Zamiq plagiat deyildiyi mahnısını təqdim etdi - VİDEO

Zamiq plagiat deyildiyi mahnısını təqdim etdi - VİDEO

Müğənni Zamiq Hüseynov müzakirələrə səbəb olan “Varmı” klipini təqdim edib. BiG.AZ xəbər verir ki, sözləri və musiqisi İsmayıl Əsədova məxsus bəstənin rejissoru Fərhad Əlidir.
Ekran işi ötən gündən etibarən sənətçinin rəsmi “Youtube” səhifəsində yerləşdirilib. Layihə ingilis müğənni Dua Lipanın “İdgaf” adlı klipinə bənzərliyi ilə seçilir. Ekran işi təqdim olunmamışdan əvvəl klipin plagiat olduğu da iddia edilib və sosial şəbəkələrdə müzakirə mövzusuna çevirilib.
Z. Hüseynov oğurluq ittihamlarına belə cavab verib: “Dua Lipanın klipi çox xoşuma gəlib. Amma deməzdim ki, hər şeyi oradan götürmüşük. Bizim qurduğumuz məkana və avtomobilə bu geyim modeli gəlirdi. Paltarla fərqli kəsimdə hazırlanıb. Məkanlarımız da tamam fərqlidir. Tək bənzərlik geyimlərin rəngi ola bilər”.
Bundan əlavə, Zamiq obrazı üzərində özü çalışıb. Müğənni ilk dəfə stilistlik etdiyini bildirib:
“Geyimlərin seçimləri ilə özüm məşğul olmuşam. Həm rəqqasələr, həm də özümün geyimlərimin stil seçimi mənə məxsusdur. Bu o demək deyil ki, kiminsə işini bəyənmirəm, etibar etmirəm. Xeyr! Bu klipdə aksessuar, saç, geyim- hər şeyin seçiminə özüm nəzarət etmişəm”.

Zamiq plagiat deyildiyi mahnısını təqdim etdi - VİDEO
Zamiq plagiat deyildiyi mahnısını təqdim etdi - VİDEO



Şikayətiniz varsa Whatsapp: 050 3422489

f Paylaş
Bölmə: Şou biznes Oxunub: 470 Tarix: 09.07.2018



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Pulsuz elanlar sayti

Azərbaycandan son xəbərlər