Ermənilər "Jalə"ni də oğurladılar...

Ermənilər Fövqəladə hallar naziri Kəmaləddin Heydərova məxsus olduğu iddia olunan "Gilan Holdinq"in istehsal etdiyi "Jalə" şirələri ilə bağlı problem ortaya çıxıb. Belə ki, dünya bazarlarında Qəbələ Konserv Zavodunun "Jalə" adlı şirələri kimi tanınan məhsulu ermənilər öz adlarına çıxarıblar. Daha doğrusu, "Sok-Jale Tomatnıy" adı ilə bu şirələr istehsal olunaraq, Rusiya bazarlarında alıcılara satılır. Məhsulların qablarında isə onun istehsal olunduğu yer kimi Ermənistan göstərilib.

Moskvada olan soydaşlarımızdan biri faktı təsdiqləyən şəkli redaksiyamıza yollayıb. Onun göndərdiyi şəkildən də göründüyü kimi, məhsulun sonuncu istehsal tarixi "2012-ci il, 29 fevral" göstərilib. Bu isə hələ də Rusiya bazarlarında "Jalə" şirələrinin erməni məhsulu kimi satıldığından xəbər verir. Məhsul 114 rubla satılır.
Bizi məlumatlandıran soydaşımız deyir ki, Moskva bazarlarında, o cümlədən super marketlərdə bu məhsullara tez-tez rast gəlinir: "Düzü, mən bunu görəndə təəccübləndim. Aydınlaşırmaq lazımdır ki, ermənilər bizim məhsulları oğurlayıblar, yoxsa şirkətin özünün də bu işdə əli var? Alıcıların əksəriyyəti elə zənn edir "Jalə" şirələri həqiqətən də ermənilərə məxsusdur. Əslində bu marka bizim məhsullara aiddir".

Bir nüansı yada salaq ki, "Yeni Müsavat"ın ötən saylarının birində bu məsələyə dolayısı ilə toxunulmuşdu. "Azərbaycan narı necə erməniləşdi" başlıqlı məqalədə vurğulanırdı ki, "Gilan"ın dünya bazarına çıxartdığı konsentrat erməni iş adamları tərəfindən də alınır və nəticədə, üzərinə "Ermənistan narın vətənidir" sözləri yazılmış "Noyan" şirələrinin tərkibini təşkil edir. Ancaq bu dəfə, deyəsən, ermənilərin "Noyan" sözünü yazmasına ehtiyac qalmayıb və birbaşa olaraq "Jalə" adı ilə bazara giriblər.
Maraqlı məqam budur ki, ermənilərin satdığı "Jalə" şirələrinin qablarında Azərbaycan məhsulu olduğu da qeyd olunub. Amma onun yanında şirənin Ermənistanda istehsal edildiyini bildirilən kiçik bir etiket yapışdırılıb. Hər halda, bu məsələ araşdırılmalıdır.
Xatırladaq ki, bu il fevralın 13-17-də Rusiyanın paytaxtı Moskva şəhərində keçirilən "PROD EKSPO 2012" - 19-cu Beynəlxalq qida, içki və onların istehsalı üçün xammal sərgisində "Gilan Holdinq" (Azərbaycan) iki şirkətlə təmsil olunub.
"Jalə" şirələri şirə və nektar müsabiqəsində "İlin məhsulu" adına layiq görülüb


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 6829   Tarix: 06 aprel 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Balıq niyə limonla yeyilməlidir? Beş əsas SƏBƏB

Restoranlarda balıq və dəniz məhsulları yeməkləri bir səbəbə görə limonla verilir. xarici KİV-ə istinadən bildirir ki, aşpaz Yuliya Arxipova balıq yeməklərinin nəyə görə limonla yeyilməsinin səbəbini açıqlayıb. Birincisi, gözəldir. Balıq yeməklərini bəzəmək üçün göyərti, bibər, pomidor da istifadə ed

24.03.2024 725
.

