələrində qeyri-hökumət təşkilatlarının yaradılması və fəaliyyəti qadağandır".

Şikayətiniz varsa Whatsapp: 050 3422489

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 1224 Tarix: 10.07.2018



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Pulsuz elanlar sayti

Azərbaycandan son xəbərlər