İçdiyimiz su təmizdir? - VİDEO

Azərbaycan içməli su mənbələri məhdud olan ölkələrdən hesab edilir. Ölkənin yerüstü su ehtiyatlarının həcmi 27 kubmetrdir, şirin su qaynaqlarının əsasını çay, göl və buzlaqlar təşkil edir. Suya olan tələbatın qarşılanması ilə yanaşı, onun təmizliyinə nəzarət də vacibdir. Son zamanlar su hövzələrind

24.03.2024 425
.

Bakıda çörək zavodunun açılış mərasimi - Nadir GÖRÜNTÜLƏR + VİDEO

AzTV-nin "Qızıl Fond"u illər əvvəl Bakı şəhəri Keşlə qəsəbəsində olan çörək zavodunun açılış mərasimindən görüntülər təqdim edib. Həmin görüntülərdə zavodun fəaliyyət istiqamətləri və iş prinsipi əksini tapıb.( )

16.03.2024 435
.

Zimbabvedə "peyğəmbər" peyda olub: Azyaşlı uşaqları istismar edirmiş

Zimbabve polisi özünü "peyğəmbər" elan edən şəxsi həbs edib. Sekta lideri olan İşmail Çokuronqerv və onun yeddi tərəfdaşı müxtəlif cinayət əməllərinə görə saxlanılıblar ki, bu cinayətlərin içində azyaşlılara qarşı zorakılıq halları da olub. Polis Harare şəhəri yaxınlığındakı fermalardan birind

17.03.2024 393
.

"X" televizorlar üçün "YouTube"un analoqunu işə salacaq

İlon Maska məxsus "X" sosial şəbəkəsi "YouTube"la rəqabət aparmaq üçün "Smart TV"ni dəstəkləyən "Amazon" və "Samsung" televizorları üçün proqram təqdim edəcək. Məlumata görə, təqdimat gələn həftəyə planlaşdırılıb, yeni platformanın interfeysi televizorlar

10.03.2024 318
.

Dünyada cəmi 75 nəfərdə olan xəstəlik: İnsanları şeytan simasında görür - VİDEO

ABŞ-nin Tennessi ştatından olan 59 yaşlı yük maşını sürücüsü dünyada cəmi 75 nəfərdə olan nadir "şeytan üzü" sindromuna tutulub. Üç il əvvəl peyda olan xəstəlik Viktor Şerrahın həyatını qorxu filminə çevirib. İndi o insanların üzünü ağız, qulaq və göz ucları yuxarı dartılmış şəkildə görür

24.03.2024 680
.

Qadınların uzunömürlü olmasını təmin edəcək 7 qayda

Sağlamlığın və uzunömürlülüyün qorunub saxlanması təkcə düzgün qidalanma və mütəmadi tibbi müayinələr deyil, həm də bir sıra digər mühüm addımların atılmasını tələb edir. Həkimlər həmişə məsləhət görürlər ki, sabah əla formada ola biləsiniz deyə, özünüzə bu gün baxmağa başlayın. xarici KİV-ə istinadə

24.03.2024 329
.

İnsanlar niyə solaxay doğulur və beyinləri necə fərqlənir? - GÖZLƏNİLMƏZ FƏRQ

Sağ əli ilə rahat hərəkət edənlərin üstünlük təşkil etdiyi dünyada əksər şey solaxayları qeyri-dominant əllərindən istifadə edərək uyğunlaşmağa məcbur edir. Dünyada solaxayların payının əhəmiyyətli bir faiz təşkil etməsinə baxmayaraq onları sağ əllə yazmağa məcbur edirlər. Solaxay insanlarda unikal ola

23.03.2024 448
.

Hansı yeməkləri sabaha saxlamaq olmaz? - SİYAHI

İnsanlar çox vaxt ertəsi günə saxlanılan yeməklərin sağlam olub-olmadığını düşünmür. Lakin mütəxəssislər iddia edirlər ki, bəzi yeməklər bir neçə saat keçdikdən sonra xəstəlik mənbəyinə çevrilir. Belə ki, onlar soyuducuda çarpaz çirklənməyə səbəb ola bilər. Soyuducu fazada çoxlu mikrobları özünə cəl

23.03.2024 336